YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..
TƏBRİK EDİRİK!..

Yanvarın 3-ü dəyərli eloğlumuz, çox hörmətli ziyalı,
Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan polis general-mayoru
cənab Cavanşir Məmmədovun Ad günüdür!..

Daha doğrusu, Yubileyidir.
Anadan olmasının 65 illik Yubileyi!..



Cavanşir Qəhrəman oğlu
MƏMMƏDOV

Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
polis general-mayoru,
“Azərbaycan Bay­rağı” ordenli,
«Abdulla Şaiq», «Qızıl Qələm»
və «XXI Əsrin Ziyalısı»
Mükafatları Laureatı
(1953)

Cavanşir Qəh­rə­man oğlu Məmmədov - 1953-cü il yanvarın 3-də qə­dim qədim Bor­­­­­­çalı mahalının
Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) ra­yo­nun­dakı Şah­­marlı kən­dində anadan olub.
1959-cu ildə Şah­marlı ibti­dai məktəbinin bi­rinci sinfinə gedib, 1963-cü ildə həmin mək­­­­təbi bitirib. 1963-1967-ci illərdə Dmanisi rayo­nunun Qə­mərli səkkizillik məktə­bində, 1967-1969-cu illər­də isə Bol­ni­si rayonunun İmirhəsən kənd orta mək­təbində oxuyub. 1969-cu ildə M.F.Axundov adına Azər­baycan Dövlət Pe­daqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub. 1974-cü ildə hə­min institutu bitirib. Bir il doğma Şahmarlı kən­dindəki sək­kiz­il­lik məktəbdə müəllim işləyib.
Cavanşir Məmmədov 1975-ci ildə hərbi xidmətə çağ­ırılıb. Si­birdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Kras­no­yarsk şə­hə­rin­dəki Oktyabrsk rayonunun daxili işlər şöbə­sində ins­pektor və­zifəsində çalışıb. 1977-1979-cu illərdə Mark­sizm-Le­­ninizm Uni­ver­sitetində oxuyub və buranı Fərq­­lənmə dip­lomu ilə bitirib. 1979-cu ildə bölmə rəisi və­zifəsinə təyin olu­­nub. Elə həmin il Krasnoyarsk Dövlət Universitetinin hü­quq fakültəsinə qəbul olu­nub, 1983-cü ildə universiteti mü­vəffəqiyyətlə bitirib. Həmin il SSRİ DİN-in Akade­mi­yasına qəbul olunub. 1985-ci ildə oranı Fərqlənmə diplomu ilə bi­tirib və elə həmin il Krasnoyarsk Şə­hər Milis İdarəsində şö’bə rəisi, 1987-ci ildə isə Oktyabr rayon daxili işlər şö’bəsi rəisinin birinci müavini təyin olu­nub.
1976-cı ildən daxili işlər orqanlarında xidmət edən Cavanşir Məmmədov 1988-ci ilin sentyabr ayından Bakı şəhərinə kö­çüb, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparıb.
1988-ci ilin oktyabrından Bakı şə­hə­rinin Kirov (indiki Binəqədi) RPŞ-si rəisinin müa­vini işlə­yib. O, burada da özünün peşəkarlığı, yüksək ixtisaslı kadr ol­ması və sə­riş­təsi ilə seçilərək qısa müddətdə böyük nüfuz qazanmış və 1989-cu ildə ona etimad gös­tərilərək Bakı Şə­hər Daxili İşlər İdarəsində şö’bə rəisi, 1990-cı ildə isə BB­Pİ-də idarə rəisinin müavini vəzifəsinə tə’yin olunub. 1992-ci ildə Qa­radağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə Ba­­kı Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-cü ildə DİN-də İctimai Təhlükəsizlik İdarə­sinin rəis müavini iş­lə­­­yib. 1995-ci ilin iyun ayından isə həmin ida­rəyə rəis və­zi­fəsinə irəli çəkilib. 2001-ci ildə həmin idarə Baş İda­rəyə çev­­­rilib və Cavanşir Məmmədov həmin Baş İdarənin, yəni Baş İctimai Təhlükəsizlik İda­rəsinin rəisi təyin olu­nub. Bu çətin, məsuliyyətli və şərəfli vəzifədə düz 15 il (ümuilikdə isə düz 21 il) ləyaqətlə çalışıb.
Ha­zırda təqaüddədir.

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!.. Polis general-mayoru Cavanşir Məmmədovun polis or­qan­larında xidməti fəaliyyəti rəhbərlik və ölkə başçısı tə­rəfindən yüksək qiymətləndirilmişdir.

O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə ona
polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Cavanşir Məmmədov həmçinin “Milis əlaçısı”, “Daxili iş­lər orqanlarında əla xidmətlərinə görə” döş ni­şanları, sa­biq SSRİ-nin I, II, III dərəcəli medalları, 2001-ci ildə Rusiya Fe­derasiyasının Daxili İşlər Nazirinin əmri ilə
“Za boe­voye sod­rujestvo” medalı ilə və Fəxri Fərmanlarla təl­tif olun­muş, üç dəfə “Ən yaxşı bölmə rəisi” adına layiq gö­rülmüşdür. O, Qarabağ müharibəsinin iştirakçısıdır, Tər­tər və Goranboy ra­yonlarında gedən döyüşlərdə iştirak et­mişdir. ABŞ, Yapo­ni­ya, Türkiyə, Sloveniya və başqa döv­lətlərdə xidməti eza­miyyətlərdə olmuşdur.

Gənc yaşlarından Gürcüstanın Dmanisi rayonunun “Tria­leti”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetlərində, son­ralar Tbilisidə nəşr olunan “Gürcüstan” qəzetində, daha son­ralar isə Azər­bay­canın və bir sıra xarici ölkələrdə çıxan mər­kəzi qəzet­lərdə mə­qalələri çap olunub. Haqqında onlarla məqalələr və şeirlər yazılıb. Tərcümeyi-halı bir neçə ensiklopediyaya daxil olunub. Dəfələrlə Fəxri fərman və Fəxri mükafatlatlarla, o cümlədən, «Abdulla Şaiq», «Qızıl Qələm»«XXI Əsrin Ziyalısı» Fəx­ri mükafatlarına layiq görülüb.

Ailəlidir. İki övladı var.

Bütün şüurlu həyatını ictimai asayişin mühafizəsi kimi mü­qəddəs vəzifəyə həsr etmiş
xalqımızın qeyrətli oğlu, tanınmış hüquq-mühafizə işçisi, xeyirxah el adamı,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İc­ti­mai Təhlükəsizlik İda­rəsi­nin sabiq rəisi,
hazırda təqaüddə olan polis ge­neral mayoru Cavanşir Məmmədov doğma Borça­lını da unut­mur,
müntəzəm olaraq doğma el-obasına - qədim Başkeçid ellərinə baş çəkir,
orada yaşayan soydaşlarımızın qayğı və problemləri ilə maraqlanır,
əlindən gələn mad­di və mə­nəvi köməkliyi əsirgəmir.

Bütün bor­çalılar adın­dan Ca­van­­şir müəllimə bu diqqət və qaygı üçün təşəkkü­rümüzü bil­diririk.

Və fürsətdən istifadə edərək, biz də çox hörmətli Cavanşir Məmmədovu anadan olmasının
65 illik Yubileyi, eləcə də, üç gün öncə qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə bir daha ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, bir sözlə, şəxsi həyatında
və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az





YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!.. CAVANŞİR

(Polis general-mayoru
Cavanşir Məmmədova
həsr edirəm)


Bu səfər eylədin doğma yurduna,
Çıxmadı səfərin boşa, Cavanşir.
Böyük hökmü oldu hər bir sözünün,
Ox atdın dəymədi daşa, Cavanşir.

Sən çıxış eylədin, dərin danışdın,
Tələsmədin, sərin-sərin danışdın.
Bizə salam dedin, şirin danışdın,
Söhbətin çox gəldi xoşa Cavanşir.

Sən gələndə qohum-qardaş yad oldu,
Gəlişin bizlərə böyük ad oldu.
Bu yerlərin qəlbi necə şad oldu,
Ürək döndü tərlan quşa, Cavanşir.

Qonaq gəldin yad suyunu içmədin,
Kişi oldun öz elindən keçmədin.
Qəmərlini Şahmarlıdan seçmədin,
Yaşa səni görüm, yaşa, Cavanşir.

Badi-səba xoşdur yellər içində,
Şana dövran eylər tellər içində.
Bir el seçdin ağır ellər içində,
Çəkdin Qəmərlini başa, Cavanşir.

Təyyarəçi, təyyarəni saxladı,
Neçə xain ürəkləri dağladı.
Qələmzər də sevincindən ağladı,
Sən duranda mənnən qoşa, Cavanşir.

Yada eylədin qohumunu, yadını,
Görməmişdim qohumluğun dadını.
Sən çəkəndə Aftandilin adını
Az qaldı ki, ürək coşa, Cavanşir.


CAVANŞİR

(Polis general-mayoru
Cavanşir Məmmədova
həsr edirəm)


Gələmmədim Elviranın toyuna,
Evimdə sağlıqlar dedim, Cavanşir.
Özüm biş-düş etdim haldan-hazırdan,
Sanki o məclisdə yedim, Cavanşir.

Fələk məni qoy salmasın oyuna,
Mən qurbanam balaların boyuna.
Gələrəm nəvənin sünnət toyuna,
Çağırmasan özüm gedim, Cavanşir.

Qurban olum qohumluğun dadına,
Hey düşürsən Qələmzərin yadına.
Öz evimdə Azər bəyin adına,
Mən yaxşı sağlıqlar dedim, Cavanşir.

Durna pozulmasın səmada səfdən,
Alçalma şöhrətdən, düşmə şərəfdən.
Mən sənə qohumam arvad tərəfdən,
Sənsən şirin qohum-yadım, Cavanşir.

Axı nə olsun ki mən İranlıyam,
Qohuma, qardaşa istiqanlıyam.
Acı ki deyiləm, şirin canlıyam,
Şirindir qanana dadım, Cavanşir.

Qəribəm, qürbətdə qəlbi qanam mən,
Şairəm, nə aşıq, nə ozanam mən.
Əlimdə qələmim, söz yazanam mən,
Aftandildir bil ki adım, Cavanşir.

Aftandil QƏMƏRLİ


GENERAL

Xətrini çox istədiyim, yaxın qohumum
və eloğlum polis general-mayoru
Cavanşir Məmmədova ən xoş arzularla


Şərəfli yol keçdi, çəkildi başa,
Qəhrəman atanın Cavanşir oğlu.
Canında qeyrətin, müqəddəs südün,
Göstərdi, zirvəyə aparan yolu,
Qəhraman atanın Cavanşir oğlu.

Ağılla, biliklə doludur başın,
Mənlikdə mətinsən, müdrikdi yaşın.
Vətən məhəbbətin, silah yoldaşın,
Hədəfə tuşladı düz vuran qolu,
Qəhraman atanın Cavanşir oğlu.

Xalqım səndə görür böyük ürəyi,
Möhkəm iradəni, güclü biləyi.
Qələbə arzusu, haqqın diləyi,
Hər şeydən ucadır, hər şeydən ulu,
Qəhraman atanın Cavanşir oğlu.

Qarabağdan qovun yağı düşməni,
Şuşa göylərindən dumanı, çəni.
Dizin yerə qoysun nankor erməni,
Bayrağımız ucalsın alqışla dolu,
Qəhraman atanın Cavanşir oğlu.

İlhamı, İlhamdan alın zəfərdə,
Vətənmiz güclüdü qeyrət-hünərdə.
Siz də, məlhəm olun Şuşa tək dərdə,
Azad nəfəs alaq, köksümüz dolu,
Qəhraman atanın GENERAL oğlu.

Həmid Abdulla-QƏMƏRLİ,
Gürcüstan, Başkeçid.





Mənbə:


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: