Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Karslı Aşıq İslam Ərdənərin ilk kitabı Bu günlərdə (2016-cı il) ustad aşıq, görkəmli Borçalı tərəkəmə türkü olan, məlum səbəblərdən Türkiyənin Qars vilayətinin Kümbətli (Ladıkars) köyündə yaşamış aşıq İslam Ərdənərin ilk kitabı Bakıda, "Yeni Poliqrafist" nəşriyyatında çox nəfis bir şəkildə işıq üzü görmüşdür.

Aşıq İslam 1921-ci ildə Kümbətlidə anadan olmuş, 1995-ci ildə həmin köydə də vəfat etmişdir. O, məşhur tərəkəmə ozanı aşıq Şenliyin oğlu aşıq Qasımın şəyirdi olmuşdur.
Belə bir aşığın varlığı hələ Sovet hökumətinin tüğyan elədiyi bir vaxtda, 1972-ci ildə Kürüstü Keşəli kəndində yaşayan doğma bacısı Anaxanım qarının oğlu, rəhmətlik Qəmbər müəllim tərəfindən Borçalılara tanıdılmışdır. Belə ki, həmin illərdə, qadağaların quş uçurtmaz bir vaxtında Qəmbər Omar oğlu bütün çətinliklərə sinə gərərək doğma dayısı olan aşıq İslamı Keşəliyə gətirdərək bacısı ilə görüşdürmüş və bütün Borçalıya tanıtdırmışdır. Allah Qəmbər müəllimə qəni-qəni rəhmət eyləsin!
Bundan sonra biz aşıq İslamın həyat yaşamını görkəmli Azərbaycan şairi Məmməd Aslanın "Ərzurumun gədiyinə varanda" kitabından öyrəndik.
Bu ünlü aşığın atası İsə kişi əslən dağ Borçalının Soyuqbulaq kəndindən olmuşdur (Ermənistanın Kalinino rayonu). Bu kənd, kitabın 9-cu səhifəsində də qeyd edildiyi kimi, Cücəkənd (Kalinino rayonu) və Yırğançayla (indiki Gürcüstanın Dmanisi - Başkeçid rayonu) kəndləri ilə sacayağıdır.
Aşıq İslam haqqında məlumatlar kitabda yetərincədir. Ancaq kitabda getmiş bir mexaniki səhvə oxucuların diqqətini çəkmək istəyirəm.
Həmin səhifədə getmiş kiçik bir abzas belədir:
"Sadaladığımız bu kəndlər son dövrlərdə Ermənistan sınırları içərisində qalmış digər yüzlərlə Qarapapaq türklərinin kəndləri kimi 1990-cı illərdəki son məlum olaylar ilə ilgili olaraq məcburi şəkildə öz tarixi dədə-baba yurdlarını birdəfəlik tərk etmək məcburiyyətində qalmışlar."
Soyuqbulaq və Cücəkənd kəndləri Ermənistan ərazisinə, Yırğançay isə Gürcüstan ərazisinə aiddir.
Məlum səbəblərə görə o kəndlər köçmüş, Yırğançay isə bütün zorluqlara rəğmən öz dədə-baba yurdlarını atmamış, hal-hazırda da həmin kəndin camaatı öz ev-eşiyində firavan yaşamaqdadır.
128 səhifəlik bu kitabın araya-ərsəyə gəlməsində Marneulidəki özəl universitetin prorektoru, eloğlum Mahmud Kamaloğlunun zəhməti əvəzsizdir.
Aşığın şerlərini əldə eləmək üçün mən, aşığın oğlu Musa Ərdənərlə internet üzərindən uzun müddətli əlaqə yaratdım. Sağ olsun, aşığın şerlərinin bir qismini mənə göndərdi. Bununla da ilk dəfə olaraq aşığın belə bir kitabı meydana gəldi. Bu kitabda gedən şeirlər ustad aşığın yaradıcılığının bir hissəsidir. Ümid edirik ki, gələcək tədqiqatlarda aşığın irsi küll halında toplanıb oxucuların ixtiyarına veriləcık. Biz isə hələlik bu kiçik kitabla ustadın ruhunu oxşamağa çalışdıq.

Əflatun HÜSEYNOĞLU.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
DARVAZLI Hacıyev Qiyaməddin Qəmbər oglu vəfat edib

DARVAZLI Hacıyev Qiyaməddin Qəmbər oglu vəfat edib

Darvaz, Nekroloqlar
Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvaz, Nekroloqlar
Qaraçöplü Musa (1885 - 1965)

Qaraçöplü Musa (1885 - 1965)

Folklor, Qaraçöp
DAĞLAR OĞLU AŞIQ SÖYÜN QOŞQARLINI YADA SALAQ!..

DAĞLAR OĞLU AŞIQ SÖYÜN QOŞQARLINI YADA SALAQ!..

Regionlar, Folklor
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Rəy yazın: