İnsan kimi əziz, müəllim kimi əvəzsiz...

İnsan kimi əziz, müəllim kimi əvəzsiz... Düzünü desəm, nədən başlayacağımı heç bilmirəm. Deyiləcək, yazılacaq o qədər söz var ki, sanki birini yazsam, digəri küsmüş halda digər sözlərin arxasına qaçıb gizlənəcək.. Amma bu gün məndən inciməmələrini “tapşırmışam” onlara. Çünki bu gün çox önəmli gündü. Bunun səbəbkarı isə Ustadımdı. Çünki onun doğum günüdü. Və sözlərim sizə Ondan danışacaq.

Elmi rəhbərim professor Yeganə İsmayılova 2005-ci ildən etibarən Bakı Dövlət Universitetinin doğma Filologiya fakültəsində müəllim işləyir. 2002-ci ildə “Koroğlu” dastanında obrazlar sistemi” mövzusunda namizədlik, 2014-cü ildə “Kitabi–Dədə Qorqud” dastanları və yazılı ədəbiyyat” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının ən böyük tədqiqatçılarından biridir. Onun elm aləminə verdiyi töhfələr o qədərdir ki, yazmaqla, danışmaqla əsla bitməz. Ustadım ədəbiyyatın bütün sahələri üzrə öz izini qoyan bir alimdir. Elmi fəaliyyəti haqqında çox, çox kiçik də olsa, məlumat verməyi özümə borc bildim... Əgər bu kiçik abzas onunla tanışlığınıza az da olsa kömək etdisə, bilin ki, çox xoşbəxtəm..

Bütün zamanlarda insanın həmişə əlindən tutana, yol göstərənə ehtiyacı olub. O mənim ən çətin anımda əlimdən tutmuşdu. Birinci kursun əvvəlində elmi iş götürməklə bağlı kiçik çətinlik yaşamışdım. Bu kiçik çətinliyi o qədər böyütmüşdüm ki, dərslərimdən, müəllimlərimdən, hətta universitetimdən belə “küsmüşdüm”. Təbii ki, uşaq ağlındaydım. İndi yadıma düşəndə dodaqlarıma bir ovuc təbəssüm qonur... Bunu heç kimə demirdim. Yalnız onunla danışmaq istəyirdim. Çünki bilirdim, məni yalnız o – hər həftənin dördüncü gününə öz mühazirəsi ilə rəng qatan müəllimim anlaya bilər. “Mən sənin elmi rəhbərin olaram” cümləsini ondan eşitdikdə elə bil dünyanı mənə vermişdilər. O qədər sevincli idim ki, söylədiyi sonrakı sözləri xəyal dünyamda olduğum üçün dinləyə bilməmişəm. Amma dəqiq bilirəm ki, onun rəvan sözləri uzun-uzadı bir çeşmə kimi qaynayıb axır, səsi ruhuma dinclik gətirirdi.

Universitetdə təhsil aldığım ilk vaxtlarda cızma-qara elədiyim şeirlərimi onun oxumasını çox istəyirdim. Yaxınlaşıb bir-iki şeirimi göstərmək istəyəndə, “bir-ikisini niyə, şeir dəftərini ver, evdə hamısını oxuyaram” dedi. Elə o vaxtdan onun öz tələbəsinə necə dəyər verdiyini gördüm. Və elə o vaxtdan onu ürəyimin daha dərin qatından sevməyə başladım.

Elə indi də nə yazsam, ilk o oxuyar. İkicə misra belə yazsam, ona göndərirəm. Çünki onun mənə verdiyi ümid işığı yazacağım növbəti şeir üçün ilham qığılcımı olur.

Ustadımla tanışlığımızın ilk anını “yaddaş dəftərim”in ən gözəl yerinə gözəl xətlərlə yazmışam..

Universitetdəki ilk dərs günüm “unudulmazlar” siyahısının lap əvvəlindədir. Çünki ilk dərsimiz professor Yeganə İsmayılovanın mühazirəsi idi. Onu tanıdıqdan sonra bu universiteti, bu fakültəni niyə lap uşaqlıqdan bəri arzuladığımı anladım. İlk dərs.. Sizcə, bu təsadüfdürmü? Məncə, yox.. Axı deyirlər ki, təsadüflər zərurətdən yaranır.

Bu gün onun haqqında – müəllimim, ustadım barədə yazmaq, danışmaq qürurverici haldır mənim üçün.

Çox yaradıcı insandır Yeganə ustadım. Keçdiyi hər bir dərsə yeni yazacağı əsər kimi baxır, nə vaxtsa qazandığı bilikləri ilə kifayətlənməyib, daima öyrənir və öyrədir.

Onunla ədəbiyyatdan söhbət edərkən gözlərinin içinə baxaraq əsl EŞQi görmək fərqli duyğudur.

Mən ondan pedaqogika ilə psixologiyanı da öyrənirəm. Tələbələrə olan münasibəti əsl müəlim psixologiyasının necə olduğuna əyani nümunədir. Bütün bunlar “mən də onun kimi müəllim olacam” ifadəsini söyləmək istəyi yaradır.

II kurs tələbəsi olsam da, universitetdə oxumağa başladığım ilk gündən indiyə qədər çox şey dəyişib. Əldə edə bildiyim bütün uğurlar ustadımın mənə dəstəyi ilə olub. Hətta bu yazını da yazıramsa, yenə ona borcluyam.

Aynur MUSTAFAYEVA
BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
Eşqin insan forması

Eşqin insan forması

BDU, Köşə yazılar
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

AzTU, Avropa
Yubileyiniz mübarək, Cavanşir Cahangirov!..

Yubileyiniz mübarək, Cavanşir Cahangirov!..

Tv, Təbriklər
ƏBDÜLƏLİ İBRAHİMSOY:

ƏBDÜLƏLİ İBRAHİMSOY: "GECİKMİŞ MƏKTUB" (Ustadım Mədəd Çobanov haqqında Es ...

Humanitar elmlər, Borçalı, Bolus, Darvaz, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ  ALİM

SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ ALİM

Regionlar, Məktəblər
Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

Bilik Fondu Texniki Universitetdə “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçir ...

AzTU

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Sülh elçisi - mənim ANAM"

Nəsr, Köşə yazılar
80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

80-ci BAHARINDIR, DƏDƏ... (SÜLEYMAN ƏFƏNDİ - 80)

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı
Məryəm Əliyeva:

Məryəm Əliyeva: "DUYĞULARIMIN SEHİRLİ AÇARI"

Publisistika, Müsabiqə, Köşə yazılar
Ondan öyrənir və ona bənzəməyə çalışıram

Ondan öyrənir və ona bənzəməyə çalışıram

"Elm və Təhsil", Başkeçid
KÖKLƏDİ KÖNÜL SAZINI

KÖKLƏDİ KÖNÜL SAZINI

Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Atasız dünyam

Atasız dünyam

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Gənc müğənni İlahə Mələklə müsahibə

Gənc müğənni İlahə Mələklə müsahibə

Şou
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Rəy yazın: