AzMİU-da mediatur təşkil olunub

AzMİU-da mediatur təşkil olunub AzMİU-da mediatur təşkil olunub AzMİU-da mediatur təşkil olunubAzMİU-da mediatur təşkil olunub AzMİU-da mediatur təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016-2017-ci tədris ilinin yaz semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib.

Mediaturda Universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV mənsubları iştirak edib.

AzMİU-nun mətbuat xidmətinin rəhbəri Nəcibə xanım Mirzəyeva ZiM.Az-a bildirib ki, tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, eyni zamanda əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib.

O, imtahanların şəffaf, normativ sənədlərə uyğun həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini qonaqların diqqətinə çatdırıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir. Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir".

Mediaturdan sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda onlar Memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların əl işlərindən ibarət sərgiyə də baxıblar.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Müşfiq BORÇALI,
ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər

AzTU-nun İctimai Şurasının üzvləri imtahan prosesini izləyiblər

AzTU
AzTU-da “Aşıq qapı ” günü keçirilib

AzTU-da “Aşıq qapı ” günü keçirilib

AzTU
AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU-da yay imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU
Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izləyiblər

AzTU
AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU
AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU-da Aşıq qapı günü və Mediatur təşkil olunub

AzTU
İctimai Şuranın üzvləri və KİV nümayəndələri AzTU-da

İctimai Şuranın üzvləri və KİV nümayəndələri AzTU-da

AzTU
TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

TƏHSİL MÜTƏXƏSSİSLƏRİ AzTU-da İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

Əsas xəbər, AzTU
AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

AzTU
AzTU-da valideynlərlə görüş olub

AzTU-da valideynlərlə görüş olub

AzTU
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Əsas xəbər, AzTU
Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

Digər ali məktəblər
AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub

AzTU-da qış imtahan sessiyasına hazırlıq işləri müzakirə olunub

AzTU
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU, Hüquq
AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU-nun rektoru imtahan prosesini izləyib

AzTU
AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

AMEA-da yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib

"Zirvə"
AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

Digər ali məktəblər, Turan
Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Rusiyalı tələbələr AzMİU-nun Qış məktəbində

Digər ali məktəblər
AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU-da qış imtahan sessiyası başlayıb

AzTU
AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Digər ali məktəblər
Rəy yazın: