Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir

Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir YENİLƏNİB

Son günlərdə yağıntıların təsirindən Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpıb, torpaqda çatlar əmələ gəlib, bəzi yerlərdə isə çatlar genişlənib.

ZiM.Az-ın xüsusi müxbiri Yunis Qaraxanov vəziyyəti öyrənmək üçün həmin yerdə olub.

Səbail Rayon İcra Hakimiyyətindən İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov ZiM.Az-ın əməkdaşına bildirib ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

Bakı şəhərinin aktiv sürüşmə zonalarından olan bu ərazidə sürüşmə halının baş verməsi yeni hadısə deyil, illərlə mövcud olan köhnə problemdir.
Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Yağıntıların normadan artıq olması və digər səbəblər də buna öz təsirini göstərir.

Vaxtılə ərazidə inşa olunmuş qanunsuz tikintilər, onların kommunikasiya xətlərinin qəzalı olması da sürüşməyə təkan verən hallardandır.

Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.
Mütəxəssislərin iştirakı ilə sürüşmənin əhatə dairəsi, bu ərazidə mövcud tikililərin ünvanları və yaşayan vətəndaşların sayı müəyyənləşdirilib.

Sakinlərin təhlükəsizliyinin təmini məqsədilə xüsusi təxliyə və yerləşdirmə planları hazırlanıb, tələbat yaranarsa vətəndaşların müvəqqəti yerləşdiriləcəyi yerlər müəyyənləşdirilib. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir.

Məsələ ilə bağlı RİH-in başçısı Eldar Əzizov tərəfindən qərargahın iclası keçirilib, xidmət, təşkilat və digər sahələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir.

Ərazidə gedən proseslər Nazirlər Kabinetı tərəfindən nəzarətdə saxlanılır.

* * *

Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir Bayıl sürüşmə zonasında işlər davam edir. Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Səbail RİH-dən ZiM.Az-a verilən məlumata görə, ilk növbədə mütəxəssislər tərəfindən ərazıdə araşdırmalar aparılmış və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub.

Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər vardır. Onlarım məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılıb.

Qərargahdan verilən məlumata görə Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunlar tərəfindən xüsusi araşdırmalardan sonra verilmişdir. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatçılığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir.

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyatı qurunların mütəxəssisləri araşdırmalar aparır, qəbul edilən qərarlar və görüləcək işlər barədə əlavə məlumat veriləcək.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

“Ahıllara və Tənhalara Dəstək” İB yeni layihəyə start verir

Sosial
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Bakı
Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib

Əsas xəbər, Nazirlik, AzTU
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Bakı
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Biologiya və tibb elmləri
Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında 5000 ...

Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında 5000 ...

Biologiya və tibb elmləri
Dağlıq ərazi qanunundan Marneulinin 9 kəndi faydalanacaq

Dağlıq ərazi qanunundan Marneulinin 9 kəndi faydalanacaq

Borçalı, Hüquq
Marneulidə yeni park salınacaq

Marneulidə yeni park salınacaq

Borçalı
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

Digər bölmələr
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ
Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona ça ...

Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntılar sona ça ...

Borçalı, Tarix
Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Dünya, Tiflis
Marneuli İcra Hakimiyyətinin iclası keçirilib

Marneuli İcra Hakimiyyətinin iclası keçirilib

Borçalı
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
Zahid Qaralovun

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimat ...

YAP, Azərbaycan, Borçalı, Başkeçid
ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Rəy yazın: