AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958) AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı 30 декабря 1858 80 1 2 3 4 5 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Azərbaycan Texniki Universitetinin "Radiotexnika və rabitə" fakültəsinin dekanı, dosent Əhməd Məmmədov Məmmədov Əhməd Adil oğlu - 1958-ci ildə qədim Qarayazıdakı (indiki Gürcüstan Respublikasının Qardabani rayonundakı) Kosalı kəndində dünyaya göz açıb.1966-cı ildə Kosalı kənd orta məktəbini gümüş medalla bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki - Azərbaycan Texniki Universiteti) “Radiotexnika” ixtisasına daxil olub və 1972-ci ildə tam kursu bitirərək radio mühəndisi ixtisasına yiyələnib.1968-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Ümumi və nəzəri elektrotexnika” kafedrasında laborant, laboratoriya müdiri vəzifələrində çalışıb. 1972–1974-cü illərdə Semipalatinsk şəhərində Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1979-cu ildə müsabiqə yolu ilə “Ümumi və nəzəri radiotexnika” (indiki – “Radiotexnika və televiziya sistemləri”) kafedrasının assistenti vəzifəsinə, 1986-cı ildə isə baş müəllim vəzifəsinə seçilib.1988-2001-ci illər ərzində “Radiotexnika” fakultəsinin dekan müavini vəzifəsində çalışıb, 1993-1994-cü illərdə “Radiotexnika” fakultəsinin dekanı vəzifəsini icra edib. 2003-cü ildə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb. 2007-ci ildən “Radiotexnika” kafedrasının, hal-hazırda isə “Rabitə şəbəkələri və kommutasiya sistemləri” kafedrasının dosentidir. 2017-ci ildən Radiotexnika və Rabitə fakültəsinin dekanıdır.120-dən çox elmi-metodiki işlərin, o cümlədən 2 dərsliyin, 9 dərs vəsaitinin və 21 tədris-metodiki vəsaitlərinin müəllifidir. 2006-cı ildən 2017-ci ilin oktyabr ayına qədər ictimai əsaslarla AzTU Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.Dosent Əhməd Məmmədov 2011-ci ildə AzTU-nun 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Ailəlidir, 4 övlad atasıdır.Biz də ZiM.Az-ın yaradıcı heyəti adından Azərbaycan Texniki Universitetinin "Radiotexnika və rabitə" fakültəsinin dekanı, tanınmış alim, texnika elmləri namizədi, çox hörmətli dosent Əhməd Adil oğlu Məmmədovu31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və şərəfli elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.