Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilibQərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin (KİV) və QHT nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.

ZiM.Az xəbər verir ki, Universitetin Tədris Hissə müdiri Nazim Abbasovİmtahan və Keyfiyyətə Nəzarət Mərkəzinin rəhbəri Könül Hilal imtahanların təşkili və gedişatı barədə qonaqlara məlumat veriblər. Bildirilib ki, hər imtahan sessiyasında olduğu kimi bu ilki qış imtahan sessiyasında da universitetdə Appelliyasiya Komissiyası yaradılıb və bu komissiya müraciətləri ədalətli şəkildə qiymətləndirir.

Qeyd edilib ki, Qərbi Kaspi Universiteti imtahanlarda “Keys həlli”, “Açıq kitab”, “Təqdimat” kimi unikal imtahan modelləri tətbiq edir. Bu modellər tələbələrdə məntiqi təfəkkür və təhlil qabiliyyəti formalaşdırır, onların bilik və bacarıqlarını bu baxımdan qiymətləndirir.

Eyni zamanda bildirilib ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.
KİV və QHT təmsilçiləri imtahan prosesin təşkili və gedişatından razılıqlarını ifadə edib, imtahanlarda obyektivlik və şəffaflığın təmin edildiyini, qabaqcıl texnologiyaların tətbiq olunduğunu qeyd ediblər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev jurnalistlərə açıqlamasında imtahan formalarındakı çoxmodelliliyin əhəmiyyətli yenilik olduğunu bildirib.

Təhsil üzrə tanınmış ekspert Etibar Əliyev Qərbi Kaspi Universitetinin imtahanların izlənməsi ilə bağlı təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib.

Aygül ÇOBANOVA,
ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: