AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub 2019-cu il Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU)
görkəmli şair, tanınmış
yazıçı-dramaturq
Cəfər Cabbarlının
anadan olmasının
120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.


ZiM.Az xəbər verir ki,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
böyük ədibin
anadan olmasının
120 illik yubileyi ilə bağlı
imzaladığı 17 dekabr
2018-ci il tarixli
sərəncamına
uyğun olaraq keçirilən
təntənəli yubiley mərasimini giriş sözü ilə AzTU-nun rektoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor
Vilayət Vəliyev
açaraq,
tədbir iştirakçılarını, xüsusilə də hörmətli qonaqları salamlayıb, AzTU-da ədəbi-bədii mövzulara diqqət göstərilməsinin önəmini vurğulayıb və dahi yazıçının qısa, lakin olduqca mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında
məlumat verib.

Professor Vilayət Vəliyev
C.Cabbarlı yaradıcılığının
əsas mövzuları olan
vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolu olduğunu qeyd edərək xatırladıb ki, C.Cabbarlı
AzTU-nun sələfləri sırasında olan Bakı Politexnikumunun məzunu olub.

Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
"Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə xanım Məmməd

böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə edib.

Daha sonra Ulu öndər
Heydər Əliyevin
C.Cabbarlının heykəlinin ucaldılması prosesi ilə bağlı tarixi açıqlaması və fikirlərinin yer aldığı videoçarx
nümayiş etdirilib.

Yubiley tədbiri tələbələrin ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib.

“Oqtay Eloğlu” əsərindən bir parça oynanılıb və tələbələr həmçinin gənc Cəfər Cabbarlının 1918-ci ildə Türkiyədən Azərbaycanın xilası naminə köməyə gəlmiş general Nuru Paşa ilə görüş səhnəsini canlandırıblar.

Tədbirdə Respublikanın
Əməkdar artisti
Fehruz Səxavətin,
AzTV-nin solisti
Nicat Cəfərzadənin,
tanınmış müğənnilər
Vüsal Hacıyevin,
Aydan
Fidan
Süleymanzadə bacıları
nın ifasında C.Cabbarlının sözlərinə yazılmış mahnılar alqışlarla qarşılanıb.

Dahi ədibin nəvəsi, C.Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi
Qəmər Seyfəddinqızı

yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq başda hörmətli rektor, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev olmaqla AzTU-nun kollektivinə öz təşəkkürünü və dərin minnətdarlığını bildirib.

Yubiley tədbiri
AzTU tələbəsinin ifasında “Çırpınırdı Qara dəniz...” mahnısının sədaları altında yekunlaşıb.

Onu da qeyd edək ki,
universitetin foyesində
C.Cabbarlının əsərlərindən
və eləcə də, onun
həyat və yaradıcılığına
həsr olunmuş
kitablardan ibarət
sərgi də təşkil olunmuşdu.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: