Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılıb.
Bu işin təşəbbüskarı, Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib.


Assosiasiyanın qurulması zərurətindən danışan Əlibəy Məmmədov ZiM.Az-a bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir.
Onun sözlərinə görə, yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspora təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb.

Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləri yaxından iştirak edib.

Son üç ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu, Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirərək, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib. Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər olduğunu qeyd edən İ.Kazuyasu məhz bu amillərin Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırdığını deyib.

Təşkilatın əhəmiyyətindən bəhs edən digər iş adamı Yoşinobu Kanayama isə bildirib ki, bir çox ölkələrdə biznes və investisiya mühitini araşdırarkən yalnız Azərbaycanda özlərini rahat hiss edibllər. Azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti onları cəlb edib və ölkəmizlə biznes, eləcə də mədəni əlaqələr qurmağa qərar veriblər.

Günəş və külək enerjisinə yatırımları ilə tanınan mütəxəssis Hirokazu Taniguçi yeni diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə, siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Təşkilat rəhbəri Əlibəy Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsinı planlaşdırır.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora
“Sərhədsiz Reportyorlar”dan qondarma

“Sərhədsiz Reportyorlar”dan qondarma "DQR"-ə dəstək

Avropa, Diaspora
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olun ...

Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olun ...

Diaspora
AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq ...

AzTU və Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq ...

AzTU
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
AzTU-nun nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır

AzTU-nun nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır

AzTU
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB

AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB

Biologiya və tibb elmləri
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
SAF – İsveç-Azərbaycan Assosiasiyası ölkəmizi uğurla təmsil edir

SAF – İsveç-Azərbaycan Assosiasiyası ölkəmizi uğurla təmsil edir

Avropa, Diaspora
Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Turan
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə gö ...

AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə gö ...

AzTU
Əməkdaşlıq memorandumu imzalanacaq

Əməkdaşlıq memorandumu imzalanacaq

Borçalı, Elanlar
Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Dünya, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Avropa, Diaspora
Rəy yazın: