SEYMUR SÖNMƏZ: "BU SAXTAKAR ADAMLAR..."

SEYMUR SÖNMƏZ: "BU SAXTAKAR ADAMLAR..." SEYMUR SÖNMƏZ (Seymur Mirzə oğlu Paşayev) -
04 Fevral 1985-ci ildə anadan olub.
Mingəcevir Yazıçılar Birliyinin üzvüdür.
"Qızıl Qələm" Media Laureatı Diplomuna layiq görülüb.
Şeirləri bir çox kitab toplusunda, jurnallarda və
sosial şəbəkələrdə dərc olunub.


ZiM.Az



BAXTSIZ QADIN

Fələyin oyununda uduzdun taleyini,
Gözündə sevgi öldü, sındı qolun, qanadın,
Sən ətirli gül idin, başa tac olmalıydın,
Ömrün vaxtsız qışında, saralıb-solan qadın!
Baxtsız qadın!

Bağladı qollarını hansı qanunlar sənin,
Unutdun ,xoşbəxtliyə axı haqqın var sənin,
Utanır gözlərindən bu uzun yollar sənin,
Sığınaraq yaşadın ardına təmiz adın!
Baxtsız qadın!

Gizlində çatmağın arzuların tükənməz,
Nə çəkmisən, dərdini çəkməyən axı bilməz,
Necə oxşasın səni söz ilə Seymur Sönməz,
Qəlbimi kül eylədi səni yandıran odun,
Baxtsız qadın!


ANLADIM

Baxıb saçlarıma düşən ağ telə,
Nə qədər boş vaxtı vermişəm yelə,
Sonraki peşmançılığı gətirib dilə,
İtmiş günün sədasında anladım.

Adamın varıyla tanınmaz insan,
Pulun yox qohuma, tanışa yadsan,
Müşahidə etsən qəbahət, nöqsan,
Ciblərimin boşluğunda anladım.

Göz dolar, bürüyər qəhər varlığın,
Gün ötər, yox olar, qalmaz sağlığın,
Kimsəsiz dünyada tənha qalmağın,
Mən atamın yoxluğunda anladım!

Seymuru batırıb həyat dərinə,
Dik dura bilməzki özgə yerinə,
Cavanlığı verdim namərd birinə,
Saçlarımın ağlığında anladım.


ADAMAM

Görən bilməz nə çəkir, ürəyimdə dağım var,
Gecələrdə intizar gündüzlər qübarım var,
Göz yaşımı gizlədib, bir azca marağım var,
Bu dünyanı min kərə,gediz gələn adamam.!

Hərdən çəkilib küncə, danışıb öz-özümlə,
Müzakirə edirəm qəlbdə dinən sözümlə,
Kövrəlirəm nə edim bacarmıram gözümlə,
Kipriyimdən süzülən yaşı silən adamam.!

Mən dünyanın yükünü çiyinimdə daşıyıb,
Xoş günləri bir təhər dırnağımla qaşıyıb,
Zamanın axarıyla ömrü günü yaşayıb,
İçdə dolub boşalan üzdə gülən adamam.!

Bəzən elə qalandım, közümdə cilvələndi ,
Axı niyə yarandım ağlımı fikir dəldi,
Vallah dünya əzəldən belə gəldi gedərdi,
Fikir vermə onsuzda ruhən ölən adamam.!


BU SAXTAKAR İNSANLAR

Üz-gözünü boyayıb, yalançı simalarla,
Danışır mənliyindən uydurma şablonlarla,
İşi düşən zaman da şirin kəlamlarıyla,
Neçə sifət alırlar bu saxtakar insanlar.

Hiylə yağır baxanda görəcəksən gözündə,
Nə abır hiss olunur, nə də həya üzündə,
And olar söz gəlişi imanında, dinində,
Haqq-ədalət sanırlar bu saxtakar insanlar.

Tamahı çeşmə bulaq tutub gözün qarasın,
Sağlığında sormurdu əhvalını atasın,
Ata hardasan deyə, paylaşıb statusun,
Yoxdu, anıb duyurlar bu saxtakar insanlar.

Seymur daha inanmır şirin dilli düşmənə,
Söz boğçası olubdur, dolub-daşır bu sinə,
Doğmalar gördüm birgün döndülər özgəsinə,
Yaxşı hesab bilirlər bu saxtakar insanlar.


MƏNİ

Məndən üz döndərən, a nazlı sonam,
Sənə neyləmişəm, atırsan məni.
Bu boyda şər böhtan, edərək yenə,
Namərdlərlə birgə, tutursan məni.

Bilsən nədi mənim, bu könlümdəki,
Arzum budur, qəlbinə girəm təki.
Bu axır zamanlar, hiss edirəm ki,
Hər yoldan ötənə, satırsan məni.

Dolanıb başına, qadan alası,
Bilki mənəm, eşqə sadiq qalası.
Neyləmişəm sənə, zalım balası,
Xain cərgəsinə, qatırsan məni.

Mən Seymur Sönməzəm, meyvəli bağam,
Sözündən dönənə, bilki uzağam
Elə bilərəm ki, körpə uşağam,
Alıb qucağına, yatırsan məni.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: