“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi” Bakı Ali Neft Məktəbində AMEA-nın 70 illik yubileyi qeyd edildi

Noyabrın 5-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Akademiyanın üzvləri, BANM-ın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

Qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 illik yubileyinin tamam olduğunu qeyd etdi, Bakı Ali Neft Məktəbinin heyəti adından AMEA-nın bütün rəhbər heyətini, üzvlərini, ölkənin elm adamlarını bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik etdi. E.Qasımov AMEA-nın 70 ildə keçdiyi şərəfli tarixi yoldan danışaraq, ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin inkişafında Akademiyanın müstəsna rolu olduğunu qeyd etdi. Azərbaycanda müstəqilliyin bərpasından sonrakı dövrdə dövlət tərəfindən bütün sahələrə, o cümlədən elmə böyük diqqət və qayğı göstərildiyini deyən rektor, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı strategiyasının aparıldığını və bu strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamından söz açdı.

Elmar Qasımov, həmçinin Akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs etdi. Sonda rektor AMEA-nın kollektivinə elmi fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzuladı.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında BANM-ın rəhbərliyinə akademiyaya göstərilən xüsusi diqqətə görə öz təşəkkürünü bildirdi. O, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının 70 il ərzində keçdiyi tarixi yoldan, inkişafından və əldə etdiyi uğurlardan ətraflı danışdı.

İsa Həbibbəyli dövlət tərəfindən AMEA-nın fəaliyyətinə göstərilən qayğıdan bəhs edərək, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzaladığını xatırlatdı və bu Fərmanın AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaratdığını, Akademiyanın fəaliyyət dairəsinin genişləndirdiyini, elmin davamlı inkişafını təmin etdiyini qeyd etdi.

İ.Həbibbəyli AMEA-nın 70 illik yubileyi münasibətilə bütün elm adamlarını təbrik etdi, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.

Tədbirdə çıxış edən AMEA-nın digər üzvləri Akademiyadakı çoxsahəli fəaliyyətlərindən söz açdılar, elmi sahədə baş verən yeniliklərdən bəhs etdilər.
Tədbirin sonunda AMEA-nın 70 il ərzində keçdiyi tarixi yolu, fəaliyyətini əks etdirən film nümayiş etdirildi.

Nail Rəhimzadə,
Vüsal Cahanov (foto), “İki sahil”
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Elmlər Akademiyasının 70 illik y ...

Digər bölmələr, Orta Asiya
Rəy yazın: