BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub

BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunubBDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub TƏBRİK EDİRİK!...

2017-ci il Yanvarın 24-də
Rusiya Elmlər Akademiyası
(REA) Rəyasət Heyətinin
Moskvada keçirilən
geniş iclasında
Bakı Dövlət Universitetinin
rektoru, akademik
Abel Məhərrəmova
REA-nın həqiqi üzvü
diplomunun və nişanının
təntənəli təqdimetmə
mərasimi keçirilib.

Azərbaycanın görkəmli alimi Rusiya Elmlər Akademiyasında 2016-cı ildə keçirilmiş səsvermənin nəticələrinə görə bu nüfuzlu elm ocağının həqiqi üzvü seçilib.


Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Fortov akademik Abel Məhərrəmovu yüksək ada layiq görülməsi münasibətilə təbrik edərək, onun Azərbaycan və dünya elmi qarşısındakı böyük xidmətlərindən danışıb. Bildirib ki, Abel Məhərrəmov 54 ixtiranın, 51 dərslik və dərs vəsaitinin, 1000-dən çox məqalə və tezisin müəllifi, 60-dan çox alimin elmi rəhbəridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox nüfuzlu universitetlərinin, o cümlədən Rumıniya, Türkiyə, Albaniya, Qazaxıstan, Ukrayna və Çinin bir sıra universitetlərinin fəxri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professorudur. Bir çox dövlətlərin yüksək mükafatlarına və müxtəlif fəxri adlarına, o cümlədən “Elm və texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na, İqtisadi Əməkdaşlıq Təşkilatının Qızıl medalına layiq görülüb.

Akademik Abel Məhərrəmov REA-nın həqiqi üzvü diplomunu və nişanını qəbul edərək ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. “Mən bu uğuru Azərbaycan elminin, Azərbaycan xalqının və ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elm və təhsilə göstərdiyi yüksək qayğının nəticəsi kimi qəbul edirəm”, - deyə akademik vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq əlaqələri birləşdirir. Ölkələrimiz bütün sahələrdə, eyni zamanda, elm və təhsil sahəsində sıx əməkdaşlıq edirlər. Akademik deyib: “Sovet İttifaqı dağılandan sonra əlaqələrimiz deformasiyaya uğradı, destruktiv dəyişikliklərə məruz qaldı. Bu gün isə dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik və balanslaşdırılmış siyasəti sayəsində ölkələrimiz arasında tarixi əlaqələr yüksək səviyyədədir. Hazırda bu qarşılıqlı əlaqələr daha da dərinləşir, genişlənir və dinamik inkişaf edir”.

Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti adından Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə Azərbaycan və Rusiya prezidentlərinin şəkilləri həkk olunmuş lövhə, həmçinin Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimyaçı alimlərinin birgə yazdıqları monoqrafiyanı təqdim edib. ABŞ-da ingilis dilində dərc edilmiş “Qeyri-kovalent qarşılıqlı təsir” adlı həmin monoqrafiya REA-nın təklifi ilə rus dilinə tərcümə edilib və dərslik kimi ali məktəb tələbələrinə tövsiyə olunub.

Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin dekanı Valeri Lunin AZƏRTAC-ın Moskvadakı müxbirinə müsahibəsində bildirib ki, REA-nın 300 illik tarixi ərzində yaranmış ənənəyə görə, müxtəlif ölkələrin ən görkəmli alimləri bu akademiyanın həqiqi üzvü seçilmək kimi fəxri hüquq qazanırlar. “2017-ci ildə REA-nın diplomu ilk olaraq həmkarımız və dostumuz, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təqdim edilib. Bu, çox böyük nailiyyətdir. Mənim üçün bu, xüsusilə çox xoş hadisədir. Həmkarım akademik Abel Məhərrəmovla elm və təhsil sahələrində sıx əlaqələrimiz uzun illərdir davam edir. Mən M.V.Lomonosov adına MDU-nun yetişdirməsi Abel Məhərrəmova Azərbaycan elminin gələcək inkişafı naminə daha böyük uğurlar arzulayıram”, - deyə Valeri Lunin bildirib.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvünün seçilməsinə dair səsvermə
üç mərhələdə həyata keçirilib.
Seçkilərdə müxtəlif ölkələri təmsil edən 2400 alimin namizədliyi irəli sürülüb.

Səsvermənin nəticələrinə görə, ABŞ, Böyük Britaniya, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç
və digər ölkələri təmsil edən yalnız 64 görkəmli alim, o cümlədən yeddi Nobel mükafatçısı
REA-nın həqiqi üzvü seçilib.

Sevindirici haldır ki, onlardan biri də həmyerlimiz, görkəmli alim, akademik Abel Məhərrəmovdur.


Biz də - dəyərli alimimiz, BDU-nun rektoru, çox hörmətli akademik Abel Məhərrəmovu
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə şəxsən öz adımdan,
eləcə də "Borçalı" İctimai Birliyinin Sədri Kərəm Məmmədov başda olmaqla Birliyin İdarə Heyəti və
ZiM.Az-ın Yaradıcı Heyəti adından ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

BDU, Təbriklər
AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

AMEA-nın həqiqi üzvü Maqsud Əliyevlə vida mərasimi keçirilib

Digər bölmələr, Tiflis, Nekroloqlar
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Elm, "Zirvə", Dünya, Təbriklər
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

BDU
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov  AMEA-nı ...

Görkəmli folklorşünas-ədəbiyyatşünas alim Muxtar Kazım oğlu İmanov AMEA-nı ...

Humanitar elmlər, Təbriklər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

"Zirvə"
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU, "Elm və Təhsil", Hüquq
Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Ad gününüz mübarək, hörmətli akademik Validə xanım Əlizadə!..

Biologiya və tibb elmləri, Təbriklər
Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Digər bölmələr, Təbriklər
Rəy yazın: