Dünya Qarabağlı: "Dahi Heydər babamız"

Dünya Qarabağlı: "Dahi Heydər babamız" Dünya Bayram qızı Əhmədova - 2001-ci ildə Bakı şəhərində anadan olub.
2008-ci ildə Bakı şəhərindəki 312 nömrəli məktəbin I sinifinə daxil olub.
2019-cu ildə həmin məktəbdə orta təhsilini bitirib.
Elə həmin il Azərbaycan Dövlət İqdisad Universitetinin nəzdindəki Maliyyə-İqtisad kollecinə daxil olub.
2021-ci ildə həmin kolleci fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetinin İqdisadiyyat və İdarəetmə fakultəsinin "Menecment" ixtisasna daxil olub.

Dünya Əhmədova hələ orta məktəbdə oxuduğu illərdən boks və gimnastika növü üzrə idmanla məşğul olub və bu sahələrdə əldə etdiyi nəticələri var.
Bir neçə dəfə medal və fəxri fərmanlarla təltif olunub.

Dünya xanım həm də şeir və məqalələr yazmaqla da məşğul olur; klassik ədəbiyyatın incəliklərini, gözəlliklərini öz yazılarında əks etdirir.


Biz də Əhmədova Dünya Bayram qızına yeni-yeni uğurlar arzulayır və aşağıda bir neçə şeirini dəyərli oxuxcularımıza təqdim edirik.
ZiM.Az



Dahi Heydər babamız

Xalqının dərdinə ağlayandı O
Xainin yolunu bağlayandı O
Vətən bütövlüyün saxlayandı O
Dahidi,dəryadı Heydər babamız.

70 il əsarət altında qalan
30 il işğalçı əlində olan
Belə bir vətəni göyə ucaldan
Dahidi,dəryadı Heydər babamız.

Hər zaman zülmətin bağrını yaran
Getdikcə yolunda qar-boran olan
Hər yerdə,həmişə qələbə çalan
Dahidi,dəryadı Heydər babamız.

Sevmişdi bu millət,bu xalq babanı
Öndərdə sevmişdi eli, obanı
Çevirdi cənnətə Azərbaycanı
Dahidi,dəryadı Heydər babamız

Yayıldı hər yana yurdun sorağı
Ucaldı göylərə vətən bayrağı
Bu insan bir dağdı, sevdik bu dağı
Dahidi,dəryadı Heydər babamız.

Heydər xalq deyəndə, xalq Heydər deyər
Heydərdə vətəni,xalqını öyər
Ən uca zirvədi,dünyaya dəyər
Dahidi,dəryadı Heydər babamız.

Öndərin misilsiz xidməti böyük
O bir işıqdı ki, surəti böyük
Sirli xəzinədi,hikməti böyük
Dahidi,dəryadı Heydər babamız.


Qalx ayağa Azərbaycan!

Can istəsən can verərəm,
Qan istəsən qan verərəm,
Canımı qurban verərəm,
Qalx ayağa, Azərbayca!

***

Şəhidlərin ruhu ağlar,
İgidlərə ümüd bağlar,
Yağı düşmən sinə dağlar,
Qalx ayağa, Azərbaycan!

***

Oğlun, qızın səni deyir,
Qışın, yazın səni deyir,
Azın, çoxun səni deyir,
Qalx ayağa Azərbaycan!

***

Kişilərin nər oğlu nər,
Hər birisi qeyrətli ər,
İstəyir ki, olsun əsgər,
Qalx ayağa Azərbaycan!

***

Qadınların Həcər, Nigar,
Geri dönür yenə rüzgar,
Qış çevrilib olur bahar,
Qalx ayağa Azərbaycan!



Müəllim önündə baş əyməlisən

Sanırdım özlərin çəkəndi onlar,
Ürəyə dərd-kədər əkəndi onlar,
Sən demə mələkmiş, əhsəndi onlar,
Müəllim önündə baş əyməlisən.

***

Qorusun hər zaman yaradan onu,
Qorusun, hifs etsin qaradan onu,
Ucaltsın göylərə sıradan onu,
Bu insan önündə baş əyməlisən.

***

Haqqı-ədaləti qoruyandı o,
Yamanı-yaxşıdan darıyandı o,
Həqiqət yolunda əriyəndi o,
Müəllim önündə baş əyməlisən.

***

Allahım, ən uca dağ eylə onu,
Kədərsiz, bəhrəli bağ eylə onu,
Hər zaman, hər yerdə sağ eylə onu,
Bu insan önündə baş əyməlisən.

Yaxşılığ mən onlarda görmüşəm,
İnsanlığın töhfəsini dərmişəm,
Bu incini öz qəlbimdə sərmişəm,
Müəllim önündə baş əyməlisən.

***

Günəş kimi işıq salası olsan,
Dünyada əbədi qalası olsan,
Süleyman tək xərac alası olsan,
Müəllim önündə baş əyməlisən

***

Müəllim Şah dağı, başı ağ qarlı,
Müəllim bağbandı, bağçası barlı,
Müəllim aləmdi, fəsli-baharlı,
Müəllim önündə baş əyməlisən

***

İstəyir alim ol, istəyir fəhlə,
Müəllim adını sən çək fərəhlə,
Bütün biliyini sənə çox səylə,
Öyrədən önündə baş əyməlisən.

Müəllim müqəddəs şərəfli peşə,
Müəllim billurdan təmiz bir şüşə,
Onun təbiəti sirli bir guşə,
Bu insan önündə baş əyməlisən.

***

O sənin yolunda nurdu, mayaqdı,
O sənə köməkdi, sənə dayaqdı,
Çətinə düşəndə çağır, oyaqdı,
Bu dahi önündə baş əyməlisən.

***

Alimlər, təbiblər yetirəndi o,
İnsandan pisliyi itirəndi o,
Dəli Kürdən işıq götürəndi o,
Bu insan önündə baş əyməlisən.

***

Geniş səmaları fəth eyliyəndi,
Dəryanı çaparaq at eyliyəndi,
İnsanlar həyatı mat eyliyəndi,
Müəllim zirvədi, müəllim şahdı,
Müəllim önündə baş əyməliyik!
Müəllim önündə baş əyməliyik!


PAXILLIQ HİSSİ

Xainlik, paxıllıq əzər insanı,
Yeriyər qəlbinə üzər insanı.
Qoşular şeytana gəzər insanı,
At ürəyindəki o pis hisləri,
Dinlə sən cənnətdən gələn səsləri.

Vaxt gələr Əzreyil çökər sinəyə,
O zaman əsməcə enər çənəyə.
De nəyə lazımdı, paxıllıq nəyə?
At ürəyindəki o pis hisləri.
Dinlə sən cənnətdən gələn səsləri.

Paxıl olanları sevməyir Allah,
Çökdürür yaradan onları Vallah.
Pisin keçmişinə denən “Bismillah”.
At ürəyindəki o pis hisləri,
Dinlə sən cənnətdən gələn səsləri.

Boylan keçmişinə gör nələr olub?
Gör,Allah nələri savaba alıb?
Bir gör həyatında xoş əməl olub?
At ürəyindəki o pis hisləri.
Dinlə sən cənnətdən gələn səsləri.

Səndə bu dünyada zülüm görmüsən.
Yaxşılıq əkmisən,pislik dərmisən.
Bəs niyə yaxşı yox,sən pis olmusan?
At ürəyindəki o pis hisləri,
Dinlə sən cənnətdən gələn səsləri.


Dünya Qarabağlı,
Azərbaycan Texniki Universitetinin
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
QALİBƏ CƏFƏROVA:

QALİBƏ CƏFƏROVA: "EY TÜRKOĞLU, AYAĞA QALX!.."

Müsabiqə
Salman Qazi:

Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİ ...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, ƏYYUB MÜƏLLİM!...

Təhsil, Nekroloqlar
ELOĞLU

ELOĞLU

Başkeçid
Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA

Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Müşfiq Borçalı
Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Bolus
Yunis Qaraxanov: QARAYAZIM!..

Yunis Qaraxanov: QARAYAZIM!..

Qarayazı, Müsabiqə
İftixar Piriyevin ŞEİRLƏRİ...

İftixar Piriyevin ŞEİRLƏRİ...

Poeziya, Borçalı, Qaraçöp
= =  SƏMƏRQƏNDdən MƏKTUB: = = =

= = SƏMƏRQƏNDdən MƏKTUB: = = = "Səninçün darıxdım, ey Ana torpaq..."

Müsabiqə, Turan, Orta Asiya
Rəna Qurbanlı Qılıcova:

Rəna Qurbanlı Qılıcova: "TOVUZUM!"

Müsabiqə
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HƏMİŞƏ HÖRMƏTLƏ ANIRAM!

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ HƏMİŞƏ HÖRMƏTLƏ ANIRAM!

UNUTSAQ, UNUDULARIQ!....
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Solmaz QƏRİBEL:

Solmaz QƏRİBEL: "Mənə o adamı tapın..."

Müsabiqə
AzTU-nun kollektivi Ulu Öndərin məzarını ziyarət edib

AzTU-nun kollektivi Ulu Öndərin məzarını ziyarət edib

AzTU
TURAL XANHÜSEYNOĞLU (1987)

TURAL XANHÜSEYNOĞLU (1987)

Poeziya, Müsabiqə
YURD HƏSRƏTLİ MÜƏLLİM

YURD HƏSRƏTLİ MÜƏLLİM

Məktəblər
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Əjdər HÜMMƏT: Bir Cənubun harayında...

Əjdər HÜMMƏT: Bir Cənubun harayında...

Müsabiqə
MURTUZ FƏRHADOĞLU (1967)

MURTUZ FƏRHADOĞLU (1967)

"SAZLI-SÖZLÜ BORÇALI"
Rəy yazın: