Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək İyun ayının 3-4-də paytaxt Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində Təşkilat Komitəsi yaradılıb.Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, habelə Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir.

Tоplаntıdа Dünyа Azərbаycаnlılаrının III Qurultаyındаn kеçən dövr ərzində görülmüş işlər müzаkirə оlunаcаq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir.

Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur.

Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.

Qeyd edək ki, hal-hazırda dünyanın bir çox ölkəsində 450-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci ilin iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

Əsas xəbər, Azərbaycan, Diaspora
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Dünya, Diaspora
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziya ...

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziya ...

Diaspora
Söyün Sadıxov

Söyün Sadıxov "Azərros"-un prezidenti seçilib

Qarayazı, Rusiya, Diaspora
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Berlində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib

Avropa, Diaspora
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Diaspora, Dünya
“Sərhədsiz Reportyorlar”dan qondarma

“Sərhədsiz Reportyorlar”dan qondarma "DQR"-ə dəstək

Avropa, Diaspora
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Avropa, Diaspora
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diaspora
Azərbaycan Prezdentinin Dünya azərbaycanlılarına Bayram təbriki

Azərbaycan Prezdentinin Dünya azərbaycanlılarına Bayram təbriki

Əsas xəbər, Rəsmi Xəbərlər
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il  ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il ...

AzTU
Rəy yazın: