Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)
TƏBRİK EDİRİK!..
Fevral ayının 27-i dəyərli eloğlumuz,
Qarabağ müharibəsi veteranı,
ehtiyatda olan hərbi polkovnik-leytenant
Nazir Nəsib oğlu Əlləzovun doğum günüdür.
Onun 45 yaşı tamam olur.

Nazir Nəsib oğlu Əlləzov - 1971-ci il fevral ayının 27-də
qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb.
O, 1977-ci ildə Darvaz orta məktəbinin birinci sinfinə daxil olub,
1987-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1988-ci ildə Rusiyanın Tümen şəhərindəki Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə daxil olub, 1992-ci ilin mart ayından təhsilini Bakı Ali Hərbi Məktəbində davam etdirib. Həmin ilin iyun ayında təhsilini bitirərək həmin məktəbin mühəndis-istehkam bölüyünə tağım komandiri təyin olunub.
N.Əlləzov 1992-ci ilin noyabr ayında Bakı Ali Hərbi Məktəbinin kursantlar tağımı komandiri vəzifəsinə,
1994-cü ilin iyununda isə “N” saylı hərbi hissəsinin mühəndis xidməti rəisi təyin edilib.
O, 2001-ci ilin iyul ayında müdafiə nazirinin əmri ilə Təlim və Tədris Mərkəzinin Mühəndis İstehkam qrupunda müəllim, həmin ilin dekabr ayının sonunda isə baş müəllim və eyni zamanda həmin mərkəzdə Mühəndis Xidməti rəisi vəzifəsinə təyin edilmişdir.
1992-ci ildən Azərbaycan Ordusunda xidmət edən Nazir Əlləzov
2006-cı ildə hərbi polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
Hazırda təqaüddədir.
Qarabağ müharibəsi veteranıdır.


Dəyərli eloğlumuz, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan hərbi polkovnik-leytenant
Nazir Nəsib oğlu Əlləzovu anadan olmasının 45 illiyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


27 fevral 2016-cı il

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: