Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60
Təbrik edirik!...

Professor BƏDİRXAN ƏHMƏDOV - 60

Mən Bədirxan müəllimi -
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi,
Filologiya elmləri doktoru, professor
BƏDİRXAN ƏHMƏDOVu (BAŞKEÇİDLİni)
hələ tələbəlik illərimdəm tanıyıram...
Ötən əsrin 90-cı illərinin əvvəlləri idi.
Təxminən 25 il əvvəl...
Onda o, "Vətən səsi" qəzetində çalışırdı...
Mən də həmin illərdə artıq həyat yolumu müəyyənləşdirmişdim:
Jurnalist işləyəcəyimə qərar vermişdim.
Elə buna görə də, tələbə olsam da,
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 o vaxtlar Qarabağa Xalq Yardımı
Komitəsinin orqanı olan "Azərbaycan", Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin orqanı olan "Vətən səsi",
eləcə də "Azərbaycan" nəşriyyatında yerləşən
digər bəzi redaksiyalarla
müntəzəm əlaqə saxlayırdım.
Hər dəfə nəşriyyata yolum düşəndə mütləq
Bədirxan müəllimlə də görüşür,
hal-əhval tuturdum.
Həmişə də doğma el-obamızdan danışardıq.
Bax belecə şirin söhbətimiz uzanardı...
Onu da deyim ki, bizim dünyaya
göz açdığımız kəndlər
Gürcüstanda, qədim Borçalıda
başqa-başqa rayonlara tabe olsalar da,
əslində bizim kəndləri
bir-birindən cəmi bir təpə -
təxminən 4-5 kilometrlik
məsafə ayırır.
Şindi dağının ətəyindəki təpənin
bir üzündə bizim Bolnisi rayonunun Darvaz kəndi,
digər tərəfində isə onların
Başkeçid (indiki Dmanisi) rayonunun
AzGəyliyən kəndi yerləşir.
Kəndlərimizin əhalisi
demək olar ki
bir-biri ilə qaynayıb-qarışmış,
qohumluq əlaqələri yaratmışlar.
Bəlkə də Bədirxan müəllimlə məni
bir-birimizə bağlayan da elə bu
isti münasibətlər idi...
Sonralar Bədirxan müəllim
əmək fəaliyyətini
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunda
davam etdirdikdən sonra
bizim görüşlərimiz
daha intensiv hal aldı
və bizim əlaqələrimiz
daha da genişləndi,
elmi konfrans və məclislərdə,
müxtəlif tədbirlərdə və
ədəbi-bədii gecələrdə
iştirak etdik.
Onunla birlikdə hətta
uzaq səfərlərdə -
Polşada, Fransada olduq.
Varşava Elmlər Akademiyasında,
Ədəbi Araşdırmalar institutunda
keçirilən Beynəlxalq Konfransda
onun - AMEA-nın Ədəbiyyat
İnstitutunun elmi katibi,
professor Bədirxan Əhmədovun
akademiyanın Nizami adına
Ədəbiyyat İnstitutu haqqındakı
geniş təqdimat məruzəsi
böyük maraqla qarşılananda,
Azərbaycanın Polşadakı
səfiri Həsən Həsənov,
Polşa Elmlər Akademiyasının
Ədəbi Araşdırmalar
İnstitutunun direktoru,
professor Nikolaj Sokolovski,
PEA-nın Ədəbi Araşdırmalar
İnstitutunun vitse-direktoru
xanım Dorota Sovitska və b.
çıxış edərək Bədirxan müəllimin
məruzəsini çox maraqla dinlədiklərini,
böyük məmnunluq duyduqlarını,
bənzərliklərin çox olduğu
Azərbaycan ilə Polşanın
ədəbiyyat və mədəniyyətinin
qarşılıqlı əlaqələrinin inkişafında
böyük əhəmiyyət kəsb etdiyini
bildirdikdə mən böyük
qürur hissi keçirdim...
Eləcə də, onun, mənim
"Borçalı şairlərinin yaradıcılığında
Yurd, Vətən obrazı" adlı
məruzəmi necə diqqətlə
dinlədiyini və məruzəmdən
razı qaldığını gördükdə,
həyəcanımı unutdum,
sevincdən qəlbim riqqətə gəldi,
ürəyim fərəhlə döyündü...
Eləcə də, həmin gün
konfarnasda çıxış edən digər
azərbaycanlı alimlərin
məruzələrindən də
Bədirxan müəllimin
necə razı qaldığının, onun
dostlarının uğuruna öz uğuru kimi
necə sevindiyinin bir daha
şahidi oldum...
Eləcə də, Parisdə keçirdiyimiz
unudulmaz günlər üçün bu gün də
Bədirxan müəllimə minnətdaram.
Bəli, Bədirxan müəllim,
tanınmış ədəbiyyatşünas-alim,
zəhmətkeş tədqiqatçı
olmaqla yanaşı,
həm də səmimi dost,
mehriban həmkar,
yurdsevər, vətənpərvər,
qayğıkeş və xeyirxah insandır!
Bir sözlə,
sözün əsl mənasında
GÖZƏL İNSANdır!


ÖMÜR YOLUNDAN SƏTİRLƏR:


Bədirxan Balaca oğlu Əhmədov
20 aprel 1955-ci ildə Gürcüstan
Respublikasının qədim Başkeçid
(indiki Dmanisi) rayonundakı
Az-Gəyliyən kəndində anadan olub.
1973-cü ildə orta məktəbi bitirib və
elə həmin il Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun (indiki
Azərbaycan Dövlət Pedaqoji
Universitetin) filologiya fakültəsinə
daxil olub. 1977-ci ildə ali
məktəbi müvəffəqiyyətlə
başa vurub. 1977-1982-ci illərdə
Sabirabad rayonunun Abdulabad
kəndində Azərbaycan dili və
ədəbiyyatı müəllimi işləyib.
1980-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunda qiyabi
aspiranturaya daxil olub. 1982-ci ildə
təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983-1990).
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 601986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-ci ildən “Vətən səsi”, “Cümhuriyyət”, “Azərbaycan ordusu”
qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında olub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan kapitanıdır. Qarabağ veteranıdır.
Bədirxan Əhmədov 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Aparıcı elmi işçi, baş elmi işçi
vəzifələrində işləyib. 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri
(1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,
2006-cı ildə AAK tərəfindən ona filologiya elmləri doktoru, 2011-ci ildə isə
professor elmi adı verilib. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibidir.
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 Professor Bədirxan Əhmədov eyni zamanda 2001-ci ildən Bakı
Slavyan Universitetində Azərbaycan ədəbiyyatı tarixi,
Müasir ədəbi proses, Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mətbuatı tarixi, Jurnalistikanın nəzəri əsasları
və praktik yaradıcılığından mühazirələr oxuyur. O, beş monoqrafiyanın, dörd proqramın, bir vəsaitin, iki dərsliyin, yüzdən çox elmi məqalənin müəllifidir.
Müxtəlif qəzet, məcmuə və dərgilərdə, televiziya və radio verilişlərində müxtəlif mövzularda çıxışlar edib.
3 cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabının iki cildi çap edilmiş, 3-cü cild isə çap prosesindədir.
Bədirxan müəllim həm də gözəl ailə başçısıdır. İki övladı var.
Ömür-gün yoldaşı Sevda Əhmədova uşaq həkimidir.
Qızı Məltəm Bakı Slavyan Universitetinin, oğlu Səncər
Türkiyə Orta Doğu Teknik Universitetinin məzunudur.


Azərbaycan ədəbiyyatı tarixi üçün dəyərli kitab

XX əsr Azərbaycan ədəbiyyatı tarixi üzrə çoxlu sayda
fundamental elmi araşdırmaların müəllifi filologiya
elmləri doktoru, professor Bədirxan Əhmədovun
bu dərsliyi son otuz ildə ədəbiyyat tarixçiliyi ilə bağlı
aparılan ən yeni fikirləri özündə ehtiva edir.
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq
olunmuş bir mərhələsinin (1890-1920) hadisə, istiqamət
və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir.
Müəllifin icmalları, təhlil və portret oçerkləri bundan sonra
aparılacaq araşdırmalar üçün yeni bir nəzəri-metodoloji
istiqamət açır.
Dərslik bakalavr və magistrlər üçün nəzərdə tutulmuşdur.
Bununla belə, ədəbiyyat tarixinin müxtəlif problemləri ilə
maraqlanan tədqiqatçılar üçün də zəngin mənbədir.
Qeyd edək ki, kitabın 3-cü cildi
yaxın vaxtlarda çap olunacaq.

Nəhayət, bu günlərdə Bədirxan müəllim
bizləri daha bir fundamental elmi əsəri ilə -
"XX YÜZ İL: Azərbaycan ədəbiyyatı" adlı
dəyərli kitabı ilə sevindirdi.


Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60
Biz də fürsətdən istifadə edərək, professor
Bədirxan Əhmədovu həm anadan olmasının
60 illik Yubileyi münasibətilə, həm də
yeni kitabının işıqüzü görməsi münasibətilə
ürəkdən və səmimi qəlbdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlığı,
şəxsi həyatında, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!... Onun 3 cildlik
dərsliyinin əhəmiyyətini nəzərə alaraq
1-ci cildinin "Giriş" hissəsini
aşağıda oxucularımıza təqdim edirik.


Dərin Hörmətlə,
Müşfiq BORÇALI.



Giriş

XX əsr artıq başa çatmışdır; tarixi, siyasi-ictimai, ədəbi-kulturoloji keyfiyyətləri ilə zəngin və mürəkkəb olan bu dövr get-dikcə daha obyektiv şəkildə öz qiymətini almağa başlamış, vax-tilə sosrealizm ideologiyası mövqeyindən verilən dəyərləndirmələr öz mahiyyətini qoruyub saxlaya bilmədiyindən yeni qiymətləndirməyə böyük ehtiyac yaranmışdır. Zaman keçdikcə Azərbaycan ədəbiyyatı tarixinin bu dövrü ilə bağlı çoxlu təd-qiqatlar aparılmış, bir çox ədəbi fakt və hadisələr üzə çıxarılmışdır. Müstəqillik illərindən sonra isə ədəbiyyatımızın bu döv-rünün ayrı-ayrı hadisələrinə ümumi baxış dəyişmiş, onun müxtəlif problemlərini dəyərləndirmək üçün yeni imkanlar yaran-mışdır.
Məlumdur ki, XX əsrin əvvəlləri təkcə tarixin dəyişən ictimai-siyasi formasiyası, iqtisadi inkişaf istiqamətləri ilə şərtlənməyib, eyni zamanda yeni ədəbi məfkurələr, cərəyanlar, hadisələrlə zəngin olub. Ədəbi düşüncəmizin heç bir mərhələsi həyat və ictimai-siyasi proseslərlə bu qədər yaxın olmayıb. Bu dövr Azərbaycan ədəbiyyatı ictimai hadisələr kontekstində müəyyən inkişaf yolu keçib, cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri işıqlandırmağa çalışıb. Ədəbiyyat sosial məzmununa, bədii funksionallığına görə koordinal dəyişmələrə məruz qalıb, onun həyatla, cəmiyyətlə əlaqəsi daha intensiv xarakter alıb, yeni yaradıcılıq konsepsiyaları, metodoloji yanaş¬malar, yeni forma və janrlar üzə çıxıb. Ədəbi mühitin inkişafını şərtləndirən amillərlə yanaşı, ədəbi proses üçün qeyri-məqbul hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif “izm”lərin təşəkkülü də məhz bu dövrün payına düşür.
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60 XX yüzilin əvvəllərində ictimai idealların ədəbi-bədii düşüncədə inikası, ictimai-siyasi publisistikanın mətbuatda əks etdirilməsi ədəbi düşüncədə yeni bir mərhələnin əsasını qoyur. Milli ideya axtarışları millətin öz müqəddəratını təyin etməsi və mil¬li dövlətçiliyin təşəkkülü ilə nəticələnir. Realizm, tənqidi realizm və romantizm metodları ədəbi fəaliyyət sferasını daha da genişləndirir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, H.Cavid, A.Şaiq, M.Hadi, Ə.Hüseynzadə, Ə.Ağayev (Ağa-oğlu), N.Nərimanov, Ə.Nəzmi, A.Divanbəyoğlu, S.S.Axundov, S.M.Qənizadə, İ.Musabəyov, M.Möcüz və baş¬qalarının yaradı-cılığı ədəbi, ictimai fikrə böyük təsir göstərmişdir. Bütün bunlar X1X əsrin sonlarından başlayan dünyada və Şərqdə baş verən ictimai fikrin inkişafı fonunda baş verirdi. C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı kimi fikir adamları və ideoloq¬ların yaradıcılığında bu prosesə hazırlıq mərhələsi də öz işini görmüşdü.
XX yüzilin ədəbi inkişaf istiqamətlərini öyrənmək üçün, hər şeydən əvvəl, dövrün ədəbi prosesinin tendensiya və meylləri, ədəbi hadisələr və onun xarakteri öyrənilməlidir. Bu mənada XX yüzilin ədəbi prosesini yeni elmi konsepsiya və meto¬do-logiya ilə öyrənilməsi əsas şərtlərdən biridir. Mövcud dərslik-lərdə sovet ədəbiyyatşünaslığının dövrün ədəbi prosesinə ideoloji yanaşmaları ədəbi hadisələri obyektiv qiymətləndirməyə imkan vermədiyindən yeni araşdırmalara ehtiyac qalmaqdadır. Artıq müstəqillikdən iyirmi il keçməsinə rəğmən ən zəngin və mürəkkəb yüzilliyin ədəbiyyatının dərsliklərdə köhnə ste¬reotip-lərlə dəyərləndirilməsinə son qoymaq məqamı gəlib çatıb.
Dərsliyin yazılmasını Azərbaycanın ictimai-siyasi həyatında baş verən əsaslı dəyişikliklər, ədəbi-bədii düşüncənin inkişaf problemləri, tarixi və istiqamətlərinin yenidən işlənilməsi zəru-riliyi ortaya çıxarmışdır. Son qırx ilə yaxın bir dövrdə ədəbiyyat tariximizin bu dövrünün mərhələ və problemlərinin dərslik¬lərdə əks olunmaması bu nəşrin tarixi əhəmiyyətini aydın göstərir. Ədəbiyyatımızın ən zəngin bir dövrünə sovet ədəbiyyatşünaslığının münasibətindəki ideloji məqamlar, beynəlmiləl ra¬kurs dövrün ədəbi fakt və hadisələrinə yenidən baxışı və də-yərləndirməni şərtləndirir. İctimai-siyasi fikrin ədəbiyyata təsir problemləri, milli ictimai şüurun formalaşma¬sında ədəbiyyatın rolu, romantizm, tənqidi və maarifçi realizmin təşəkkül problemləri, Cümhuriyyət dövrü Azərbay¬can istiqlal düşüncə¬sinin əks olunması, repressiya hadisələri, mühacirət və legion ədəbiy-yatının öyrənilməsi bu günün ən aktual məsələlərindən biri ola-raq diqqəti çəkir.
Təbrik edirik!...Professor BƏDİRXAN ƏHMƏDOV - 60Yeni minilliyin və yüzilliyin başlanğıcında minillik tarixi olan Azərbaycan bədii fikrinin tarixi inkişaf yolu, cərəyanları, is-tiqamətləri, ədəbi şəxsiyyətləri və hadisələri dərslikdə ən yeni mövqedən öz əksini tapır. Dərslikdə bu günə qədər sovet ədə-biyyatşünaslığının ideoloji stereotiplərlə yanaşdığı bir çox hadisə və keyfiyyətlərə, ədəbi hadisə və şəxsiyyətlərə də geniş yer verilmişdir.
Dərsliyin əsas xüsusiyyətlərindən biri yeni materialların cəlb edilməsiylə yanaşı, bütövlükdə ədəbi prosesin araşdırılması, ədəbiyyatın inkişaf istiqamətlərini, romantizm, tənqidi realizm və maarifçi realizm ədəbi düşüncəsini yeni mövqedən və tendensiyadan tədqiq etməsidir. Akademizm bütün fəsillərdə, təhlillərdə və portret oçerklərdə gözlənilməyə çalışılmışdır. Müəllif həm də burada akademik araşdırma nümunəsi mono¬qrafiya ilə dərsliyi bir arada ifadə edə bilmiş və tədqiqat-dərslik modelini yaratmağa çalışmışdır.
Dərslik müəllifi olduğumuz “XX əsr Azərbaycan ədəbiyyatı” proqramı (Azərbaycan Respublikası Təhsil nazirinin 6 iyun 2010-cu il tarixli 795 saylı əmri ilə təsdiq edilmiş) üzrə yazılmış, ən son elmi araşdırma və tədqiqatların mütərəqqi cəhətlərini özündə ehtiva etmişdir.
Müəllif bu monumental dərslik-tədqiqat işinin-yeni ədəbiyyat tarixinin yazılmasında ona köməklik göstərən nüfuzlu tədqi-qatçılara, rəyçi və redaktorlara, eləcə də işin yerinə yetirildiyi Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirir.

Professor Bədirxan Əhmədovun əsərləri:

a) monoqrafiyaları:
1.Sabit Rəhmanın satirası. Bakı, Yurd, 1998, 116 s.;
2. Azərbaycan satirasının inkişaf problemleri (1920-1980-ci iller). Bakı, Elm, 2000, 296 s.;
3. Bir istiklal yolçusu (Emin Abidin heyatı, mühiti, yaradıcılığı). Ba¬kı, Elm, 2003, 205 s.;
4. Sabit Rəhman: həyatı, mühiti, yara¬dıcılığı. Bakı, Nurlan 2010. 296 səh. ;
5. Dramaturq, sənət, həqiqət. Bakı, 2011, 256 səh.
6. XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər. B., "Elm və təhsil", 2015, 556 s.

b) proqramları:
1. Azərbaycan ədəbiyyatı tarixi. Proqram. Bakalavr hazırlığı üçün. Bakı, 2004.;
2. Yeni dövr Azərbaycan ədəbiyyatı tarixi. Proqram. Magistr ha¬zırlığı üçün. Bakı, 2007.;
3. Jurnalistin praktik yaradıcılığı. Proqram. Bakalavr hazırlığı üçün. Bakı, 2008.
4. XX əsr Azərbaycan ədəbiyyatı. Proqram. Bakalavr hazırlığı üçün. BSU, Ba¬kı, 2010, 38 səh.)

c) Metodik vəsaitləri və dərslikləri:
1.Azərbaycan satirası. Metodik vəsait. Bakı, 2007.
2. XX əsr Azərbaycan ədə¬biyyatı tarixi. (Arzular çin olanda.) Dərslik. Bakalavr və magistrlər üçün. 3 cilddə, 1 cild. Bakı, Elm və təhsil.2011.476 səh.;
3. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Dərslik. Bakalavr və magistrlər üçün. 3 cilddə, 2 cild. Bakı, “Apostrof çap evi”. Dərslik, 2010. 436 səh.)

ç) Beynəlxalq elmi konfranslarda məruzələri:
1.Azərbaycan ədəbiyyatında bədii tərcümə tarixi: faktlar, mülahizələr. Tərcümə və transmilli proseslər. Uluslararası konfrans. Azərbaycan Dillər Universitesi. Bakı, 2005, 14-15 aprel.;
2. 20-30-cu iller Azerbaycan edebiyyatını me¬todoloji deyerlendir¬menin bazi as¬pekt¬leri. Bakı Slavyan Universiteti. Mükayiseli ede¬biy¬yat. 2-ci Uluslarası konfransın ma¬terialları. Bakı.2006, 19-21noyabr.;
3.Satirik gü¬lüş¬de stereotipler ve milli özünüderk problemi. Bakı Slavyan Universiteti. Müka¬yi¬seli ede¬¬biyyat. 3-cü Uluslarası konfran¬sın materialları. Bakı. 2008, 21-22 noyabr. s.35.;
4.Türk dünyasının ortak problemi Kuzey Kıbrıs Azerbaycan basınında. 1 Ulus¬lar¬ara¬sı Kıb¬rıs Sem¬poziumu. 21-23 kasım 2008. Sempozium bildiri kitabı. Ankara. 2009. s. 169-177.;
5.M.F.Ahundzadenin Elifba projesi ve Türkiye Harf devrimi. Ye¬ditepe Univer¬si¬teti Atatürk İl¬ke¬leri ve İnkilap Tarihi Enstitisü. 2008, 9-11 Kasım. İstanbul 2009, s.37-43.) məruzələri maraqla qarşılanıb və çap olunub.

d) Dərgilerdə çap olunmuş məqalələri:
1.Sabit Rehmanın felyeton yaradıcılığı. AMEA-nın Xəbərləri. Ədə¬biyyat, Dil, İncəsənət. 1984, 4, s. 56-59.
2. Problemler, portretler, etüdler. Azərbaycan, 1984, 8, s.113-115.
3.Böyük satirik. Kitablar aləminde.1985, 3,s.28-30.
4. Vıdayuşiysya satirik. Literaturnıy Azerbaydjan. 1990, 10, s.96-97.
5. Molla Nəsrəddindən başlanan yol. Ulduz, 1990, 4, s.56-61.
6. Sabit Rehman gülüşü ekranda. Yeni filmler. 1990, 1, s.18-21.
7. Qarşıdan 37-ci il gelirdi. Azerbaycan, 1990, 1, s.110-121.
8. Bir şairin taleyi. Azerbaycan kadını. 1990, 1, s.28-31.
9.Her şey elifbadan başlanıyor. Kitablar aleminde.51-56.
10.Beydulla Musayev və onun gündeliyi. Marhamat. 1991, 1, s.21-28.
11. Ahmed Cavad hakkında okuduklarım ve düşündüklerim. Edebi tenkid. 1992, 1, s.28-37.
12. Emin Abid və onun “Azerbaycan türklerinin ədəbiyyatı tarixi”. Azərbaycan, 1999, 9, s.38-46.; Türk dünyası incelemeleri dergisi.3, 1999, Türkiye-İzmir,s.267-277.
13. Dramaturgiyaya aid daha bir tedqiqat. Azerbaycan, 2000, 7, s.106-110.
14. Satira ve yumor; onların ekvivalentliyi ve bir-birine münasibeti. AMEA-nın Haberleri. 2001, 3, s.61-68.
15.Azerbaycan serbest şeirinin 20-30-cu iller edebi prosesinde foemalaşma problemleri. İlmi eserler. Dil ve edebiyyat seriyası. BSU, 2009, 1, s. 23-33.
16. “Nibelunqlar” ölkəsindən başlanan “Dede Korkud” yolunun milli areal¬da araş¬dırıl¬ması prob¬lemləri. Elmi əsərlər. Dil və ədəbiyyat səriyası. BSU. Məqalə. Elmi əsərlər. Dil və ədəbiyyat seriyası. BSU. 2010, 2, s.85-96.
17. Repressiya və ədəbiyyat; genezisi, xarakteri və yanaşma meyl¬ləri. Məqalə, “Azər¬bay¬can” jurnalı, 2012, № 3, səh.115-126.

e) Müxtəlif kitaplarda çap olunmuş məqalələri:
1. Aydınlığa doğru. Ağ ləkələr silinir. Bakı, 1991, s.124-130.
2. Harbi marşlar, döyüş şarkıları, kahramanlık şiirleri (Tərtib və Ön söz) Bakı.1998, s.3-8.
3. Poetik obrazlarla düşünen şair. R.Fahralı. Könlüm cennet qa-pı¬sı¬dı. Bakı, 1999, s.3-7.
4. Azerbaycab bedii nasrinde satirik psixologizm ve naturalizm. İlmi ahtarışlar. Bakı, 2001, s.3-9.
5. Behlul Behcet elegiyası. Behlul efendi Behcet. Bakı, 2001, s.58-61.
6. Malum repressiyanın namelum sehifeleri. L.Şüküroğlu. Cüm-huriyyet hökumeti rep¬ressiya mengenesinde.Bakı, 2001, s. 3-8.
7. Azerbaycan poeziyasında satirik portretler. İlmi ahtarışlar.Bakı, 2002. s.22-27.
8. Ali Nazminin satirası. Elmi ahtarışlar. Bakı, 2002, s.33-38.
9. Ömrünün sonu dünyanın sonuna düşmeyen şair Arif Abdulla¬zade. A.Abdullazade. Tövbe duaları. Bakı, 2003, s.11-18.
10. Azerbaycan satirasının teşekkül problemleri. Elmi ahtarışlar. Bakı, 2002, s.85-90.
11. Azerbaycan satirasının janr-üslub mühtelifliyi. Elmi ahtarışlar. Bakı, 2003, s.56-60.
12. Samed Mensurun satirası. Tağıyev okuları. Bakı, 2004, s.125-129.
13. Anarın satira poetikası. Elm ve cemiyyet. Bakı, 2004, s.75-79.
14. Güldüren ve düşündüren satirik pritçalar. F.Ağasıbeyli. Mem¬medhasan eminin uykuları. Bakı, Nergiz, 2004, s. 3-6.
15. Manevi borc. M.Qacar.Təqib.Bakı, Ulduz, 2004, s.3-10.
16. 20-30-cu yıllar edebi tenqidinde metodoloji deyerlendirmünin bazi aspektleri. XX esr Azerbaycan edebiyyatı meseleleri. 1 kitab. Bakı, Elm, 2006, s.222-239.
17. 20-ci yıllar Azerbaycan poeziyasında yeni poetik tefekkürün for¬malaşması. XX esr Azer¬baycan edebiyyatı meseleleri. Bakı, Elm, 2008, s.131-142.

ə) Qəzetlərdə çap olunmuş məqalələri:
1. Kelefin ucu açılır. Edebiyyat ve incesenet. 1988, 14 aprel.
2. Bestekar aşıq müsiqisi haqqında. Edebiyyat ve incesenet. 1988, 21 aprel.
3. Ahundovşünaslığın ilkin ahtarış merhelesi. Kommunist, 1988, 22 oktyabr.
4. O, senetkara qiymet verirdi. Edebiyyat ve incesenet. 1988, 8 dekabr.
5. Tesadüfi tehrif, yoksa?.. Yeni fikir. 1989, 1989.
6. Nicat sahilinde tale. Yeni fikir, 1989,
7. Ağ ziyada qara leke. Azerbaycan müellimi. 1989, 13 oktyabr.
8. Yazıçının mektubları, yazıçıya mektublar (Mehdi Hüseyn haq¬qında). Yeni fikir. 1989, 13 dekabr.
9. Qeribe taleli şair (Samed Mensur haqqında). Bakı, 1989, 28 dekabr.
10. Altmış yıl evvel. Edebiyyat ve incesenet. 1990, 23 mart.
11. Hepimiz bir güneşin zerresiyiz. Vatan sesi. 1990, 12 dekabr.
12. Otuz iki yıldan sonra. Yeni fikir. 1990, 10 sentyabr.
13. Dost kimdir, düşmen kim? Azerbaycan gencleri. 1990, 27 oktyabr.
14. Senet yolçusu. Edebiyyat ve incesenet. 1990, 23 noyabr.
15. “Molla Nesreddin” ne üçün bağlandı? Edebiyyat ve incesenet. 1991, 1 fevral.
16. “Açıq söz”-istiqlal yolu. Açıq söz. 1991, 9 fevral.
17. Ömrümün ne yazık günleri bardı. Edebiyyat ve incesenet. 1991, 5 aprel.
18. Latından kirile-yahud merkezsayağı evezetme. Aypara, 1991, s aprel.
19. Kim kimdir?. Aypara, 1991, 13 sentyabr.
20. Bir gündeliyin tarihi. Sabah, 1991, 20 senyabr.
21. Yaşayan aktyor ömrü. Gürcüstan, 1991, 14 noyabr.
22. Bir sual işaresi. Sabah, 1992, 15 iyul.
23. Cümhuriyyet şairi. Azerbaycan ordusu, 1992, 28 may.
24. Yürü, yürü batan günün yüzüne. Azerbaycan ordusu. 1992, 26 may.
25. Turan şairi. Yeni Turan. 1993, 24 mart.
26. Tarih her kese öz deyerini verir. Azadlıq. 1998, 23; 25 dekabr.
27. Siyasi repressiya heyatda ve edebiyyatda. Azerbaycan ordusu. 1998, 5 noyabr.
28. 37-ci ilin repressiya qurbanlarından biri. Azerbaycan. 1999, 5 yanvar.
29. “Dede korkud” un ilk azerbaycanlı tedqiqatçısı. Azerbaycan, 1999.
30. Cabbarlı yaradıcılığında satira ve yumor. Azerbaycan, 1999, 11 sentyabr.
31. Predmetsiz mübahise haqqında bir neçe söz. Azerbaycan. 2000, 8 fevral.
32. Gülen ve güldüren senetkar. Edebiyyat qazeti. 2000, 6 iyun.
33. İstiqlalçı şairin “Buzlu cehennemi”. Ekspress, 2000, 27 aprel.
34. Senetkarı yaşadan amiller. Ekspress. 2000, 4 iyul.
35. Hürriyet fedaisi. Azerbaycan müellimi. 2000, 26 oktyabr.
36. Qiymetli tedqiqat eseri. Azerbaycan ordusu. 2001, 30 yanvar.
37. Malum repressiyanın namelum sehifeleri. Azerbaycan, 2001, 15 noyabr.
38. “Molla Nasreddin” ne üçün bağlandı. Edebiyyat ve incesenet.
39. Ertoğrul Cavidin elyazmalarının tedqiqi. 525-ci qazet. 2002, 15 sentyabr..
40. Monoqrafik tedqiqatlar ustası. Ayna, 2003, 28 aprel.
41. Senetkar gülüşüne üvertura. 525-ci qazet, 2003, 26 iyun.
42. Müasirliyin bedii tesviri. Kredo, 2004, 24 iyul.
43. Qan yaddaşının izi ile. Kredo, 2004, 11 sentyabr.
44. Azerbaycan legion edebiyyatı. Kredo, 2005, 6 avqust.
45. Sehrbazlaar deresinin sehri. Ekspress, 2005, 27 iyul.
46. Azerbaycan legion edebiyyatının tedqiqine töhfe. 525-ci qazet. 2005, 21 iyul.
47. Poetik duyğular şairi. Kredo, 2005, 19 mart.
48. Müasir menevi-exlaqi gerçekliklerin bedii tesviri. Kredo. 2005, 26 mart.
49. Poetik assosiasiyalar (Vaqif Semedoğlunun poeziyası haqqın¬da). Kredo, 2006, 28 oktyabr.
50. Baharda bir elyazması. Kredo, 2006, 4 noyabr.
51. Şair ömrü-sözün ömrü. Kredo, 2006, 14 oktyabr.
52. Alim,şair, vetendaş. Kredo,2006, 2 dekabr.
53. “Dəli Kür”ün poetik dünyası; taleler, xarakterler. Kredo, 2007, 13, 20 yanvar.
54. Zamanın və anın poetik dramı, yahud Eli Şirin Şükürlünün poeziyası haqqında düşünceler. Edalet. 2009, 15 yanvar.
55. Edebiyyat tarihinin köhne problemine yeni bahış. 525-ci qazet, 2009, 11 mart.
56. Nece unudasan. Edebiyyat qazeti. 2009, 23 yanvar.
57. Yazıçı, komedioqraf, kinossenarist. Edebiyyat qazeti, 2010, 4 aprel,
58. Arif Abdullazade; özü ve sözü. 525-ci qazet. 2010, 8 may.
59. Unudulmazların unudulmayan obrazları. Edebiyyat qazeti, 2010, 11 iyun.
60. Unutmağa kimse yok... Kaspi, 2010, 19-21 iyun.
61. Nahçıvan teatrosnun şerefli salnamesi. Yeni Azerbaycan, 2010, 9 iyul.
62. Azerbaycan edebiyyatşünaslığının çağdaş durumu; yeni kon¬sep¬siyalar ve temayüller. “525-ci qazet”, 2011, 9 ekim
63. Edebiyat ve represiya; genezisi, harakteri ve yanaşma meyleri. Azerbaycan, 2012, 3
64. Bizdən əvvəl kimlər gəlmiş (Tənqidçi İsrail Mustafayevin 75 illiyinə). Məqalə. 525-ci qəzet. 5 fevral 2013-cü il . Səh.7.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
XALƏDDİN İBRAHIMLİ  (1958)

XALƏDDİN İBRAHIMLİ (1958)

"XXI əsrin Ziyalıları", Başkeçid
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər
TAMİLLA İSRAFİL qızı ƏLİYEVA  (1965)

TAMİLLA İSRAFİL qızı ƏLİYEVA (1965)

Başkeçid, Darvaz
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Gənc tədqiqatçı Aynurə Paşayeva Türkiyədə elmi ezamiyyətdə olub

Gənc tədqiqatçı Aynurə Paşayeva Türkiyədə elmi ezamiyyətdə olub

Humanitar elmlər, Turan
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

İlk dəfə olaraq “Arı” və “Mirat” satirik jurnalları transfoneliterasiya edi ...

Humanitar elmlər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
CAN AZERBEYCAN

CAN AZERBEYCAN

Tv, Turan
Rəy yazın: