RUHUN ŞAD OLSUN, MƏMMƏD!..

RUHUN ŞAD OLSUN, MƏMMƏD!.. RUHUN ŞAD OLSUN, MƏMMƏD!..
Azərbaycan Respublikası
"Təhsil" Mərkəzinin rəhbəri,
"Borçalı" İctimai Birliyinin sədr müavini,
“Ziya” qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru Müşfiq Borçalı

Borçalımızın tanınmış el anası,
"Şərəf" ordenli şairə
SƏADƏT BUTAya

əziz oğlu
MƏMMƏD ABDULLAYEVin

vaxtsız vəfatından
kədərləndiyini bildirir,
mərhumun bütün əzizlərinə,
yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!..
Qəbri nurla dolsun!..
Məkanı cənnət olsun!..
Ruhu şad olsun!..
ZiM.Az
"Şərqin səsi"



REDAKSİYADAN:

Aşağıda iki il öncə Bakıda işıqüzü görmüş
"Sazlı-Sözlü Başkeçid" adlı kitabımızın
III cildində çap olunmuş
Məmməd Abdullayevin qısaca
tərcümeyi-halını, bir şeirini, iki rübaisini
və istedadlı qələm dostumuz hörmətli
İradə xanım Kövrəyin böyük ürək ağrı-acısı ilə
Səadət Butaya xitabən təzəcə yazdığı
bir şeirini ZiM.Az-ın dəyərli oxucularına
təqdim edirik!..




Məmməd
ABDULLAYEV
(1970)


Məmməd Abbas oğlu Abdullayev 1970-ci ildə
- Ulu Borçalımızın qədim Baş­ke­çid elində -
indiki Gürcüstanın Dmanisi rayonundakı
Qızılkilsə kəndində dünyaya göz açıb.

1987-ci ildə orta mək­təbi, 1992-ci ildə Azərbaycan Dövlət
İnşaat Mühəndisləri Uni­ver­sitetini bitirib.
Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiy­yə­­tin­də
aparıcı mühəndis işləyir.

Ədəbiyyata marağı, saza-sözə sev­gisi
hələ kiçik yaşlarından ona, bu dünyadan nakam getmiş
atası saz-söz vurğunu Abbas Abdul­la­yevdən və
anası tanınmış çairə Səadət Butadan keçib.

Aşağıda Məmməd Abdullayevin bir neçə şeirini
oxu­cu­larımıza ərmağan edirik.


RÜBAİLƏR

Mən tənha deyiləm, inanın buna,
Mənim anam - həm atadır, həm ana.
Abbasın oğluyam - mən övladıyam,
İlhamın atəşi düşübdür cana.

Böyüyündən uca tutan sözünü,
Əvvəl deyən axırıncı sözünü,
Çox aşağı, qanacaqsız insandi,
Pis işlərdən çəkməz bir an gözünü.


GƏRƏKDİR

Salam verdim, salamımı almadın,
Müsalmana ədəb-ərkan gərəkdi.
Əl uzadıb əhvalımı sormadın,
Mərd kişiyə yaxşı ad-san gərəkdi.

Yoldan çıxan çox olubdu cahanda,
Axırdasa cavab verib divanda.
O dünyada sorğu-sual olanda,
Yaxşılara cənnət-məkan gərəkdir.

Məmməd, sözün gəl söyləmə nadana,
Salam nədi, bilərmi heç divana.
İnsanlığı, ar-namusu bir yana
Qoyanlara zülmət zindan gərəkdir.

(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid".
Bakı, III cild, 2015, səh. 687-688.)




RUHUN ŞAD OLSUN, MƏMMƏD!.. AY BUTA, DƏRDİNƏ DƏRDLƏRİM QURBAN...

Bilmirəm nə deyim vallah!
Səhərləri ancaq qara xəbərlərlə açırıq.
Son günlər bir neçə yaxın adamı itirmişik.
Allah səbr versin bizə.
Bu səhər də görkəmli şairəmiz Səadət Butanın
böyük oğlu, gözünün ilk ovu Məmmədin
vəfat xəbərini eşitdim. Çox sarsıldım.
Allah soyuqluq versin anasına, əzizlərinə!


Ay Buta, üzüldüm acı xəbərdən
Tufanmı apardı balan Məmmədi?
Ağzında dad idi, könlündə bahar
Sənin dərdlərinə qalan Məmmədi!

Əcəl köhlənini çapdı apardı,
Bağından ətirli gülü qopardı
Əzrayıl qılınclı qanlı çapardı
O idi qəlbindən çalan Məmmədi.

Ay Buta, dərdindən sızladım, yandım
Qəmlərdən, hicrandan yaman usandım...
Eşitdim yol üstə -mən onu andım
Səni dərd oduna salan Məmmədi...

İradə KÖVRƏK


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: