AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib

AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib
AzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilibAzTU-da “Məzun Günü-2021” adlı tədbir keçirilib Azərbaycan Texniki Universitetində (AzTU)
“Məzun Günü-2021” adlı tədbir keçirilib.

Əvvəlcə universitetin foyesində ulu öndər
Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə Təhsil Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, millət vəkilləri iştirak edib.

COVID-19 pandemiyası davam etdiyindən
“Məzun Günü-2021” adlı tədbir xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilib. Məzun günü Azərbaycanın dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra rektor
Vilayət Vəliyev
çıxış edib.
Məzunları təbrik edən rektor deyib ki, pandemiya şəraiti olduğu üçün tədbirə yalnız ümumi orta müvəfəqqiyyət göstərici (ÜOMG) yüksək olan məzunlar dəvət olunub. Rektor tədbirdə iştirak edə bilməyən məzunlara da təbriklərini çatdırıb və gələcək həyatlarında hər birinə uğurlar arzulayıb.

Vilayət Vəliyev bildirib ki, bu il universiteti 1465 nəfər bakalavriat, 288 nəfər isə magistratura səviyyəsində bitirib. Bakalavrlardan 23, magistrlardan isə 140 nəfər fərqlənmə diplomuna layiq görülüb. Builki məzunlar arasında 44 günlük Vətən müharibəsi iştirakçılarının olduğunu da qeyd edən rektor torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlara görə onlara təşəkkür edib.
Vilayət Vəliyev bildirib ki, AzTU tələbələri hər zaman vətənpərvərlik hisslərinin yüksək olması ilə fərqlənib. Vətən müharibəsində universitetin 250-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 28 nəfər şəhidlik zirvəsinə ucalıb.

Vilayət Vəliyev son illər AzTU-da təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən də danışıb. Qeyd edib ki, yaxın vaxtlarda AzTU regionun ən inkişaf etmiş universitetləri sırasında olacaq.

Tədbirdə iştirak edən
təhsil nazirinin müavini Muxtar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Rüfət Quliyev və Etibar Əliyev, Bestcomp Group şirkətinin İdarə Heyətinin sədri Rauf Həsənov, AzTU-nun Elm və innovasiya üzrə prorektoru Çetin Elmas məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Məzunlar adından çıxış edən Energetika və avtomatika fakültəsinin məzunu Ayxan Qurbanov onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.

Daha sonra universiteti fərqlənmə ilə bitirən məzunlara fəxri fərmanlar, Bestcomp Group şirkətinin rəhbərliyi adından qazilərə hədiyyələr təqdim olunub.

Tədbir Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovonun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun üzvləri – Xalq artisti Elçin HəşimovƏməkdar artist Elnur Əhmədovun ifası ilə başa çatıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: