AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi

AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi AMEA-da Nobel mükafatçısı ilə görüş keçirildi Sentyabrın 28-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, nigeriyalı yazıçı Vole Şoyinka ilə görüş keçirildi.

Öncə AMEA-nın vitse-prezidenti, institutun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli qonağı salamlayaraq onu Azərbaycanın elm məbədində görməkdən məmnun olduğunu bildirdi.

Alim bugünədək bir neçə Nobel mükafatçısının ölkəmizə səfər etdiyini, bu səfərlərin Azərbaycanda elmin müxtəlif sahələrində əməkdaşlıq əlaqələrinin qurulmasına mühüm töhfələr verdiyini diqqətə çatdırdı.

Akademik İsa Həbibbəyli ədəbiyyat sahəsi üzrə Nobel mükafatçısının Azərbaycana ilk dəfə gəldiyini qeyd edərək, Vole Şoyinkanın mübarizə dolu həyatı və zəngin yaradıcılığndan danışdı. Onun təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, eyni zamanda ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu vurğuladı.

Akademik İsa Həbibbəyli Vole Şoyinkanın Nobel mükafatına 1986-cı ildə “böyük mədəni perspektivə və poetikliyə malik milli teatrın yaradılmasına görə” layiq görüldüyünü qeyd etdi. Bildirdi ki, yazıçının əsərlərində onun həyat və yaşamaq uğrunda apardığı mübarizə, qarşılaşdığı çətinliklər və iztirab geniş şəkildə əks olunur: “Poeziya, nəsr və dramaturgiya ilə ardıcıl məşğul olan V.Şoyinkanın həbsxanada olarkən qələmə aldığı şeirləri Afrikada dillər əzbəridir”.

Vurğulandı ki, azərbaycanlı yazıçı Nəriman Əbdülrəhmanlı yazıçının “Təfsirçilər” əsərini ana dilimizə tərcümə edib.

Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı Vole Şoyinkaya xatirə hədiyyələri təqdim etdi.

Görüşdə Nobel mükafatı laureatı Vole Şoyinka çıxış edərək ilk yaradıcılıq nümunələri, qələmə aldığı irihəcmli əsərləri, o cümlədən Afrika ədəbiyyatının xüsusiyyətlərindən söz açdı. O, milli azadlıq hərəkatı dövrü və ondan sonra ədəbiyyat sahəsində baş verən yeniliklər barədə də ətraflı məlumat verdi.

Görüşdə tərcüməçi Nəriman Əbdülrəhmanlı institutun əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışdılar.

Sonda yazıçı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırdı, Azərbaycan alimləriylə görüşün keçirilməsini yüksək qiymətləndirərək, bu imkanı yaratdığına görə akademik İsa Həbibbəyliyə xüsusi minnətdarlığını bildirdi.

Görüşdən sonra V.Şoyinka iştirakçılarla xatirə şəkli çəkdirdi.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

"Zirvə"
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

M.F.Axundzadə adına Muzey, "Zirvə", Tiflis
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçi ...

AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçi ...

Elm, Humanitar elmlər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin məzarı önündə anım tədbiri keçiril ...

"Zirvə"
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

"Zirvə"
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

"Zirvə", Təbriklər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Rəy yazın: