İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ...

İNSAN ƏZİZLƏNƏR ELDƏN GEDƏNDƏ... Qəfil gələn zəngdən sümüyüm səksənsə də, eşidəcəyim xəbərin bu qədər dəhşətli olacağını gözləmirdim. Telefonun o başından Niyazın, – Xəlil əmimin oğlu Elman Moskvada rəhmətə gedib, - deməsi sanki ildırım effekti yaradaraq məni elə sarsıtdı ki, nə deyəcəyimi belə bilmədim. Doğrudur, ölüm xəbəri təzə xəbər deyil. İnsan elə doğulduğu gündən ölümünə doğru yol gedir. Allahın bizə bəxş etdiyi ömür adlı zaman kəsimi beşikdən məzara gedən yolumuz deyilmi? Dünyaya gələn gündən əlləşən, vuruşan, minbir zəhmətə qatlaşan insan dünyadan köçəndə özüylə qızıl, gümüş, sərvət sərvət yox, xalq şairi Zəlimxan Yaqub demiş, “torpağın ömrünə calamaq üçün bir parça ömür aparır”.

Bu ömür yolunda üzərinə bir sıra borclar düşən insanın ən böyük borcu isə ölüm borcudur və Allahın qarşısında bu borcunu da üzüağ ödəyənlər ölümsüzlük yoluna qədəm qoyurlar. Z.Yaqubun dediyi kimi:

Keçib gedir ömrümüz yuxu kimi, duş kimi,
Axırda tabut kimi qonuruq çiyinlərə!

Bəli, nə qədər ki, həyat var, dünyaya gələnlər var, gedənlər də olacaq. Yeni doğulanların xəbərini eşitdiyimiz kimi, ölənlərin xəbərini eşitməkdə də qeyri-adi bir şey yoxdur. “Ölüm haqdır, çıxmaq olmaz əmrdən”, amma gərək bu əmr belə vaxtsız verilməyəydi axı.

Səndə ətək, məndə əl,
Adın amansız əcəl.
Gəlirsən vaxtında gəl,
Vaxtsız döymə qapımı!

Elman Xəlil oğlu Əliyev 1967-ci ildə Darvazda zəhmətkeş bir ailədə dünyaya gəlmiş, burada da orta təhsil almışdı. Bir kənddə, hətta bir məhlədə böyüyüb boya-başa çatsaq da, etiraf edim ki, mən onu daha yaxından Bakıda tanıdım. Bu da ondan irəli gəlirdi ki, aramızda yaş fərqi vardı. Mən orta məktəbi bitirib Bakıya gələndə o, uşaq idi. O, ali təhsil almaq üçün Bakıya gəlib Texniki Universitetdə oxuyanda isə artıq mən kəndə qayıtmışdım. Barəsində keçmiş zamanda danışmaq mənim üçün nə qədər ağır olsa da, qeyd etmək istəyirəm ki, son illərdə aramızda çox isti münasibət yaranmışdı. Hər dəfə Bakıya gələndə vaxtının azlığına baxmayaraq mütləq mənimlə görüşərdi. Moskvadakı görüşlərimiz isə Elmanlı günlərin ən əziz xatirəsi kimi yaddaşımdan heç zaman silinməyəcək.
Çox zaman insanlara sağlığında layiq olduğu qiyməti verməkdə xəsislik edirik, yaxud sadəcə yubanırıq. Hər gün rastlaşdığımız, ünsiyyətdə olduğumuz insanın böyüklüyünü görə bilmir, dəyərləndirmirik. Bir də başımızı qaldırıb görürük ki, iş-işdən keçib, artıq əlimiz bir yana çatmır. Şair Əlizadə Nuri bu bayatını sanki Elman üçün deyib:

Mən aşıq, gecə yarı,
Ay doğdu gecəyarı.
İnsan qızıl tozudu,
Bilinər gec əyarı.

Bəzən deyirlər, filankəs qızıl kimi adamdır. Bax, Elman da belə qızıl kimi oğlanlardan idi. Başqa cür ola da bilməzdi. Çünki mayası halallıqdan yoğrulmuşdu. Həyatda qazandığı hər şeyə görə əllərinin qabarına, alnının tərinə borclu olan atası Xəlil kişi ona haram tikə yedirtməmişdi.
Özülü möhkəm, bünövrəsi sağlam, gözütox, mənən zəngin olduğundan idi ki, Elman heç zaman haqqı nahaqqa qurban verməz, kimsənin haqqının tapdanmasına razı olmazdı. Yüksək intellektli və olduqca səmimi bir insan idi. Onunla söhbətdən doymaq olmurdu. Özü boyda bir ürək idi – yanar bir ürək. Bu ürək doğma el-oba üçün də, qohum-qardaş və dostlar üçün də eyni məhəbbətlə yanırdı. Elin fəxri, dostların inam və qürur yeri, qardaş-bacılarının arxasıydı. Özü həyatdan vaxtsız köçsə də, indiyədək gördüyü xeyirxah əməlləri bundan sonra da onu məhz beləcə yaşadacaq. Şair nahaq deməyib ki, “dири вар ки, тез бцкясян аьлара, öлц вар ки, дайаг олуб саьлара”.
Elmanın dəfni günü sanki bu qəfil ölümün baiskarı kimi atasının üzünə baxa bilmirdim. Elman kimi bir oğulu vaxtsız itirən bir ataya təsəlli vermək üçün söz tapmaqda aciz idim. Bir də axı, nə deyəsən, necə deyəsən ki, oğul itkisi ilə göynəyən ata qəlbini ovuda biləsən, yaralı könlünə azacıq da olsa məlhəm qoyasan. Budur, Elmanın ölümündən 40 gün keçir. 40 gündür ki, Elman aramızda yoxdur. Və mən Elmanın atasına, anasına, qardaş və bacılarına onda deyə bilmədiklərimi bu gün demək istəyirəm. Demək istəyirəm ki, Elman təkcə sizdən yox, bizim hamımızdan getdi. Bu gün o, sadəcə cismən aramızda yoxdur, ruhu isə bizimlədir. Elman kimi oğullar heç zaman ölmür - dünyasını dəyişir, ölməzliyə qovuşur. Sağlığında könüllərdə özünə yuva qura bilənlər hər zaman diri olur, xatirələrdə yaşayır, əzizlənirlər. Elman təkcə bir evdən yox, eldən getdi.

El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.

Musa NƏBİOĞLU
2011

Darvaz.com

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz
Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Səmimi və təvazökar insan - ADİL ÖMƏROV

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

BU DÜNYA ƏBƏDİ DİRİLƏRİNDİ

Darvaz
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
O, ƏH BÖYÜK DAYAĞIM İDİ

O, ƏH BÖYÜK DAYAĞIM İDİ

UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970)

Darvaz
Ucalıq və müdriklik nümunəsi

Ucalıq və müdriklik nümunəsi

Nekroloqlar
Sabir Sarvan mərdanə kişilərdən biri idi...

Sabir Sarvan mərdanə kişilərdən biri idi...

Sumqayıt, UNUTSAQ, UNUDULARIQ!....
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri

Nəsr, Müsabiqə

"Qaradaş kəndinin sorağında" adlı kitab işıq üzü görüb

Yeni nəşrlər, Bolus, Turan
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Müsabiqə
Yaddaşlara köçən ömür - ƏMİRCAN ƏMİRCANOV - 81

Yaddaşlara köçən ömür - ƏMİRCAN ƏMİRCANOV - 81

Borçalı
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

Bolus, Nekroloqlar
XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

Regionlar
Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Tiflis, Köşə yazılar
Rəy yazın: