Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...TƏBRİK EDİRİK!..

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış cərrah-onkoloq, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanovun anadan olmasının 70-ci ildönümü tamam olur. Böyük alimin uzunmüddətli müşahidələri və tədqiqatları nəticəsində ölkədə onkologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edilmiş, Azərbaycan tibbi daha da yüksəklərə qalxmışdır. Onun müvafiq sahədə qələmə aldığı elmi əsərləri ölkənin tanınmış jurnalları ilə yanaşı, dünyanın nüfuzlu, yüksək istinad indeksli nəşrlərində də işıq üzü görmüşdür.


Ə.Əmiraslanov - 17 noyabr 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək, elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışmışdır.

Alim 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nəzdində aspiranturaya daxil olmuşdur. 1977-ci ildə “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1984-cü ildə isə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Əhliman Əmiraslanovun elmi nailiyyətlərinin əsasını sümük, yumşaq toxuma, süd vəzisi və bir sıra orqanların şişlərinin öyrənilməsi, eləcə də onların effektiv diaqnostika və müalicə metodlarının işlənib hazırlanması, kliniki praktikaya tətbiq edilməsi təşkil edir.

Ölkənin məşhur cərrahlarından olan akademik Ə.Əmiraslanov onkologiya sahəsində çoxsaylı tibbi-bioloji texnologiyaların müəllifidir. Alim bu gün də mürəkkəb cərrahi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirir.

O, AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkədə tibb və biologiya elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, tədqiqatların ən müasir metodlarla aparılmasında, elmi işlərin yüksək səviyyədə təşkili və modernləşdirilməsində böyük rol oynayır.

Tibb elminin inkişafında böyük xidmətləri olan Əhliman Əmiraslanov onkologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmışdır. Alim ölkəmizin beynəlxalq miqyasda yüksək səviyyədə təmsil olunması üçün əlindən gələni əsirgəməmiş, mühüm nailiyyətləri ilə dünya elminə töhfələr vermişdir.

Akademik Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışmışdır. Rektor təyin olunduğu gündən bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. O, universitetin müsbət imicini formalaşdırmaq və onu daha da inkişaf etdirmək istiqamətində kompleks innovativ tədbirlər həyata keçirmiş, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tibb sahəsində təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Ə.Əmiraslanov hazırda ATU-nun Onkologiya kafedrasının müdiri, Onkoloji klinikasının direktorudur. Akademik Ə.Əmiraslanovun müəllim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun çox zəngin və əhatəli pedaqoji fəaliyyəti nəticəsində dəyərli elmi-tədqiqat işləri, kitab və dərsliklər işıq üzü görmüşdür.

Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli cərrah-onkoloqların, peşəkar elmi kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmiş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, ölkəmizdən xaricdə də görkəmli alim kimi tanınan Ə.Əmiraslanov tibb elminin inkişafında göstərdiyi saysız-hesabsız xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1986-cı ildə isə Ə.Əmiraslanov elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 2000-ci ildə ulu öndər Heydər Əliyev alimə “Şöhrət” ordenini təqdim etmişdir.

Ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Əmiraslanov Prezident İlham Əliyevin 16 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Müdriklik zirvəsi - 70 yaş... Ə.Əmiraslanov zəngin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənən alimlərimizdəndir. Bu keyfiyyətləri nəticəsində o, həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Ə.Əmiraslanov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik bir şəxsiyyətdir.
Görkəmli elm xadimi, bacarıqlı təhsil təşkilatçısı olan Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin
Elektron informasiya şöbəsinin
rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



REDAKSİYADAN:

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
gənc və istedadlı qələm dostumuz hörmətli Nərgiz xanımın
bu səmimi təbrikinə və xoş arzularına qoşularaq,
bacarıqlı təhsil təşkilatçısı, tanınmış alim, görkəmli elm xadimi,
akademik Əhliman Əmiraslanovu anadan olmasının
70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar diləyirik!..

Müşfiq BORÇALI,
ZiM.Az.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin el ...

Biologiya və tibb elmləri
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Əsas xəbər, Elm
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI

AZƏRBAYCAN FİZİOLOQLARININ V QURULTAYI

Biologiya və tibb elmləri
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

Biologiya və tibb elmləri
UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV

UCA ZİRVƏLƏRİ FƏTH EDƏN RABSON MƏMMƏDOV

Sağlamlıq, Bolus, Darvaz, Turan, Rusiya, Diaspora
Rəy yazın: