Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb

Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb Azərbaycanın görkəmli yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyev ötən əsrin ikinci onilliyində bir il yarım qədim Borçalı qəzasının müvəkkili vəzifəsində çalışıb. Həmin vaxt qəzanın idarəsi indiki Gürcüstanın Marneuli rayonundakı Şulaver (hazırda əsasən ermənilər yaşayan bu kənd sonralar “Şaumyan” adlandırılıb) kəndində yerləşib.

ZiM.Az saytının məlumatına görə, görkəmli yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyev fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib. 1917-ci ildə baş verən fevral inqilabından sonra mart ayında Əbdürrəhim bəy Borçalı qəzasına müvəkkil təyin olunub və məlumata görə, qəzanın idarəsi Şulaver kəndində yerləşib.

Onu da qeyd edək ki, Ə.Haqverdiyevin katibi məşhur Borçalı şairi, Marneulinin Kirəc Muğanlı kəndindən olan mollanəsrəddinçi yazar Həsən Məcruh olub.

“Şulaver” sözünün etimalogiyası türk mənşəlidir və “Şüləni ver” kəlməsindən yaranıb. Kəndlidən o zaman toxuduğu şüləni töycü əvəzinə alıblar deyə, Şulaver kəndinin adı bu sözdən əmələ gəlib. 1872-ci illərdən sonra Şulaveri - Sadaxlı dəmiryolu xətti çəkildikdən sonra Şulaver kəndinin sakinləri dəmiryol stansiyasına köçürlər və sonralar sovet dönəmində Qarabağdan köçən erməniləri həmin boş qalan Şulaver kəndinə yerləşdirir və kəndin adını Şaumayan qoyurlar. İndiki Şulaveri adlanan kənd ilə Şaumyan kəndinin arası 10 kilometrdir. Şaumyan kəndində sırf ermənilər yaşayır və Marneuli-Sadaxlı magistral yolu kənarında salınan Şulaveri kəndində isə 2005-ci ilədək 17 millətin nümayəndəsi yaşayıb və sonralar burada yaşayan müxtəlif millətlərin nümayəndələri başqa ölkələrə köçüblər. Hazırda Şulaveri kəndində azərbaycanlılar və ermənilər çoxluq təşkil edir.

Hazırda Ə.Haqverdiyevin işlədiyi keçmiş Borçalı Qəza İdarəsində erməni şagirdlərinin təhsil aldığı Şaumyan kənd orta məktəbi fəaliyyət göstərir.
(Fotoda həmin məktəb - Ə.Haqverdiyevin işlədiyi Borçalı Qəza İdarəsi).

Məktəb rəhbərliyi vaxıilə bu binada çalışan görkəmli yazıçı barədə onlarda məlumatın olmadığını bildirib. Sakinlər Ə.Haqverdiyev barədə məlumat verməyi xahiş ediblər.

Məktəb direktoru bildirib ki, Azərbaycanın görkəmli yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi Borçalı Qəza İdarəsinin keçmiş binası hazırda mühafizə olunmaq üçün Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirliyi tərəfindən qeydiyyata alınıb.

Nizami Məmmədzadə,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mirzə Rza Əlizadə (1875-1942)

Mirzə Rza Əlizadə (1875-1942)

Bolus, Qaracalar, UNUTSAQ, UNUDULARIQ!....
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
SADAXLININ DEPUTATI RÖVŞƏN İSGƏNDƏROV

SADAXLININ DEPUTATI RÖVŞƏN İSGƏNDƏROV

Borçalı
Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Arxeoloqlar Borçalının qədim İmir kəndində arxeoloji qazıntılar aparırlar

Borçalı
«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU:

«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU:

Ağbulaq
BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

Başkeçid
Sirəcəddin Əfəndiyev (1894-1944)

Sirəcəddin Əfəndiyev (1894-1944)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı
Bəkir DƏMİRÇƏLOV (1952)

Bəkir DƏMİRÇƏLOV (1952)

"XXI əsrin Ziyalıları", Borçalı
Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950)

BDU, "XXI əsrin Ziyalıları", Borçalı
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
Əziz Şərif

Əziz Şərif

Naxçıvan, Ədəbi əlaqələr, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

Azərbaycandilli jurnalistlər “Gürcüstan” qəzetinin keçmiş redaktoru Süleyma ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı
Gürcüstanın daxili işlər naziri Qızılhacılı kəndinə gəlib

Gürcüstanın daxili işlər naziri Qızılhacılı kəndinə gəlib

Borçalı, Kriminal
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Marneulidə yeni məktəb tikiləcək

Marneulidə yeni məktəb tikiləcək

Borçalı
QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU):

QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU):

Qaraçöp
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Marneuliyə səfər edib

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Marneuliyə səfər edib

Borçalı
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: