ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR

ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR Müstəqilliyin açdığı geniş imkanlar hər sahədə özünü göstərdi. Tezliklə iqtisadiyyatın, elmin və mədəniyyətin müxtəlif sahələrində nəzərəçarpacaq irəliləyiş oldu. Amma təəssüflər olsun ki, son illər müstəqilliyin açdığı bu imkanlardan xüsusilə musiqi sahəsində bir özbaşınalıq, hərc-mərclik yarandı. İndi musiqi təhsili oldu-olmadı hər yerindən duran musiqi bəstələyir, səsi var, ya yox müğənni olur. Ən pisi də odur ki, yenilik pərdəsi altında xalq musiqimizə, qədim çalğı alətlərimizə ögey münasibət formalaşır.

Amma nə yaxşı ki, bütün varlığı ilə milli musiqimizə bağlanan, onun yaşaması, nəsildən-nəsilə ötürülməsi üçün əlindən gələni əsirgəməyən sənətkarlarımız var. Bu yazıda onlardan biri haqqında söhbət açmaq istəyirəm.

...Sarı Əhmədov 1934-cü ildə Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Uşaqlığı ağrılı-acılı müharibə illərinə təsadüf etdiyindən ali təhsil ala bilməmiş, ancaq əvəzində başqa – daha gözəl bir yol seçmişdir.

Bütün Borçalıda məşhur olan Paşa kişidən qara zurnanın sirlərini öyrənmiş, el şənliklərini yola vermişdir. Bir vaxtlar Borçalıda bircə toyu qara zurnasız təsəvvür etmək mümkün deyildi. Bir kənddə çalınan zurna səsi qonşu kəndlərdə belə eşidilirdi. Amma bu gün Sarı kişini narahat edən odur ki, son vaxtlar bu qədim musiqi alətinə maraq azalıb. Özü də qəribə bir mənzərə yaranıb, şəhərlərdə, şadlıq evlərində qara zurnaya maraq olduğu halda, kənd toylarının bəzəyi olan zurna unudulur. Usta Sarı da ona görə narahat olmur ki, toylarda azdan-çoxdan o da çörək pulu qazanırdı. Ona görə narahat olur ki, qədim milli musiqi alətimizə biganəlik var. Və bu, təkcə usta Sarını yox, hamımızı narahat etməlidir. Hər dəfə sədası gələndə qəlbimizi cuşa gətirən, bizi kökümüzə, soyumuza qaytaran qara zurnanı yaşatmağı hamımız özümüzə borc bilməliyik.

Yeri gəlmişkən, bir şeyi də qeyd edim ki, Sarı Əhmədov Borçalıda, onun hüdudlarından kənarda mahir bir zurnaçı kimi tanınmaqla yanaşı, həm də bənnadır. Hərdən zarafatla deyir ki, mən əvvəlcə evi tikirəm, sonra da o evə gəlin köçürürəm. Doğrudan da bundan böyük nəcib, xeyirxah iş olmaz. Beləcə uzun illər Borçalıda rəhmətlik Alı kişi ilə bərabər el şənlikləri keçirən, oğul evlənlirib, qız köçürən Sarı Əhmədov qara zurnanın taleyindən narahatdır. Ancaq atalar yaxşı deyib, zər qədrini zərgər bilər. Qara zurnanın da, onu yaşadan Sarı kimi sənətkarların da qədrini bilənlər var və məhz onların sayəsində bu qədim musiqi alətimiz yaşayacaq və yenidən toylarımızın yaraşığına çevriləcəklər.

Musa NƏBİOĞLU
“Mərhəmət” qəzeti, mart 2002-ci il.
"Şərqin səsi" qəzeti, 2014
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
HAQQA SARI: Səadət Buta ilə GÖRÜŞ

HAQQA SARI: Səadət Buta ilə GÖRÜŞ

Tv
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Müsabiqə, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqında

Bolus
SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Tiflis
Kompyuter mühəndisi olmaq arzusundadır

Kompyuter mühəndisi olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!..

Mədəniyyət, Nekroloqlar
Biz də Aysuna uğurlar arzulayırıq!..

Biz də Aysuna uğurlar arzulayırıq!..

"Elm və Təhsil", Gənc istedadlar
Elida MUXAYEVA: Ruhumuzun  zəhərinə çevrilən musiqilər

Elida MUXAYEVA: Ruhumuzun zəhərinə çevrilən musiqilər

Publisistika, Köşə yazılar
RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, ARİF MÜƏLLİM!..

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə  Hüseynova

Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə Hüseynova

Mədəniyyət
Var ol, Marat Darvazlı!...

Var ol, Marat Darvazlı!...

Tv, Darvaz, Təbriklər
Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Rustavi, Borçalı, Bolus, Qarayazı
DƏLLƏK HÜSEYİN (1926-1988)

DƏLLƏK HÜSEYİN (1926-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus, Müşfiq Borçalı
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Şindidən əl eylə Ortabulağa...

Şindidən əl eylə Ortabulağa...

Darvaz
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
Zərgər Musa, üçüncü kitabın mübarək!..

Zərgər Musa, üçüncü kitabın mübarək!..

Borçalı, Qarayazı, Təbriklər
Rəy yazın: