Şair Kazım Qaçağanlı vəfat edib

Şair Kazım Qaçağanlı vəfat edib Şair Kazım Qaçağanlı vəfat edib
ALLAH RƏHMƏT ELƏSİN!..

Ulu Borçalımızın vətənpərvər, yurdsevər,
olduqca dəyərli və ziyalı oğullarından olan,
tanınmış el ağsaqqalı, "Borçalı" qəzetinin
və "Borçalı" jurnalının təsisçisi,
təqaüddə olan polis polkovnik-leytenantı,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
istedadlı şair-jurnalist, "Abdulla Şaiq", "Qızıl
qələm" və "Cəsarətli qələm" mükafatları laureatı
Kazım Qaçağanlı (Kazım Cahangir oğlu Kazımov)
uzun sürən xəstəlikdən sonra
2017-ci il martın 27-də 66 yaşında
Bakı şəhərində dünyasını dəyişib.

ZiM.Az xəbər verir ki, mərhum şair Kazım Qaçağanlı
28 mart 2017-ci ildə öz vəsiyyətinə əsasən doğulub
boya-başa çatdığı qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Qaçağan kəndində
torpağa tapşırılıb.

Biz də "Borçalı" İctimai Birliyinin İdarə heyəti
"ZiM.Az" - "ZİRVƏ" İnformasiya Mərkəzinin
Yaradıcı Heyəti
adından
Borçalının və Borçalılıların problemlərinin həllində
öz köməyini heç zaman əsirgəməyən
tanınmış el ağsaqqalı, dəyərli ziyalımız və
hörmətli eloğlumuz Kazım Qaçağanlının
vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə,
yaxınlarına və doğmalarına dərin hüznlə
başsağlığı veririk.

Dostların nəzərinə onu da çatdırırıq ki,
mərhumun 3 mərasimi 31 mart 2017-ci ildə,
7 mərasimi isə 3 aprel 2017-ci ildə
Qaçağan kəndində keçiriləcək.

Yaxın günlərdə Kazım Qaçağanlının
əziz xatirəsinə Bakı şəhərində
Cümə axşamı
mərasimi təşkil olunacaq.

Bu barədə əlavə məlumat verəcəyik.

Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..



Müşfiq BORÇALI,
"Borçalı" İctimai Birliyinin Sədr müavini,
"ZiM.Az" - "ZİRVƏ" İnformasiya Mərkəzinin
Baş redaktoru


.
Şair Kazım Qaçağanlı vəfat edib
Diqqət !.. E L A N!..

2017-ci il aprelin 9-da
saat 11-də qadınlar üçün,
saat 14-də kişilər isə üçün
Bakıda Odlar Yurdu
Universitetinin yanında
"Abu Arena" ilə üzbəüz
binanın həyətində
mərhum şair-jurnalist,
polis polkovnik-leytenantı
Kazım Qaçağanlının
xatirəsinə ehsan veriləcək.

Bütün dostları - tanışları dəvət edirik.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: