Ədliyyə polkovniki İLYAZ ƏBDÜRƏHMANOV

Ədliyyə polkovniki İLYAZ ƏBDÜRƏHMANOV
Ədliyyə polkovniki
İLYAZ ƏBDÜRƏHMANOV

(1957)

Dünyanın hansı nöqtəsində ya­şamasından asılı olmayaraq öz əməlləri, gördükləri xeyirxah iş­ləri, keçdikləri şərəfli ömür yol­ları ilə hər yanda hörmət qazanan, başqalarına örnək olan soydaşlarımız haqqında eşitdiyimiz hər bir xoş söz, söz­süz ki, bizləri sevindirir, ruhlandırır. Mənsub olduqları dili, dini qoruyan, əməlləri ilə millətinin, elinin-obasının, doğ­ma yurdunun-vətəninin adını ucaldan, ləkəsiz, qüsursuz yaşayan eloğlularımızın uğurları hər birimizin uğurumuzdur.
5 oktyabr 1957-ci ildə qədim Başkeçidin, yəni indiki Gür­cüs­­tanın Dmanisi rayonundakı Qızıl-Kılsə kəndində dünyaya göz açan, həmin kənd orta məktəbini fərqlənmə ilə bitirən, hər zaman nümunəvi olan İlyaz Hacı oğlu Əbdürəhmanov Rusiya Federasiyasında yaşayan, fəaliyyət göstərən, bütün insani xüsusiyyətləri özündə birləşdirən vətənpərvər eloğ­lu­ları­mızdan biridir.
İlyaz Əbdürəhmanov 1975-1977-ci illərdə hərbi xidmətdə ol­duqdan sonra Yaroslavl şəhə­rində əmək fəaliyyətinə baş­layıb. Oxumaq, ali təhsil almaq həvəsi onun yolunu Uşinski adına Yaroslavl Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsinə salıb. 1981-ci ildə adıçəkilən institutu bitirən İlyaz Əbdürəhmanov təhsilini Yaroslavl Dövlət Universi­tetinin hüquq fakül­tə­sində davam etdirib. 1987-ci ildə uni­versiteti müvəffəqiyyətlə bitirib Ulyanovsk vila­yətin­də Aq­ro­sənaye kompleksində aparıcı hüquq məsləhətçisi kimi əmək fəaliyyətinə baş­la­yıb. 1989-cu ildə Kostroma vi­layə­tinin Koloqrivsk rayon prokurorluğuna prokuror kö­məkçisi təyin edilib. Bir az sonra prokuror əvəz­ləyicisi işləyib.
Rəhbərlik İlyaz müəllimin bacarığını, səriştəsini, qabi­liyyətini nəzərdən qaçmayıb. 1992-ci ilə onu Kostroma şəhər prokurorluğuna mühüm işlər üzrə şöbənin baş müstəntiqi və­zifəsinə irəli çəkiblər. 2001-2007-ci illərdə isə həmin şöbənin müdürü vəzifəsində çalışıb.
2007-ci ildə Rusiya İstintaq Komitəsi yaradıldıqda İlyaz Əbdürəhmanov İstintaq Komitəsinin Kos­troma vilayət İstin­taq İdarəsinin rəis müavini təyin olunub. Bu məsuliyyətli və­zifədə bu günəcən şərəflə çalişan eloğlumuz yorulmadan, əzmkarlıqla öz əmək fəaliyyətini uğurla davam etdirir. Seç­diyi peşəni sevən, öz işinə ürəkdən bağli olan, namusla, vic­danla cinayətə və cinayətkarliğa qarşı mübarizə aparan, sözün əsl mənasında, əsl insan olan İlyaz Əbdürəhmanov heç bir çətinlikdən qorxmur. Onun əqi­dəsi, amalı çalışmaq, öyrənmək, öyrətməkdir. Aldığı mükəmməl təhsillərlə kifa­yətlənməyən İ.Əbdürəh­manov 2006-ci ildə Kostroma Texno­logiya Universitetinin hüquq fakültəsinin nəzdində aspiran­turanı bitirib. Baş Prokurorluq Akademiyasinda, RF İstintaq Komitəsi Akademiyasinda (2005-2009-cu illər) təhsilini da­vam etdirib. Ədliyyə polkovniki rütbəsinə kimi yüksəlib.
...Polkovnik İlyaz Haci oğlu Əbdürəhmanovun ədliyyə sahəsində gördükləri işlər rəh­bərlik tərəfindən qiymətlən­dirilib. Belə ki, o, 2007-ci ildə Pusiya Baş Prokurorunun əmri ilə "Poçyotniy rabotnik prokuraturi RF", 2011-ci ildə "290 let Rossiyskoy Prokurature" döş nişanlari ilə təltif olunub. Pusiya İstintaq Komitəsi sədrinin əmri ilə 1-ci, 2-ci, 3-cü dərəcəli "Za bezupreçnuyu slujbu" (2007-2010-cu illər), "Za zasluqi" (2012), "300 let Sledstvennoy Kontsel­yarii Rossii" (2013) medalları və neçə-neçə Fəxri fər­man­larla təltif olunan həmyerli­mizin bütün bunlar son mükafatı deyil. Hələ yorulmadan çalışan İlyaz Əbdürəhma­no­vun sinəsini neçə-neçə medallar bəzəyəcək. İki övlad atası olan eloğlumuzu əminəm ki, yaxin zamanlarda general rüt­bəsi al­ması münasibətilə ürəkdən təbrik edəcəyik! O, Buna layiq­dir!..
Var olun, cənab polkovnik!.. Hər zaman xoş səsinizi-sora­ğınızı eşidək! Sizin kimi eloğ­lularımızla fəxr etməliyik! Sizə yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq!.. Qürbət eldə öz adınızla bəra­bər millətimizin adını ucaldırsınız!.. Həmişə adınız uca olsun!..


(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, II cild, 2015, səh. 132-134)



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

Borçalı, Təbriklər, "Borçalı" Cəmiyyəti
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

"XXI əsrin Ziyalıları", Başkeçid, Bolus
Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xid ...

Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xid ...

Başkeçid, Təbriklər
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Eldar Sultanova  general-mayor rütbəsi verilib

Eldar Sultanova general-mayor rütbəsi verilib

Borçalı, Hüquq, Təbriklər
Bu gün ZAKİR QARALOVun AD günüdür!..

Bu gün ZAKİR QARALOVun AD günüdür!..

Başkeçid, Hüquq, Təbriklər
Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Darvaz, Hüquq
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər
Zakir Qaralov “Şöhrət” ordeni ilə təltif olunub - TƏBRİK EDİRİK!

Zakir Qaralov “Şöhrət” ordeni ilə təltif olunub - TƏBRİK EDİRİK!

Əsas xəbər, Başkeçid, Rəsmi Xəbərlər, Hüquq
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Regionlar, Başkeçid
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Darvaz
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
Doğum gününüz mübarək, Vahilə müəllimə!..

Doğum gününüz mübarək, Vahilə müəllimə!..

Darvaz, Təbriklər
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
Rəy yazın: