YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..
31 Oktyabr - Bakı Dövlət Universitetinin Filologiya fakültəsindəki "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının professoru, tanınmış ədəbiyyatşünas-folklorşünas alim, filologiya üzrə elmlər doktoru
Yeganə xanım İsmayılovanın
doğum günüdür!..
Daha doğrusu, Yubileyidir!..

YEGANƏ NƏHMƏTULLA qızı İSMAYILOVA - 1962-ci il oktyabrın 31-də Lənkəran şəhərində anadan olub.
1969-1979-cu illərdə Lənkəran şəhəri 2 saylı orta məktəbdə təhsil alıb.
1979-1983-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Ailəlidir, 2 övladı var.

O. 1999-2002-ci illərdə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dissertantı olub.
2002-ci ildə «Koroğlu» dastanında obrazlar sistemi» mövzusunda dissertasiya müdafiə edib və
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2010-cu ildə dosent elmi adını alıb.
2014-cü ildə «Kitabi-Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat» mövzusunda doktorluq disssertasiyası müdafiə edib və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə professor elmi adını alıb.

Y.İsmayılova 1989-1993-cü illərdə Bakı şəhəri 14 saylı tam orta məktəbdə müəllim.
1993-1999-cu illərdə Bakı şəhəri 286 saylı tam orta məktəbdə müəllim.
1999-2005-ci illərdə BDU-nun «Dədə Qorqud» ETL-də elmi işçi.
2005-2010-cu illərdə BDU-nun Azərbayсan ədəbiyyatı tarixi kafedrasında baş müəllim.
2010-2015-ci illərdə BDU-nun Azərbayсan ədəbiyyatı tarixi kafedrasında dosent vəzifəsində çalışıb.
2015-ci ildən BDU-nun Azərbayсan ədəbiyyatı tarixi kafedrasının professorudur.

Professor Y.İsmayılova "Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığa giriş", "XIX əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığın əsasları", "Ədəbiyyat nəzəriyyəsi", "XX əsr Azərbaycan ədəbiyyatı""Divan ədəbiyyatı" fənlərini tədris edir.

O, «Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat, «Dədə Qorqud» dastanlarında türk oğuz millətinin etnopsixologiyası, «Dədə Qorqud» dastanları və müasir ədəbiyyat və s. mövzularda tədqiqat işini davam etdirir.

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!.. Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, tanınmış ədəbiyyatşünas-folklorşünas alim, filologiya üzrə elmlər doktoru Yeganə xanım İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xuluflu nəşri işıqüzü görüb.

BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İsmayılova bildirib ki, kitab bu sahədə tədqiqat aparan alimlər, folklorşünaslar, magistrlər, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən “Azərbaycanı Öyrənmə Cəmiyyəti” “Koroğlu”nun toplanmasına təşəbbüs göstərib. Müxtəlif mətbu orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə folklorşünas alim, professor Vəli Xuluflu idi.

1927-ci ildə V.Xuluflu “Koroğlu”nun iki qolunu –
“Toqat səfəri”“Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunun yenidən nəşr etdirib.

“Koroğlu”
dastanının 1929-cu il nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində Koroğlu aşığın söylədiyi mətndir, o dəyişdirilməyib, işlənməyib və redaktə olunmayıb. “Gürcüstan-Ahıska türklərindən Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim edib.

Fürsətdən istifadə edərək, biz də dəyərli alimimiz,
çox hörmətli professor Yeganə xanım İsmayılovanı
həm doğum günü - həm Yubileyi, həm də yeni və dəyərli elmi tədqiqat işının
işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı
və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib

"Zirvə", Nekroloqlar
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
İnsan kimi əziz, müəllim kimi əvəzsiz...

İnsan kimi əziz, müəllim kimi əvəzsiz...

BDU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
Rəy yazın: