Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur

Professor İlham Pirməmmədovun 65 yaşı tamam olurTƏBRİK EDİRİK!..

Bu il
tanınmış təhsil işçisi, görkəmli alim və
ictimai xadim,
"Qazax" Xeyriyyə Cəmiyyətinin sədri,
1998-2013-cü illərdə
Təhsil Nazirliyində
aparat rəhbəri,
2013-2016-cı illərdə
Təhsil nazirinin müşaviri kimi məsul vəzifələrdə
şərəflə çalışmış,
2013-cü ildən Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsində öz əmək fəaliyyətini ləyaqətlə davam etdirən,
hələ SSRİ dövründə idmanın sambo növü ilə 5 dəfə Azərbaycan çempionu və
SSRİ çempionu olmuş, "SSRİ idman ustası" fəxri adına layiq görülmüş,
sonralar isə müstəqilliyimiz illərində səmərəli pedaqoji fəaliyyətinə görə 2005-ci ildə “Əməkdar müəllim”,
təhsil sahəsindəki əvəzsiz xidmətlərinə görə 2015-ci ildə “Qabaqcıl təhsil işçisi” fəxri adları ilə
təltif olunmuş, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədovun yubiley ilidir:
Anadan olmasının 65 yaşı tamam olur.


İlham Teymur oğlu Pirməmmədov - 1 iyul 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini mexanika ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977-1980-ci illərdə həmin İnstitutda mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. 1980-84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında “Nəzəri mexanika” kafedrasında “Deformasiya olunan bərk cismlər mexanikası” ixtisası üzrə təhsil almışdır.

1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi-tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmışdır. 1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Ali Təhsil müəssisələrinin rektorlar Şurası”nda məsul katib vəzifəsini də aparmışdır. Əsasnaməyə görə bu Şuranın sədri vəzifəsini Təhsil Naziri yerinə yetirmişdir. Eyni zamanda Respublikada tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələri bu Şuranın tərkibinə daxil edilmişdir. Bu Şura 5 il fəalliyyət göstərdiyi müddətdə təhsil sistemində mövcud olan problemlərlə məşgul olmuş və çoxlu problemlərin həlli üçün tövsiyələr vermişdir.

İ.Pirməmmədov 1995-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində “Rəhbərlik yanında aparat”ın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyi Kollegiyasının üzvü olmuşdur.

2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və İ.Pirməmmədov bu vəzifəyə keçirilmişdir. Bu müddətlərdə Təhsil haqqında Qanunun (1992-ci il, 2010-cu il) işlənib hazırlanmasında və bu qanunlara uyğun olaraq bütün pillələr üzrə təhsilin təşkili ilə bağlı zəruri normativ hüquqi sənədlərin hazırlanmasında, müzakirəsində, nazirliyin kollegiya səviyyəsində təsdiq olunmasında bilavasitə işçi qrupun üzvü və ya rəhbəri kimi yaxından iştirak etmişdir.

1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin respublikada qanunsuz fəaliyyət göstərən filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.

1998-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin, 2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin sərəncamları ilə Təhsil sisteminin inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət proqramlarını hazırlayan işçi qruplarının üzvü olmuş, sonradan bu proqramların həyata keçirilməsi ilə bağlı görülən işlərə nəzarət edilməsində və bu işlərlə bağlı hesabatlar hazırlayıb hökumətə təqdim olunmasına məsul olmuşdur.

İ.Pirməmmədov 2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi adını almışdır. 50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifidir.

İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 1998-ci ildən isə Bakı Dövlət Universitetinin “Nəzəri mexanika” kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.

1998-2013-cü illər Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. Bu müddətdə o, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı ölkəmizi bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda və digər mötəbər tədbirlərdə uğurla təmsil etmişdir.

2016-cı ilin yanvar ayından Təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. İlham Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

2015-ci ilin aprel ayında Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür.

İlham Pirməmmədov tələbəlik illərində (1972-1977-ci illər) Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən idman klubunda güləşin sambo növü ilə məşğul olmuşdur. 5 dəfə Azərbaycan çempionu, SSRİ miqyasında keçirilən ümumittifaq turnirlərinin mükafatçısı və qalibi olmuşdur. O, 1979-cu ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən ümumittifaq turnirinin qalibi olmuş və güləşin sambo növü üzrə SSRİ idman ustası normativlərini yerinə yetirmişdir. Bunun əsasında SSRİ Nazirlər Sovetinin yanında “Fiziki Mədəniyyət və İdman” Komitəsinin qərarı ilə İlham Teymur oğlu Pirməmmədova güləşin sambo növü üzrə SSRİ idman ustası adı verilmişdir (vəsiqə № 154228).

Ailəlidir, iki oğlu, üç nəvəsi var.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından çox hörmətli İlham müəllimi
qarşıdan gələn yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və
"ZiM.Az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor İlham Pirməmmədovun  anası haqqa qovuşub

Professor İlham Pirməmmədovun anası haqqa qovuşub

Nekroloqlar
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
İlham Pirməmmədov AzTU-ya prorektor təyin edilib

İlham Pirməmmədov AzTU-ya prorektor təyin edilib

Təhsil, AzTU, "Elm və Təhsil"
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV

BÜTÜN QAZAXLILARIN FƏXRİ - İLHAM PİRMƏMMƏDOV

AzTU, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50

BDU, "Elm və Təhsil", Bolus, Təbriklər
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Rəy yazın: