AMEA-da magistrantların Bilik Günü qeyd edilib

AMEA-da magistrantların Bilik Günü qeyd edilibAMEA-da magistrantların Bilik Günü qeyd edilib AMEA-da magistrantların Bilik Günü qeyd edilib AMEA-da magistrantların Bilik Günü qeyd edilib 2018-ci il Sentyabrın 17-də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikanın ali elm ocağının magistrantlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə ali təhsilin magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir: "Əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır. Bu gənclər AMEA-nın elmi gələcəyini təyin edən alimlərdir".

A.Əlizadə qeyd edib ki, 2015/2016-cı tədris ili üçün magistraturaya 19, 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 56, cari ildə isə 67 tələbə qəbul olunub. Bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığının bariz nümunəsidir.

AMEA rəhbəri akademiyada təhsil alan magistrantların elmi laboratoriyalarda təcrübə keçəcəklərini, elmin son nailiyyətləri ilə tanış olacaqlarını, müasir və perspektivli mövzulara həsr olunan dissertasiyalar müdafiə edəcəklərini və görkəmli alimlərlə ünsiyyət quracaqlarını bildirib. O, həmçinin AMEA-da magistrantların elmlə məşğul olmaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. O, 2018-2019-cu tədris ili üçün akademiyanın magistraturasına 19 ixtisas, 49 ixtisaslaşma üzrə 67 nəfərin daxil olduğunu bildirib. Cari ildə AMEA-nın magistraturasında təhsil almaq üçün müsahibədə ümumilikdə 1124 bakalavrın iştirak etdiyini deyən Ə.Sadıqov qəbul olunan tələbələrdən 13-ün 112-dən yükək bal topladığını diqqətə çatdırıb.

Ə.Sadıqov AMEA-da magistr təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Gənclərin Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən müəssisənin Genetik Ehtiyatlar İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İdarəetmə Sistemləri İnstitutundan olduğunu deyib.

Alim, həmçinin bu il ilk dəfə olaraq rus və Azərbaycan dillərində AMEA-nın magistraturasına qəbulun ayrılıqda elan edildiyini bildirib.

Sonra çıxış edən magistrantlar elmi fəaliyyətlərini uğurla davam etdirmələri üçün bütün qüvvələrini səfərbər edəcəklərini söyləyib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

AMEA-da 15 SENTYABR ‒ BİLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

Elm
AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

AMEA-da doktorantura və magistratura təhsili ilə bağlı bir sıra cari məsələ ...

Digər bölmələr
AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın ilk magistrları dissertasiya işlərini uğurla müdafiə ediblər

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb

Elm, Biologiya və tibb elmləri
AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN DİREKTORLARI ŞURASININ İCLASI KEÇİRİLİB

Elm
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticəl ...

İctimai elmlər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
Rəy yazın: