“Gənclərimiz azad olunmuş torpaqlarımızın inkişafı ilə bağlı çox genişmiqyaslı işlər görəcək və uğurlar əldə edəcəklər”

“Gənclərimiz azad olunmuş torpaqlarımızın inkişafı ilə bağlı çox genişmiqyaslı işlər  görəcək və uğurlar əldə edəcəklər” 2020-ci il sentyabırın 27-də başlayan
və 44 günlük mübarizədən sonra
2020-ci il noyabırın 8-də şanlı ordumuzun
və Ali baş komandanımızın
güclü iradəsi və səyi nəticəsində
bizim Zəfərimizlə başa çatan
Vətən müharibəsinə və bu müharibəyə
öz qanı ilə imzasını yazan
qəhrəmanlarımıza həsr olunmuş
maraqlı bir müsahibəni
siz əziz və dəyərli “Ziya” qəzetinin
oxucularına təqdim etmək istəyirik.

Müsahibimiz
Azərbaycan Texniki Universitetinin
"İqtisadiyyat və İdarəetmə" fakultəsinin
Menecment ixtisasının 2-ci kurs tələbəsi
Fərid Qurbanlıdır.


1. Azərbaycanın keçmişdən bu günə və qələbədən sonra iqtisadiyyatında baş verəcək yenilikləri haqqında nə düşünürsünüz?
- Bildiyiniz kimi, Azərbaycanın iqtisadiyyatı hələ qədim zamanlardan, tarixə nəzər salsaq görərik ki, hər bir sahədə çox gözəl inkişaf etmişdir. İstər əkinçilik, istərsə də digər sahələrdə. Buna misal olaraq isə Azərbaycan qədim zamanlardan bəri şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanın ən iri ipəkçilik rayonu idi və hal hazırda da belədir.

2. İşğaldan azad olunmuş torpaqlarımızda hazırda artıq bir sıra işlər aparılır. İqtisadi cəhətdən bu barədə nə söyləyə bilərsiniz?
-Əlbətdəki artıq dövlət başçımızın əmri ilə mənfur düşməndən azad etdiyimiz torpaqlarımızda işlərə başlamışıq. 30 il ərzində torpaqlarımızın bizdə olmaması iqtisadiyyatımızın olduğundan daha çox öndə olmasının qarşısını almış olsada inanırıq ki, dövlət başçımızın göstərişləri ilə bunların hamısını tez bir zamanda həll edəcəyik.
Böyük sevincdir ki, artıq Füzuli hava limanı açılmışdır.

3. Azərbaycan turizim sahəsində ən qabaqcıl ölkələrdən biridir. Siz bu barədə nə düşünürsünüz? Bundan sonra turizim sahəsində ölkəmizi nələr gözləyir?
-Bildiyimiz kimi hər il ölkəmizə minlərlə turist gəlir. Azərbaycanın Xaçmaz, Quba, Qəbələ, Masallı və bir çox bölgə və rayonları turistlər tərəfindən böyük maraqla qarşılanır. Qələbədən sonra isə ölkəmiz turizim sahəsində ən birinci yerdə olacaq. Bu, əlbəttə, danılmaz bir faktdır ki, sadaladığımız ərazilərimizə artıq Kəlbəcər, Laçın, Ağdam və bir çox başqa bölgələrimizi də daxil edəcəyik. Doğrudur bu hal hazırda baş verməsə də, yaxın gələcəkdə gözlənilir. Bu isə turizim sahəsində çox böyük inkişafın olacağına bir sübutdur.

4. İstər turizim sahəsində, isdər iqtisadi zonada artıq yaxın gələcəkdə Azərbaycanın necə inkişaf edəcəyini görürük. Bu isə əlbəttə, təhsil sistemində də özünü gösdərməlidi. Bu barədə nə söyləyə bilərsiz?
-İşğaldan azad olunmuş ərazilərimizdə artıq bir çox işlər görülür. Bunun üçün isə biz əlbəttə ki, gənc nəsilə etiyac duyuruq və bir çox sahələrdə menecment, mühasibatlıq ixtisasları ilə yanaşı digərlərini də qeyd edə bilərik ki, gənclərimizə ali təhsil ocaqlarında yüksək səviyyədə bilik öyrədilir. Bu bizim üçün müsbət bir haldır ki, dövlətimizin gələcəyi savadlı gənclərimizin əlində olacaq. Mən bir vətəndaş olaraq sevinirəm ki, gənclərimiz azad olunmuş torpaqlarımızın inkişafı ilə bağlı çox genişmiqyaslı işlər görəcək və uğurlar əldə edəcəklər. Bu xalqımız üçün böyük qürur və iftixar hissidir.

5. Biz 2020-ci ildə böyük bir tarix yazdıq və illərcə danışılacaq böyük bir uğura imza atdıq və hal-hazırda biz ölkələrin şüarına çevrildik. Dünya gündəminə nəzər salsaq görərik ki, Ukrayna, Maldova artıq bizi özlərinə nümunə kimi görür. Bu barədə fikirlərinizi öyrənmək isdərdik?
-Tariximizə nəzər salsaq keçmişdə Gəncə xanı Cavad xan düşmən ilə necə mərdlik ilə mübarizə aparmışdırsa, bu gün də biz düşmən ilə o cür mübarizə apardıq. Gözəl Gəncəmiz terrorçu xalq tərəfindən minalara, atəşlərə məruz qalsa da, biz mübarizəmizi mərdlik ilə apardıq. İstər ön cəbhədə, isdərsə də arxa cəbhədə.
Odur ki, bizim tarixi qələbəmizin hər bir xalqın şüarına çevrilməsi təəccüb hissi doğurmur. Mən deyərdim ki, bu belə də olmalıdır. Yaşasın mərd Azərbaycan oğlu!..

Müsahibəni yazdı:
Xanımxatın Muradova,
AzTU-nun "İqtisadiyyat və İdarəetmə" fakultəsinin
Menecment ixtisasının 2-ci kurs tələbəsi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏSGƏRƏ MƏKTUB

ƏSGƏRƏ MƏKTUB

AzTU
AZADLIĞIN MÜBARƏKDİR, KƏLBLƏCƏR!

AZADLIĞIN MÜBARƏKDİR, KƏLBLƏCƏR!

Qarabağ, Müsabiqə
ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR

Qarabağ, Biologiya və tibb elmləri
VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

VƏTƏN TORPAĞI BİZİM NAMUSUMUZDUR

Qarabağ, Biologiya və tibb elmləri
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
“Həm dincələk, həm öyrənək” layihəsinə start verildi...

“Həm dincələk, həm öyrənək” layihəsinə start verildi...

Regionlar, Məktəblər

"Qələbədən şirin arzu yoxdur"

Məktəblər, Tarix
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

İLLƏRLƏ GÖZLƏDİYİMİZ GÜN GƏLİB ÇATDI

Qarabağ, Biologiya və tibb elmləri
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
İlham Əliyevin təhsil sahəsində dediklərindən

İlham Əliyevin təhsil sahəsində dediklərindən

Azərbaycan, Prezident
AzTU SABAH tələbəsi, Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarı ...

AzTU SABAH tələbəsi, Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarı ...

AzTU
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi

AzTU
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
Gənclərimiz hər zaman ayıq-sayıq olmalıdırlar!..

Gənclərimiz hər zaman ayıq-sayıq olmalıdırlar!..

Köşə yazılar
AzTU-nun rektoru Vilayət Vəliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Hə ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Hə ...

Əsas xəbər, AzTU

"Bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıyı ...

AzTU
Rəy yazın: