İSA MEHDİOĞLU

İSA MEHDİOĞLUAĞSAQQALLARIMIZ


İSA MEHDİOĞLU - 1929-cu ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Bolus-Kəpənəkçi kəndində Molla Mahmud əfəndinin ailəsində anadan olub. 1948-ci ildə Marneuli orta məktəbini bitirərək elə həmin il də Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakultəsinə daxil olub və 1954-cü ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycanın və Gürcüstanın müxtəlif sağlamlıq ocaqlarında həkim işləyib. Həkim işlədiyi müddətdə daim elmi fəaliyyətlə də məşğul olub.

1994-cü ildə Azərbaycan Hemotologiya və Qanköçürmə institutundan təqaüdə çıxıb. “Azərbaycan tibb jurnalı”nda çap olunan 17 elmi məqalənin, 1975-ci ildə çapdan çıxmış “Azərbaycanda donorluğun inkişafı” və 2014-cü ildə çap olunmuş “Ailənin sağlamlıq kitabı” adlı kitabların yazarıdır (müəllifidir).

2008-ci ildən dini təriqətləri araşdırmaqla məşğuldur. İnternet saytları səhifəsində 30-dan çox milli və dini ideologiyalar səpkisində yazılmış məqalənin, 2011-ci ildə çap olunmuş “Təsəvvüf tarixinə yeni baxış”, “Türk dünyasında Xızır fenomeni”, 2017-ci ildə çap olunmuş “Türk dünyasında Zülqərneyn fenomeni” kitabıarının yazarıdır.

İSA MEHDİOĞLU hazırda Baki şəhərində yaşayır.
Biz də ona uzun ömür, möhkəm cansağlığı və elmi işlərində uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: