AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunubAzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub “Hər il noyabr ayının 16-sı dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Bu ənənə 1995-ci il noyabrın 16-dan başlanıb. O zaman UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Həmin tarixdən bu gün müxtəlif mədəniyyətlərin və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur.”

- AzTU-dan ZiM.Az-a bildiriblər ki, bu fikirləri “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan tədbiri giriş sözü ilə açan Universitetin tərbiyə işləri üzrə prorektoru,
professor İsa Xəlilov
səsləndirib.

Prorektor bildirib ki, Azərbaycanda texniki elmlər sahəsində flaqman olan
AzTU hər zaman tələbə tərkibinə görə beynəlmiləl universitet olub.
Məhz xalqımıza məxsus olan tolerantlıq dəyəri həmin tələbələrin birgə təhsil almasına çox böyük təkan verib.

İsa Xəlilov diqqətə çatdırıb ki, ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir.

Tədbirdə çıxış edən Bakı Tolerantlıq Mərkəzinin məsul işçisi Yadigar Məmmədov, AzTU-nun kafedra müdiri, Millət Vəkili, professor Astan Şahverdiyev, İctimai fənlər kafedrasının müəllimləri, professor Qabil Hüseynli, dosent Əyyub Kərimli və digər natiqlər də tolerantlıqdan söz açaraq bu dəyərin müasir dünyanın üz-üzə qaldığı problemlərin həllində çox mühüm rol oynadığını qeyd ediblər.
Bildirilib ki, bəzi cəmiyyətlərdə tolerantlıq olmadığı üçün həmin cəmiyyətlərdə ksenefobiya, irqçilik, islamafobiya kimi mənfi amillər hökm sürür.
Sonda qeyd edilib ki, Azərbaycanda müxtəlif dinlərin birgə yaşaması sahəsində böyük təcrübə mövcuddur və dünyada sülhün bərqərar olmasına töhfə vermək üçün bu təcrübənin digər xalqlarla paylaşılması son dərəcə vacibdir.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Marneulidə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Marneulidə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Borçalı
16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

ADPU, Köşə yazılar
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
Aydəm İsmayılov:

Aydəm İsmayılov: "Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük ö ...

Siyasət
AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman  ...

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman ...

AzTU
AzTU-da “Fitnə” adlı sənədli filmin nümayişi olub

AzTU-da “Fitnə” adlı sənədli filmin nümayişi olub

AzTU
Avropa Azərbaycanlıları Konqresinin rəhbəri miqrant probleminin həllində da ...

Avropa Azərbaycanlıları Konqresinin rəhbəri miqrant probleminin həllində da ...

Diaspora
AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU-da Virtual İnkişaf və İdarəetmə Mərkəzinin təqdimatı keçirilib

AzTU, GVİİM
AzTU-da MƏZUN GÜNÜ

AzTU-da MƏZUN GÜNÜ

AzTU
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU
Reydlərin nəticələri müzakirə olunub

Reydlərin nəticələri müzakirə olunub

AzTU
AzTU-da Məzun Günü qeyd olunub

AzTU-da Məzun Günü qeyd olunub

AzTU
AzTU-da Gənclər Günü qeyd edilib

AzTU-da Gənclər Günü qeyd edilib

AzTU
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

Gənclik, AzTU
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU
AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU-nun tələbə birliklərinin təşkilatçılığı ilə Gənclər Gününə həsr olunan ...

AzTU
AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayə ...

AzTU
AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçir ...

AzTU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçir ...

AzTU
Rəy yazın: