“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”

“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın” "Borçalı” ictimai cəmiyyətinin yeni sədri, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov Tezis.az-ın suallarını cavablandırıb.
Oxucularımızın marağını və çoxsaylı xahişlərini nəzərə alaraq həmin müsahibəni aşağıda dərc edirik:


“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”

- Kərəm müəllim, iyunun 25-də "Borçalı” ictimai cəmiyyətinin növbədənkənar ümumi yığıncağında sədr seçildiniz. Necə oldu belə bir konfrans çağırıldı? Topantıda "Borçalı” cəmiyyətinin son 7 il ərzində mövcud qanunlara zidd fəaliyyət göstərdiyi bildirilib. Söhbət hansı qanunsuzluqlardan gedir?

- Borçalı ziyalıları qanuni qaydada "Borçalı” ictimai cəmiyyətinin təsisçilərinə müraciət edib narazılıqlarını bildirmişdilər. Təsisçilər 1 ay ərzində oturub bu işə baxdılar. Məsələni təftiş edib bu qərara gəldilər ki, ümumi yığıncağa ehtiyac var. "Borçalı” cəmiyyətinin İdarə Heyətində borçalılar təmsil olunmurdu, səhv etmirəmsə, cəmi 3 nəfər Borçalıdan idi. İdarə Heyətinin qalan nümayəndələri bəlkə də Borçalını ancaq xəritədə görmüşdülər, beş Borçalı kəndinin adını sadalaya bilməzdilər. Təsisçiləri narahat edən o oldu ki, "Borçalı” ictimai cəmiyyəti siyasi təşkilata çevrilməyə başlayıb. Belə qənaətə gəldik ki, 250-yə yaxın nümayəndə toplansn və növbədənkənar konfrans keçirilsin. Başkeçid, Bolnisi, Marneuli, Qardabani, Tiflis ətrafından nümayəndələr dəvət edilmişdi. Məni də yığıncağa çağırmışdılar. Təsisçilər Zəlimxan bəylə işləmiş adamları bir-bir dinlədi. Mən də vaxtilə İdarə Heyətinin üzvü idim. Keçmiş üzvlər dinlənildi ki, görək narazılıq nədəndir? Onların da əksəriyyəti qeyd elədilər ki, "Borçalı” cəmiyyəti QHT-dən siyasi partiyaya dönüşməkdədir.

- İdarə Heyətindən niyə çıxmışdınız?
- Hər bir QHT-nin öz funksiyaları var. Bunun adı "Borçalı”dırsa, daha çox Borçalı ilə məşğul olmalıdır.

- Cəmiyyət siyasi partiyaya necə çevrilirdi ki?
- Daha çox müxalifət düşərgəsində olan adamlar təmsil olunurdu. Düzdür, onlar da bizim soydaşımız, qardaşımızdır. Hər halda Azərbaycan dövlətində yaşayırıqsa, iqtidardan da nümayəndələr iştirak etsəydi yaxşı olardı. Borçalı təkcə müxalifətin dərdi və sevinci deyil axı. Mən belə başa düşürəm, bəlkə başqası məsələyə başqa cür yanaşır.

“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”- Yeni sədr seçkisi necə baş tutdu? Namizədliyinizi verməyi əvvəlcədən planlaşdırmışdınız?
- Xeyr, mənim üçün də sürpriz oldu. Cəmiyyətin fəaliyyəti ilə bağlı bəyanatı imzalayan 10 nəfərdən biri idim. Bu yaxınlara qədər Zəlimxan Məmmədlinin birinci müavini olmuş Firudin İsmayılov da konfransda çıxış etdi. Hər çıxışçı fikrinin sonunda deyirdi ki, sədrin fəaliyyətinə xitam verilsin. Təsisçilər belə qərara gəldi ki, yeni namizədlər irəli sürülsün. 5 nəfərin namizədliyi verildi, namizədliyi irəli sürülən şəxslərdən biri də mən idim. Namizədlər Azərbaycan ictimaiyyətində yetərincə tanınmış, sanballı adamlar idi. Müzakirələr başlayanda Musa Nəbioğlu, Müşfiq Borçalı namizədliyini geri götürdü. Açığı, mən də namizədliyimi geri götürmək istəyirdim, amma orada bir söz deyildi, o söz məni tutdu. Axı mənim elmi işim Borçalının qədim və orta əsrlər dövrünün tədqiqi ilə bağlıdır. Ömrümün yarısını ona həsr etmişəm. Qayıtdılar ki, müəllim, ölülərin tarixini yazmaq asandır, bu gün dirisinizsə, dirilərin ən yeni tarixini də siz yazın, sədr olub fəaliyyətinizlə göstərin ki, Borçalı hələ qabaqdadır. Sonda 2 nəfərin - mənim və Vahid Qurbanovun namizədliyiətrafında səsvermə başladı. Səsvermə nəticəsində sədr seçildim. Bəlli oldu ki, Vahid müəllimə 50 nəfərə yaxın adam səs verib, qalanlar Kərəm Məmmədova səs vermişdi.

- Açıq səsvermə idi?
- Bəli, say komissiyası da vardı, seçki protokollaşdırıldı. Sonda söz mənə verildi. Dedim ki, onsuzda vətənimiz 10 yerə bölünüb, Borçalı da bölünməsin deyə xahiş edirəm, təklifimi qəbul eləsinlər, namizədliyi irəli sürülənlərin hər biri müavinlərim olsun. Fikrimcə, Borçalıya qulluq etmək üçün sədr olmaq mütləq deyil. Təkliflərimdən biri də o idi ki, ildə bir dəfə "Borçalı” cəmiyyətində sədr seçkisi keçirilsin və seçilən sədr 2 dəfədən artıq bu təşkilata rəhbərlik etməsin.

“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın”- Elat bayramı ənənələri davam edəcək?
- Niyə davam etməsin ki? Elat bayramı el şənliyi şəklində keçirilməlidir, pafoslu çıxışlar üçün meydan olmamalıdır. Orada yaxşı olardı ki, gürcülər və bizim mədəniyyət nümayəndələrimiz çıxış edəydi. Bu gün Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən biri Gürcüstandır. Elat ona görə də qardaşlıq və dostluq bayramı olmalıdır. Orada qeyri-ciddi bəyanatlar səslənməməlidir. Mədəni əhəmiyyət daşımalıdır.

- "Borçalı” cəmiyyətində nələri həyata keçirmək niyyətindəsiniz?
- Körpülər millətləri birləşdirən vasitə də ola bilər, ayıran vasitə də. Pakistanla Hindistanın ortasında bir körpü var, orada iki ölkə əsgərləri bir-birinə güc nümayiş etdirir. Biz isə nədən Azərbaycanı Gürcüstana bağlayan Qırmızı körpünü dostluq körpüsü etməyək? Bu körpünün canlı forması Borçalıdır. Borçalı Azəbaycanın mədəni dəyərlərini gürcülərə, gürcülərin mədəni dəyərlərini Azərbaycana ötürən bir vasitə olmalıdır.

- Cəmiyyətin əvvəlki sədri Zəlimxan Məmmədli dünən belə bir bəyanat yaydı ki, Kərəm Məmmədov "Borçalı” ictimai cəmiyyətinin sədri deyil, saxta, növbədənkənar konfrans keçirilib. Ədliyyə Nazirliyinin müvafiq qurumlarına həmin iclasın legitim "Borçalı” cəmiyyətinin aidiyyəti olmadığını barədə müraciət göndərilib. Ondan belə yanaşma gözləyirdiniz?
- Onların haqqıdır, müraciət etsinlər. Niyə Zəlimxan Məmmədli toplantısına "Borçalı” cəmiyyətinin təsisçilərindən heç kəsi dəvət etməyib? İndiyədək keçirilən konfransların demək olar ki, 80 faizinə təsisçilər dəvət edilməyib. Ədliyyə Nazirliyi bu məsələyə hüquqi baxımdan qiymət verəcək.

- Təsisçilər iclaslara niyə çağırılmırdı ki?
- Onu Zəlimxan Məmmədlidən soruşmaq lazımdır.

- Faktiki olaraq "Borçalı” cəmiyyəti iki qrupa bölünüb. Siyasi təşkilatlarda da eyni ad altında iki qrupun fəaliyyət göstərdiyi təcrübələri olur. Bu hala son qoymaq üçün addımlar atacaqsınız?
- Buna ikitirəlik deməzdim. 250 nəfər nümayəndənin iştirakı ilə Borçalının bütün tanınmış ziyalılarının təmsil olunduğu konfransda yeni seçki keçirilibsə, niyə buna ikitirəlik deyək? İkitirəlik o halda olar ki, təşkilat 2-3 yerə bölünər. Mən sədr seçilmişəmsə, bu, o demək deyil ki, Zəlimxan Məmmədli ilə düşmənçilik edəcəyəm. Şəxsən ilk növbədə çalışacağam ki, Zəlimxan Məmmədliyə Gürcüstan hökuməti tərəfindən qoyulan qadağa aradan qaldırılsın. Bu məsələni gürcülərin qarşısında qaldıracaam.

“Borçalı”nın yeni sədri: “Zəlimxan Məmmədliyə təklif etdim ki, siyasi pariya yaratsın” - Hazırda Zəlimxan Məmmədli ilə münasibətləriniz necədir?
- Tam normaldır.

- Yəqin seçkidən sonra görüşməmisiniz...
- Seçkidən əvvəl ağsaqqalların iştirakı ilə Zəlimxan bəylə görüşdük. Orada təklif etdim ki, siyasi fəaliyyət göstərmək istəyirsinizsə, partiya yarada bilərsiniz. Hətta dedim ki, Təbriz, Kərkük, Dərbəndlə bağlı tədbirlər keçirirsiniz, mən də türk balası və tarixçi kimi gəlib çıxış edərəm, lap partiyanızın sıravi üzvü olaram.

- Cavab necə oldu?
- Heç bir cavab vermədi. Amma bu təklif mənim tərəfimdən verildi. Bir daha təkrar edirəm, Borçalıya xidmət üçün cəmiyyətin sədri olmaq əsas deyil. 3 ildən sonra mən "Borçalı” cəmiyyətində sədr olmayacağam, amma bu, o demək deyil ki, Boçalını unutmalıyam. Mən yenə də cəmiyyətin işində iştirak edəcəyəm, Borçalının tarixini daha da dərindən araşdıracağam, yeni monoqrafiyalar yazacağam.Buna görə inciməyəcəym ki, məni niyə sədrlikdən çıxardılar. Ola bilsin bir ildən sonra təntənəli şəkildə öz səlahiyyətimi başqasına ötürəcəyəm. Burada nə var ki? Necə ki, vaxtilə Eyvaz Borçalı öz səlahiyyətini təhvil verdi, eyni şey mənim tərəfimdən də ediləcək.

Ləman NİYAZLI

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

"Borçalı" Cəmiyyəti
Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB

Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB

MEDİA, Gürcüstan, Borçalı, Başkeçid, "Borçalı" Cəmiyyəti
“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru il ...

“Borçalı” İctimai Cəmiyyətinin nümayəndələri Kvemo-Kartlinin qubernatoru il ...

"Borçalı" Cəmiyyəti
* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

* TƏBRİKLƏR * TƏBRİKLƏR * TƏBRİKLƏR *

"Borçalı" Cəmiyyəti
“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

“Borçalı” Cəmiyyəti “Təbriz gecəsi” keçirəcək

"Borçalı" Cəmiyyəti
“Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi

“Borçalı” Cəmiyyəti İdarə Heyəti yeni tərkibdə ilk toplantısını keçirdi

"Borçalı" Cəmiyyəti
Uğursuz siyasətçinin liderlik iddiası...

Uğursuz siyasətçinin liderlik iddiası...

"Borçalı" Cəmiyyəti
ƏLİ BABAYEV:  “ZƏLİMXAN MƏMMƏDLİnin

ƏLİ BABAYEV: “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vu ...

"Borçalı" Cəmiyyəti
Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

Borçalı əsilli ziyalılar Zəlimxan Məmmədliyə kəskin etirazlarını bildirib

"Borçalı" Cəmiyyəti
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti

"Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin yeni tərkibdə ilk toplantı ...

"Borçalı" Cəmiyyəti

"BORÇALI" İctimai Cəmiyyətinin rəhbərliyi NİYƏ DƏYİŞİB???-- Bu sualımıza ...

Tv, "Borçalı" Cəmiyyəti
“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!...

“BORÇALI” CƏMİYYƏTİ PARÇALANMAYIB, SADƏCƏ RƏHBƏRLİK YENİLƏNİB!...

Borçalı, "Borçalı" Cəmiyyəti
Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilib

Armudlu yaylasında ənənəvi ELAT BAYRAMI keçirilib

Borçalı, Başkeçid, "Borçalı" Cəmiyyəti
Arzuman Nəbiyev: “Borçalı

Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir...

"Borçalı" Cəmiyyəti

"Borçalı" İctimai Birliyinin yeni rəhbərliyi ilk iclasını keçirib

"Borçalı" Cəmiyyəti
“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı  ...

“CMA CMİTAN CLİERİ” – “Borçalı” Cəmiyyətinin sədri Kərəm Məmmədli “Sadaxlı ...

"Borçalı" Cəmiyyəti
= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açı ...

= = = = = TANINMIŞ ALİM VƏ İCTİMAİ XADİM, EL AĞSAQQALI ELXAN MƏMMƏDLİyə açı ...

Borçalı, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
Yaddaşın nə qısa imiş, ay Zəlimxan...

Yaddaşın nə qısa imiş, ay Zəlimxan...

"Borçalı" Cəmiyyəti
Rəy yazın: