Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur...

Azərbaycanın görkəmli botanik alimi Tofiq Məmmədovun 60 yaşı tamam olur... TƏBRİK EDİRİK!..

Fevral ayının 10-da tanınmış tədqiqatçı alim, botanik, “Şöhrət” ordenli, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Sadiq oğlu Məmmədovun
anadan olmasının 60 yaşı tamam olur.


Tofiq Məmmədov 1957-ci il fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1974-cü ildə Dırnıs kənd orta məktəbini,
1982-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini) bitirmişdir.
1986-cı ilə qədər müxtəlif vəzifələrdə çalışmış, elmə və təbiətə olan böyük marağı onu Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutuna gətirmişdir. T.Məmmədov ilk olaraq Botanika İnstitutunda baş mühəndis, 1990-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun şöbəsi olan Mərdəkan Dendrarisində direktor müavini vəzifələrində çalışmış, 1996-cı ildən isə bu müəssisənin direktorudur.

Alim 2000-ci ildə “Mərdəkan Dendrarisində qiymətli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırılmasında istifadəsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Abşeronda yaşıllaşdırmada perspektivli ağac-kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasının və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Bu dövrlərdə apardığı geniş elmi-tədqiqat işləri nəticəsində o, Abşeronun quru subtropik iqlim şəraitində introduksiya olunmuş ağac-kol bitkilərinin bioekoloji xüsusiyyəylərini, ekoloji mühit amillərinə davamlılığını öyrənmiş, morfoloji əlamətlərinə görə seçərək qruplaşdırmış və yaşıllaşdırmada istifadəsi üçün bir sıra təkliflər vermişdir.

Görkəmli alim 2007-ci ildə “Botanika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən bioloji və ekoloji fənnlər üzrə “professor” elmi adına layiq görülmüşdür.

T.Məmmədov yerli və xarici mətbuatda dərc edilmiş 22 kitabın, 200-dən çox elmi məqalənin və 8 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 1 elmlər doktoru və 9 fəlsəfə doktoru hazırlanmışdır.

2000-ci ildən onun redaktorluğu ilə “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” elmi məqalələr toplusu dərc edilir.
Alimin “Qazon-bəzək memarlığı”, “Bonsay bitkiləri”, “Bitkilərin təyinində morfoloji terminlər” və digər kitabları yaşıllaşdırma mütəxəssisləri üçün təcrübi işlərin həyata keçirilməsində əsas vəsait kimi istifadə edilir.

T.Məmmədovun rəhbərliyi ilə 2006-cı ildə “Gülçülük ensiklopediyası”, 2007-ci ildə ”Otaq bitkiləri ensiklopediyası” kitabları yazılmışdır. Onun uzun illər apardığı tədqiqatların nəticəsi olaraq 2010-cu ildə Azərbaycanda ilk dəfə “Abşeronun ağac və kolları” monoqrafik əsəri çapdan çıxmışdır. Ardıcıl həyata keçirilən ekspedisiyaların və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqindən bəhs edən “Azərbaycan dendroflorası” fundamental əsəri dərc edilmişdir.

Botanik alim tərəfindən respublikanın florasında 42 fəsilə, 71 cinsə aid 189 növ nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkiləri öyrənilmiş, “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı çapdan çıxmışdır. Bu istiqamətdə tədqiqatlar davam etdirilir.
Onun elmi tədqiqatları nəticəsində dünya florasından tropik və subtropik mənşəli yeni növ ağac-kol bitkiləri introduksiya edilir, onların yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılması, bioekoloji xüsusiyyətləri elmi əsaslarla öyrənilir. Bu bitkilər morfoloji, bioloji, ekoloji və dekorativ əlamətlərinə görə seçilir, qruplaşdırılır, bəzilərinin landşaft memarlığı əsasında tətbiqi üçün təklif və tövsiyələr verilir. Professor flora biomüxtəlifliyinin artırılması məqsədilə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq ağac-kol bitkisinin toxumlarını gətirmiş, onların yerli şəraitədə introduksiyası ilə məşğul olmuşdur.

T.Məmmədovun səyi ilə 2005-ci ildə Mərdəkan Dendrarisi Dünya Botanika Bağlarının, 2007-ci ildə isə Amerika Botanika Bağları Cəmiyyətinin üzvü seçilmişdir.

Alim Bolqarıstan “Paleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının, eyni zamanda Qafqaz üzrə Botanika Bağları Ekspert Şurasının, Türkiyə Kahramanmaraş Sütçü İmam Universiteti Təbiət Elmləri jurnalının ekspert komissiyasının, “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvü, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin Azərbaycan üzrə sədridir.

2013-cü ildən Bakı Dövlət Universitetinin Botanika kafedrasının professoruOdlar Yurdu Universitetinin dövlət imtahan komissiyasının sədridir. 2014-cü ildən AMEA Botanika İnstitutunda “Botanika” ixtisası üzrə Müdafiə Şurasının sədr muavinidir.

Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Səmərəli elmi-pedoqoji sahədə fəaliyyətinə görə o, 2015-ci ildə AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Həmçinin Azərbaycan elminə verdiyi töhfələrə görə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.

Görkəmli botanik alim Tofiq Məmmədovu anadan olmasının 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI,
Aysel MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB

AMEA BOTANİKA İNSTİTUTUNUN GƏNC ALİMİ YAPONİYADA TƏQAÜD PROQRAMİNİ BİTİRİB

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Biologiya və tibb elmləri
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

TƏBRİK EDİRİK, VALİDƏ XANIM ƏLİZADƏ!..

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Elm, Biologiya və tibb elmləri
Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri, Təbriklər
Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Mərkəzi Nəbatat Bağında nadir ağac bitkilərinin sayının artırılması istiqam ...

Biologiya və tibb elmləri
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

Biologiya və tibb elmləri, Təbriklər
AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi ...

Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi ...

Biologiya və tibb elmləri
Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Validə xanım Əlizadə AMEA-nın həqiqi üzvü seçilib

Biologiya və tibb elmləri
Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Biologiya və tibb elmləri, Təbriklər
“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

“Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan Muxtar Respublikasının canlı təbiət muzeyi-Nəbatat bağı

Naxçıvan
Rəy yazın: