AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün - 2017-ci il noyabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzMİU-dan ZiM.Az-a bildiriblər ki, İmzalanma mərasimində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, cəmiyyətin əməkdaşları, AzMİU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də media nümayəndələri iştirak edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq cəmiyyətin rəhbəri başda olmaqla “AzerGold”-un əməkdaşlarını universitetdə görməkdən məmnun olduğunu bildirib. Təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayan G.Məmmədova ali məktəblərin istehsalat müəssisələri ilə əməkdaşlığının bu inkişafa dəstəyin təsiqi kimi qiymətləndirib. O, bugünkü görüşün , cəmiyyətlə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib, onun həm universitet, eləcə də tələbələr üçün böyük əhəmiyyət daşıdığını deyib. Tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsi, inkişaf etdirilməsi, eyni zamanda karyera qurmaq istiqamətində axtarışlarına təkan verməsi baxımından dəyərləndirib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov da tədbir iştirakçılarını salamlayıb, vurğulayıb ki, ölkəmizin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyətiylə seçilən universitetlə əməkdaşlıqda maraqlıdırlar. Eyni zamanda istehsalat müəssisəsi olaraq istehsalat üçün kadrlar hazırlayan universitetlərdə təhsilə və elmi-texniki inkişafa, tələbələrin istehsalatla əlaqələrinin möhkəmləndirilməsinə dəstək olmaq istəyirlər. O qeyd edib ki, bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır. Z.İbrahimov ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olduğu qədər ölkədə dağ-mədən hasilatı sahəsinin inkişafına da müsbət təsir göstərəcək. Z.İbrahimov memorandumun müddəalarından danışıb. Məlum olub ki, razılaşmaya əsasən, AzMİU cəmiyyət üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkil edilməsi, müvafiq ixtisas üzrə təhsil alan 2 və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində AzerGold ASC-də təlimlər keçmələri və s. nəzərdə tutulub.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər bir-birinə gələcək fəaliyyətlərində nailiyyətlər diləyib, əməkdaşlığın hər iki tərəfə uğurlar gətirməsini arzulayıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Əsas xəbər, Nazirlik, AzTU
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

Digər ali məktəblər, Turan
AzTU ilə “AzerGold” QSC arasında əməkdaşlıq uğurla davam edir

AzTU ilə “AzerGold” QSC arasında əməkdaşlıq uğurla davam edir

AzTU
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Digər ali məktəblər
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
AzMİU-da Məzun Günü

AzMİU-da Məzun Günü

Digər ali məktəblər
AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib

Digər ali məktəblər
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

AzMİU-da beynəlxalq konfrans işinə başlayıb

Digər ali məktəblər
AzTU və “Xaliq Faiqoğlu” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və “Xaliq Faiqoğlu” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU
AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və 166 Global Logistics MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU
AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

AzTU
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
AzTU ilə Selçuk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Selçuk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanı ...

AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanı ...

AzTU
Rəy yazın: