ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU
Əzizə Nurqələm qızı Mikayılova -
Azərbaycan Texniki Universitetinin (AzTU-nun)
“Azərbaycan dili və pedaqogika” kafedrasının professoru

O, 1984-cü ildə Bakı Dövlət Universitetinin
filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2001-2005-ci illərdə AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.

2005-ci ildən dosent vəzifəsinə seçilib.

Ə.N.Mikayılova 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Hal-hazırda filologiya elmləri doktoru, professordur.

Onun 62 elmi-metodik əsəri çap olunmuşdur ki, onlardan
1-i dərs vəsaiti, 2-i monoqrafiya, 4-ü metodik vəsaitdir.

Professor Ə.N.Mikayılova öz üzərində daimi işləyən, biliyini, savadını və pedaqoji təcrübəsini yüksəltməyə istiqamətlənən elmi-pedaqoji kadrdır.




ALİMİN YENİ UĞURU Professor ƏZİZƏ MİKAYILOVAnın KİTABLARI:

Ə.N.Mikayılova. Onomastik vahidlərin üslubi imkanları. (XIX əsrin ikinci yarısında yaranmış nəsr əsərlərinin materialları əsasında linqvistik tədqiqat). “Memar Nəşriyyat-Poqiqrafiya”MMC, Bakı, 2008, 302 s.

Redaktoru: filologiya elmləri doktoru,
professor Q.İ.Məşədiyev,
Rəyçiləri:
filologiya elmləri doktoru, prof. Ə.V.Tanrıverdiyev
filologiya elmləri doktoru F.R.Xalıqovdur.

Monoqrafiya XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunda (nəsr əsərləri əsasında) mövcud olan onomastik vahidlərin-antroponim, toponim və ideonimlərin üslubi-linqvistik xüsusiyyətləri sistemli şəkildə tədqiq olunmuşdur.

Monoqrafiya dilçi mütəxəssislər, həmin dövrlə maraqlanan tədqiqatçılar, ali məktəblərin filologiya fakültəsinin müəllim və tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



ALİMİN YENİ UĞURU Ə.N.Mikayılova, Ş.M.Kərimov. Azərbaycan dili (Texniki ali məktəblərin bakalavr təhsil pilləsinin rus və xarici bölmələrində təhsil alan tələbələr üçün dərs vəsaiti). Bakı, “Təhsil” NPM, 182 səh.

Redaktoru: filologiya elmləri namizədi, dosent Məhərrəm Abbasəli oğlu Hüseynov,
Rəyçilər: filologiya elmləri doktoru, professor Buludxan Əziz oğlu Xəlilov,
filologiya elmləri namizədi Afaq Məmməd qızı Əsgərovadır.

Dərs vəsaiti texnika ali məktəblərin
bakalavr pilləsinin rus və xarici
bölmələrində təhsil alan tələbələr üçün
“Azərbaycan dili” proqramı əsasında
hazırlanmışdır.

Vəsaitdə Azərbaycan dilinin qrammatik qaydaları sadə şəkildə izah olnmuş, həm də tələbələrin
yazılı və şifahi nitqinin inkişafı üçün kifayət qədər tapşırıqlar, çalışmalar, hər bölmənin sonunda isə
test tapşırıqları verilmişdir.



ALİMİN YENİ UĞURU Ə.N.Mikayılova.
M.F.Axundovun üslubi onomastikası.
“Dizayn-EL” MMC,
Bakı, 2009, 228 s.

Kitabın redaktoru: Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru,
professor Afad Qurbanov
Rəyçiləri:
filologiya elmləri doktoru, professor R.C.Məhərrəmova
və filologiya elmləri doktoru, professor
M.A.İsmayılovadır.

Monoqrafiyada Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun bədii üslubunda (nəsr əsərləri əsasında) mövcud olan onomastik vahidlərin-antroponim, toponim, etnonim, ktematonim və ideonimlərin üslubi-linqvistik xüsusiyyətləri sistemli şəkildə tədqiq olunmuşdur.

Monoqrafiya dilçi mütəxəssislər, həmin dövrlə maraqlanan tədqiqatçılar, ali məktəblərin filologiya fakültəsinin müəllim və tələbələri geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


ALİMİN YENİ UĞURU
Əzizə Nurqələm qızı Mikayılova.
Dilçilik tarixində qrammatik quruluşun yeri.
Dərs vəsaiti. Bakı, “Elm və Təhsil” nəşriyyatı,
2015, 188 səh.

Redaktoru: filologiya elmləri doktoru,
professor İ.O.Məmmədli,

Rəyçiləri: filologiya elmləri doktoru,
professor T.M.Hacıyev,
filologiya elmləri doktoru,
professor Z.Ə.Şahbazova
filologiya elmləri üzrə fəlsəfə doktoru,
dosent Y.M.Hacıyevadır.

Kitabda Azərbaycan dilçiliyinin qarmmatikasının
inkişafı tarixi, dərslik və monoqrafiyalarda
tədqiq edilmiş qrammatik anlayışlar,
onların yaranması və inkişaf məsələləri
araşdırılmışdır.

Əsər ali məktəb müəllimləri, doktorantlar və filoloq tələbələr üçün faydalı ola bilər.


ALİMİN YENİ UĞURU Əzizə Nurqələm qızı Mikayılova. Azərbaycan dili və nitq mədəniyyəti (Praktikum). Bakı, “Elm və təhsil” nəşriyyatı,
2015, 160 səhifə.

Redaktoru: f.e.d., prof. F.R.Xalıqov
Rəyçiləri: f.e.d., prof. Ə.V.Tanrıverdiyev
f.e.d., prof. D.Y.İsmayılov
f.ü.f.d., dos. G.D.Rzayevadır.

Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamına əsaslanır – “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planının “6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi” bəndində mütamadi olaraq “Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunması təmn edilsin.

Metodik vəsait bakalavr pilləsi üçün “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin proqramı əsasında hazırlanmış, verilmiş tapşırıqlar ədəbi dil normalarına uyğun olaraq tərtib olunmuşdur.
Bu dərs vəsaiti bütün ali məktəblər üçün (həm texniki, həm də humanitar sahələr üzrə) nəzərdə tutulmuşdur.
Ondan tələbə və müəllimlərlə yanaşı, natiqlik sənətinin nəzəri və təcrübi məsələləri ilə maraqlanan hər bir şəxs faydalana bilər.

ALİMİN YENİ UĞURU Bu günlərdə isə professor Əzizə Mikayılovanın "Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)" adlı daha bir kitabı (2018, 224 səh.) Bakıdakı “Elm və təhsil” nəşriyyatı tərəfindən
çap olunub.

Kitabın elmi redaktoru: filologiya elmləri doktoru,
professor Elbrus İslam oğlu Əzizov,
Rəyçiləri: filologiya elmləri doktoru,
professor Qara İbrahim oğlu Məşədiyev və
filologiya elmləri doktoru, professor
İsmayıl Babaş oğlu Kazımovdur.

Kitabda filologiya üzrə elmlər doktoru, professor Əzizə Nurqələm qızı Mikayılovanın vaxtilə yazdığı “Azərbaycan dilində ləqəblər" (Şamaxı rayonunun materialları əsasında) dissertasiyasının əsas müddəaları verilib.
(Elmi rəhbəri AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor Afad Məhəmməd oğlu Qurbanov olmuşdur.)

Tədqiqat işində rayon üzrə xarakterik ləqəblər aşkar edilmiş, ləqəbyaratmada iştirak edən ədəbi və danışıq dil vahidləri müəyyənləşdirilmiş, ləqəblərin digər antrovahidlərlə fərqli, həm də bənzər xüsusiyyətləri və s. məsələlər ətraflı şəkildə izah edilmişdir.

Monoqrafiya dilçi mütəxəssislər, ali məktəblərin filologiya fakültəsinin tələbələri, magistrlər və doktorantlar, müəllimlər həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Biz də çox hörmətli professor Əzizə Nurqələm qızı Mikayılovanı bu yeni uğuru münasibətilə
ürəkdən təbrik edir və ona elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Filologiya fakültəsində dəyirmi masa

Filologiya fakültəsində dəyirmi masa

ADPU
Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Yeni nəşrlər, BDU
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Aslan Bayramovun yeni uğuru:

Aslan Bayramovun yeni uğuru: "Azərbaycan onomastikası"

Elm, Sumqayıt
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni monoqrafiya: “Qafqaz müharibəsi rus ədəbiyyatında”

Yeni nəşrlər
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Rəy yazın: