Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş veriliş yayımlanıb

Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş veriliş yayımlanıb Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan xüsusi veriliş yayımlanıb. Verilişin aparıcıları Kazuyasu İşida və xanım Hiroko Ueyama xalqımızı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, respublikamız bu yubileyini müstəqillik illərində qazanılan böyük uğurlarla qeyd edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən ZiM.Az -a bildiriblər ki, Verilişin qonaqları Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib. Verilişdə Azərbaycanın uğurları ilə yanaşı, müstəqillik illərində üzləşdiyi çətinliklər barədə də məlumat verilib. Bildirilib ki, Ermənistanın əsassız torpaq iddiaları nəticəsində ölkəmiz münaqişəyə cəlb olunub, dinc insanlarımız erməni silahlı qüvvələri tərəfindən doğma yurdundan didərgin salınıb, minlərlə soydaşımız qətlə yetirilib və girov götürülüb. Hələ də münaqişə şəraitində yaşamasına və beynəlxalq qurumların səylərinə baxmayaraq, ölkəmizin ərazi bütövlüyünün indiyədək bərpa olunmamasına rəğmən Azərbaycan bu 25 ildə böyük uğurlara imza atıb.

Azərbaycannın müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə bəhs edən qonaqlar 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni xüsusi vurğulayıb. Bildirilib ki, “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan yaradıb və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edib. Verilişdə Azərbaycanın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkə olduğu xüsusi qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edildiyi bildirilib.

“25 illik inkişaf yolumuzun ən parlaq nəticəsi isə Azərbaycanın tam müstəqil ölkəyə çevrilməsidir. Ölkənin siyasəti Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir” – deyə vurğulanıb.

Verilişdə televiziyanın prodüseri Kazuyasu İşidanın şəxsən iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumu, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə də müzakirələr aparılıb.

Proqramda Azərbaycanın inkişafından bəhs edən videoçarx və V Bakı Beynəlxalq Humanitar Forumu barədə fotolar nümayiş olunub.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora
Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Azərbaycanın Müstəqilliyi Günü Tbilisi Dövlət Universitetində qeyd olunub

Tiflis

"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" ...

Bakı, Məktəblər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qey ...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qey ...

Avropa
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU
AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildön ...

ADPU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildön ...

ADPU
Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib

Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib

Amerika, Diaspora
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diaspora
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir ke ...

Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir ke ...

BMU
Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU
Rəy yazın: