Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006)

Polkovnik VAQİF ADİL OĞLU BAYRAMOV (1961-2006) Gürcüstan Respublikasının
ƏRAZİ BÜTÖVLÜYÜ uğrunda gedən
Abxaziya və Osetiya müharibəsinin iştirakçı olan
SOYDAŞLARımızı TANIYAQ və TANIDAQ!..


BAYRAMOV VAQİF ADİL OĞLU
hərbçi, polkovnik
(11.XII.1961)


Vaqif Adil oğlu Bayramov - 1961-ci il dekabrın 11-də
qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
O, 1979-cu ildə doğma Sadaxlı kənd orta məktəbini bitirib.
1980-1982-ci illərdə əsgəri xidmət borcunu yerinə yetirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi şəhərindəki
Oktyabr rayonu DİŞ şöbəsində milis nəfəri (1982-1993),
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar üzrə Baş İdarəsinin
Səfərbərlik şö'bəsində zabit, bölmə rəisi,
xüsusi tə'yinatlı milis bölməsində xidmət rəisi (1993-1994),
DİN-də kəşfiyyat idarəsinin xidmət rəisi, şöbə rəisi (1994-1996), Milli Təhlükəsizlik Nazirliyində əməliyyat xidmətçisi (1996-1999) vəzifələrində çalışıb.

1993-1997-ci illərdə Tbilisi Polis Akademiyasında təhsilini davam etdirib.

1999-cu ildən Gürcüstan Müdafiə Nazirliyində briqada komandirinin müavini vəzifəsində xidmət edib.

Polkovnik Vaqif Adil oğlu Bayramov Gürcüstan Respublikasının ərazi bütövlüyünün
qorunması uğrunda gedən Abxaziya və Osetiya müharibəsinin iştirakçısıdır.

Xidməti vəzifəsilə əlaqədar bir neçə orden, medal və fəxri fərmanlarla təltif olunub.


Müşfiq BORÇALI,
ZiM.Az



Bax:
Müşfiq BORÇALI. BORÇALI ENSİKLOPEDİYASI. III cild. Borçalı Ulduzları.
Bakı, "Azərbaycan" nəşriyyatı, 2001, səh.86.



REDAKSİYADAN:
Polkovnik Vaqif Adil oğlu Bayramov 2006-cı ildə qəflətən vəfat etmişdir.
Allah rəhmt eləsin!..


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: