İftixar: Canavar dişi (2 hissəli dram) 2-ci hissənin davamı

İFTİXAR

CANAVAR DİŞİ

(ikihissəli qəhrəmanlıq dramı)
Qarabağ savaşına məhkum olunanları anarkən!
2-ci hissənin davamı

Canavar ulaya-ulaya, axsaq yeriçlə astaca qaçmağa başlayır. Erməni əsgəri canavarın əks tərəfinə doğru start götürür. Bu dəmdə canavar sürüsünün əks tərəfdən irəlilədiyi görünür. Erməni əsgəri dayanır. Anlaşılmaz vəziyyət yarandığını görür. Geri qaçmaq istəyir. Yenidə dayanır, döyüşə hazır vəziyyət alır.
Azərbaycan əsgəri – Durma, qaç, geri qaç!.. Tez ol!.. Niyə donub qalmısan, qaç deyirəm!.. Qaç, yaramaz erməni!.. Qaç əclaf, qaç!.. Bizi canavarların dişinə yem eləmə, qaç!..
Erməni əsgəri odun parçasını əlində sahmanlayaraq yerini daha da bərkidir. Azərbaycan əsgəri canavarların yaxınlaşdıqca mühasirə yaratdıqlarını görür, dərhal hər əlinə bir odun parçası götürüb özünü Erməni əsgərinin yanına çatdırır. Onlar kürək-kürəyə söykənirlər və qollarını geniş açıraq canavarların yetişməsini gözləyirlər.
Azərbaycan əsgəri – Niyə qaçmadın?..
Erməni əsgəri – Qaçmaq qorxaqlıqdı...
Azərbaycan əsgəri – İgidlik ondusa, doqquzu qaçmaqdı ay erməni...
Erməni əsgəri – Bəs onda qorxaqlıq nədi?...Qorxaqları quduzlar da sevmir... Həm də tez tələyə salırlar... Qorxmazdan isə quduzlar da qorxur...
Azərbaycan əsgəri – Biz onlara heç nə eləyə bilməyəcəyik... Gizlənmək lazımdı... Gözümüz görə-görə ölümə gedirik...
Erməni əsgəri – Nə vaxta qədər gizlənəcəyik?..
Azərbaycan əsgəri – Yol tapana qədər...
Erməni əsgəri – Yolumuz budu... Bərabər döyüşmək...
Azərbaycan əsgəri – Onda möhkəm ol!..
Erməni əsgəri – Hesabla canavarlar o biri tərəfdən gəlməli idilər, amma tam qarşıdan peyda oldular. Bu, ağla sığmazdı...
Azərbaycan əsgəri – Yəqin bu, onların naməlum taktikasıdı.
Erməni əsgəri – Dünən onlardan çox qorxmuşdum, bu gün heç qorxmuram.
Azərbaycan əsgəri – Niyə?
Erməni əsgəri – Çünki kürəyimdə sən varsan.
Azərbaycan əsgəri – Çatırlar, hazır ol. Eyni vaxtda zərbə endirək. Üçə qədər sayıram, üçdə dərhal vururuq.
Erməni əsgəri – Sən sağdan, mən soldan...
Azərbaycan əsgəri – Bəs sənin sağın-solun bəlli deyildi...
Erməni əsgəri – İndi bəllidi...
Azərbaycan əsgəri – Niyə?
Erməni əsgəri – Çünki kürəyimdə sən varsan...
Azərbaycan əsgəri – Bir...
Erməni əsgəri – Altı canavar var, elə vurmalıyıq ki, birincidən hərəmizin zərbəsi ikisini tutsun, yoxsa çətin olacaq...
Azərbaycan əsgəri – Çalışaram...
Erməni əsgəri – İşdi mən ölsəm, sən qalsan, Tiflisdə bizimkiləri tap. De ki, mən müharibə deyiləm... Mən insanam... müharibədən bezən insan...
Azərbaycan əsgəri – İnşallah, sən özün deyəcəksən...
Erməni əsgəri – De ki, bu bizim savaş deyil... De ki, mən belə deyirdum...
Azərbaycan əsgəri – İki...
Erməni əsgəri – Söz ver mənə...
Azərbaycan əsgəri – Hazırlaş...
Erməni əsgəri – (tələsərək) Tez ol, söz ver... Xahiş edirəm...
Azərbaycan əsgəri – Söz verirəm... Amma biz bunu səninlə bir yerdə deyəcəyik...
Erməni əsgəri – Sağ ol ki, söz verdin... İçim rahat oldu... Bu körpənin adını Qəhrəman qoyarsan...
Azərbaycan əsgəri – Oldu... Üç...
Qoşa güllə səsi eşidilir. Sıçrayışda olan iki canavar zingildəyərək qarın üstünə sərilir. Azərbaycan əsgəri ilə Erməni əsgərinin zərbələri bir-birinin odun parçasında birləşir. Dərhal ikinci qoşa güllə səsi eşidilir. Növbəti iki canavar zingildəyərək qarın üstünə sərilir. Digər canavarlar güllə səsinin vahiməsindən təlaşla qaçmağa başlayırlar. Üçüncü qoşa güllə səsinə sonuncu iki canavar qar üstünə sərilir. Azərbaycan əsgəri ilə Erməni əsgəri çaşqın halda ətraflarına boylanırlar. Bir neçə güllə səsi daha eşidilir.
Azərbaycan əsgəri – Güllələri kim atır?
Erməni əsgəri – Yəqin bizim snayperlərdi...
Azərbaycan əsgəri – Nə, sizinkilər...
Azərbaycan əsgəri qaçmaq istəyir. Erməni əsgəri onun kürəyindən qucaqlayır və hər ikisi qarın içinə batırlar. İki nəfər erməni əsgəri qaçaraq onlara tərəf gəlir.
Azərbaycan əsgəri – (çabalayaraq onun qolları arasından çıxmağa çalışır) Burax məni əclaf...
Erməni əsgəri – Qorxma, qaçma...
Azərbaycan əsgəri – Burax deyirəm... burax məni, xain erməni... Burax məni, mən onlara əsir düşmək istəmirəm...
Erməni əsgəri – Qorxma, qoymaram onlar sənə toxunsunlar...
Azərbaycan əsgəri – Yalan deyirsən, gərək mən səni canavarlarla baş-başa qoyaydım, burax məni...
Əlində snayper tüfəngi tutmuş, erməni hərbi geyimində olan iki qara dərili hərbçi qaçaraq onlara tərəf gəlir.
Azərbaycan əsgəri – Bu nədi əəə, onlar ki, zəncidilər...
Erməni əsgəri – Onlar muzdlu döyüşçülərdi.
Azərbaycan əsgəri – Lənətə gələsiniz sizi... Gör bir biz kimlərlə vuruşuruqmuş... Ruslar bəs eləmirdi?.. Biz bütün dünya ilə vuruşuruqmuş ki...
Erməni əsgəri – Sakit ol...
Azərbaycan əsgəri – Sən onları necə başa salacaqsan?
Erməni əsgəri – Onlar erməni dilini öyrənmiş zəncilərdi...
Azərbaycan əsgəri – Gör bir nələr varmış dünyada, a sənə qurban olum Allah... Bəs sənin bunlardan xəbərin yoxdu? Biz sənin yanında hansı günahın sahibiyik ki, bizi bu dərdə salırsan, ay Allahım?!
Erməni əsgəri – Sakit ol... Danışma...
Zənci hərbçilər onlara yetişirlər. Onlardan biri erməni dilində soruşur.
Muzdlu zənci – Əllər yuxar... Kimsiniz?.. Durun ayağa...
Erməni əsgəri – (əllərini qaldıtraraq ayağa qalxır) Mən ikinci alaydanam... Ləqəbim Kobradı... Komandirin müaviniyəm.
Muzdlu zənci zabit – Hə, tanıdım... O biri kimdi?
Erməni əsgəri – O da bizimkilərdəndi...
Muzdlu zənci zabit – Vaxtında yetişdik. Yoxsa canavarlar ikinizi də parçalayacaqdı... Amma o biri tərəfdə biri də vardı. (barmağı ilə qoca palıdın səmtini göstərir) bir neçə güllə atdıq, vura bilmədik. Ağacların arasında itdi. Dişində bükülü nə isə aparırdı...
Azərbaycan əsgəri cəld yerindən sıçrayır, bağıraraq ağaca tərəf qaçır .
Azərbaycan əsgəri – Körpə getdi... Canavar körpəni apardı...
Muzdlu zənci zabit – Bu ki, düşməndi? (arxasınca atmaq istəyir)
Erməni əsgəri – (onun silahından yapışır) Atma.
Muzdlu zənci zabit – O düşməndi... Sən düşməni qoruyursan?
Erməni əsgəri – O bizim agentimizdi. Mən onunla burada məlumat almaq üçün görüşmüşəm. Onunla işiniz olmasın.
Muzdlu zənci zabit – Biz onu aparacağıq. Ona görə mənim beş yüz dollar mükafatım var. Gerisini sizinkilər bilər.
Erməni əsgəri – Ona görə mükafat olmayacaq, çünki o agentdi...
Muzdlu zənci zabit – Sənin üçün agentdi, mənim üçün əsir.
Erməni əsgəri – (bağıraraq onun silahından yapışır, əlindən almağa çalışır) Dedim ki, onunla işiniz olmasın!
Muzdlu zənci zabit – Silahı burax...
Erməni əsgəri – Söz ver...
Muzdlu zənci zabit – Sənə dedim ki, silahı burax...
Erməni əsgəri – Əvvəlcə söz ver...
Erməni əsgəri ilə Muzdlu zənci zabit əlbəyaxa olurlar.
Muzdlu zənci əsgər – (qışqıraraq Erməni əsgərinin arxasından çəkib yerə yıxır.) Silahı burax deyildi, murdar!
Erməni əsgəri arxası üstə yerə sərilir. Muzdlu zənci zabit onun qarnının üstündə oturur, boğazından yapışıb boğmağa çalışır. Erməni əsgəri Muzdlu zənci zabitin qollarından yapışıb, xilas olmaq istəyir. Azərbaycan əsgəri ağacın oyğundan içəriyə baxıb geri çevrilərkən, bütün bu gərgin mənzərəni görür və cəld özünü onlara çatdırır. Əlindəki odun parçası ilə Muzdlu zənci əsgərin başının arxasından zərblə vurur. Muzdlu zənci əsgər yerə sərilir. İkinci zərbəni Muzdlu zənci zabitin alnına vurur. O da yerə sərilir. Erməni əsgərini çəkib yerdən qaldırır.
Azərbaycan əsgəri – Qalx... Əclaf uşağı, əclaf... Hardan gəlib, harda qoçuluq eləyirlər...
Erməni əsgəri – Sağ ol, tam zamanında yetişdin, az qala boğulurdum...
Azərbaycan əsgəri – Sənə deyirdim ki, onlara lazım gələndə əzib keçirlər... Bu da bu...
Erməni əsgəri – (Muzdlu zənci zabitin cəsədini təpiklə vurur) İt oğlu... Qolunun qüvvətinə bax. Gücüm çatmırdı.
Azərbaycan əsgəri – Niyə savaşırdınız?
Erməni əsgəri – Səni aparmaq istəyirdilər. Etiraz elədim, ona görə...
Azərbaycan əsgəri – Əclaflar... Canavar körpəni aparıb.
Erməni əsgəri – (cəld yerdən snayper silahları götürür, birini Azərbaycan əsgərinə verir. Bağıraraq) Getdik!
Azərbaycan əsgəri – Hara?
Erməni əsgəri – Körpəni canavarın dişindən almağa!

Onlar canavarın izinə düşərək gözdən itirlər.

Son.

Bakı-Truskavets
05 iyul – 05 avqust 2014
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İftixar: Canavar dişi (2 hissəli dram) 1-ci hissə

İftixar: Canavar dişi (2 hissəli dram) 1-ci hissə

Dramaturgiya
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası keçiriblər

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası keçiriblər

---
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Vətən sənə, sən Tanrıya əmanət!.."

Müsabiqə, Başkeçid
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
İftixar: Canavar dişi (2 hissəli dram) 2-ci hissə

İftixar: Canavar dişi (2 hissəli dram) 2-ci hissə

Dramaturgiya
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Qazi Əvəz Əli oğlu Əzizov

Qazi Əvəz Əli oğlu Əzizov

Qarabağ
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

Dramaturgiya
ƏSGƏRƏ MƏKTUB!

ƏSGƏRƏ MƏKTUB!

Digər ali məktəblər, Köşə yazılar
Cəlil Komradlı (1966)

Cəlil Komradlı (1966)

Müsabiqə
Aynur Nəbili - Urus dili (Hekayə)

Aynur Nəbili - Urus dili (Hekayə)

"Şərqin səsi", Nəsr, Müsabiqə
Lənkəranlı AKŞİN ƏLİYEVin ŞEİRLƏRİndən nümunələr

Lənkəranlı AKŞİN ƏLİYEVin ŞEİRLƏRİndən nümunələr

Regionlar, Müsabiqə
HƏCƏR ULUXANLI (1969)

HƏCƏR ULUXANLI (1969)

Müsabiqə, Qərbi Azərbaycan
Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Azərbaycan, Qarabağ, Köşə yazılar
ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 1-ci hissə

İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 1-ci hissə

Dramaturgiya
Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ, "XXI əsrin Ziyalıları"
Rəy yazın: