AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib 2017-ci il noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişaf etdiyini, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib.

Akademik bu prosesin əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə böyük diqqət və qayğısının dayandığını qeyd edib: "Hazırda Azərbaycan elmində ciddi islahatlar aparılır. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunması, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və digər məqamlar xüsusi aktuallıq kəsb edir".

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Akademiyanın gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Cari ilin AMEA üçün kifayət qədər səmərəli və məhsuldar olduğunu deyən akademik gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətlərinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Dekabrın 15-də ölkəmizdə ilk dəfə "Azərbaycan gənc alimlərinin I Qurultayı"nın keçiriləcəyini söyləyən Dilqəm Tağıyev qeyd edib ki, möhtəbər tədbirə hazırlıq, o cümlədən respublikada fəaliyyət göstərən gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri, həmçinin elm, təhsil və innovasiya sahələrinin inkişafında multidissiplinarlığın bərqərar olunması baxımından bugünkü konfransın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib Tədbirdə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. Natiq ölkəmizdə, o cümlədən Akademiyada gənclərin elmi fəaliyyətlə məşğul olması üçün yaradılmış münbit şəraitdən, bu gün dünya elminin qarşısında duran əsas problemlərdən, gənc alimlərin bu problemlərin həllində iştirakından, fundamental elmi biliklərin innovativ layihələrə transformasiyasından, gənclərin beynəlxalq elmi layihələrdə iştirak imkanlarından danışıb.

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib Konfransda AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov çıxış edib. Gənclərə dövlət tərəfindən yüksək qayğı göstərildiyini deyən natiq Akademiyada da bu siyasətin uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, GAMŞ fəaliyyət göstərdiyi müddətdə bir sıra mühüm işlər görüb, respublika və beynəlxalq səviyyəli elmi tədbirlər keçirib. H.Qurbanov AHİ-nin şuraya hər zaman maddi və mənəvi dəstək göstərdiyini, qurumun bundan sonra da köməkliyini əsirgəməyəcəyini vurğulayıb.

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov çıxış edərək təmsil etdiyi qurum adından iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. D.Qənbərov gənclərə dövlət qayğısından və bu istiqamətdə görülən işlərdən danışıb. Azərbaycanda sağlam, milli düşüncəyə malik gəncliyin formalaşdığını deyən natiq tədbirin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans keçirilib Daha sonra GAMŞ-ın sədri, dosent Famin Salmanov çıxış edərək konfransın akademik Akif Əlizadənin təşəbbüsü ilə təşkil olunduğunu bildirib. F.Salmanov vurğulayıb ki, tədbirin məqsədi istedadlı gənclərin elmə cəlb olunması, onların karyera yüksəlişində problemlərinin həlli yollarını, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərini müəyyənləşdirmək üçün respublikada fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələrinin, aidiyyəti dövlət və özəl qurumların, elm və təhsilin inkişafına dəstək verən fondların, sahibkarlıq və media subyektlərinin rəsmi nümayədələrinin iştirakı ilə faydalı müzakirəyə nail olmaqdır. Qeyd edib ki, konfrans çərçivəsində akademik institutların, elmi-istehsalat müəssisələrinin və digər müvafiq qurumların gənc alim və mütəxəssislərin iştirakı ilə ayrıca interaktiv diskussiyalar təşkil olunacaq.

Rəsmi açlışdan sonra konfrans öz işinə interaktiv müzakirələrlə davam edib. Müzakirələr "Elmi məktəblər və fundamental elmi axtarışlar", "Yüksək Texnologiyalar Parkı – innovativ ideyaların real məkanı", "Elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli" "Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri" mövzulu panellərdə aparılıb.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“MÜASİR ELM – GƏNCLƏRİN BAXIŞI İLƏ” ADLI ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏK

“MÜASİR ELM – GƏNCLƏRİN BAXIŞI İLƏ” ADLI ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏK

Digər bölmələr, Elanlar
AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

Elm, Digər bölmələr
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

AMEA-da gənclərə yüksək diqqət və qayğı göstərilir

Biologiya və tibb elmləri
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

“İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti” mövzusund ...

Elm
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Elm
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kol ...

Elm, Biologiya və tibb elmləri, Təhsil, Nazirlik
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Elm
AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

AMEA-nın SOSİAL SİYASƏTİNİN VƏZİFƏLƏRİ VƏ PRİORİTETLƏRİNƏ HƏSR OLUNMUŞ TOPL ...

Elm, Biologiya və tibb elmləri, Digər bölmələr
Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir

Digər bölmələr
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Rəy yazın: