AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub Azərbaycan Texniki Universitetdə 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub.

ZiM.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkib.

Xalıq Yahudov bildirib ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu dövlətçilik ənənələrinin məntiqi davamı olaraq 98 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olub. Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparıb. Lakin məlum səbəblərdən Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm rol oynayan cümhuriyyətin ömrü çox qısa olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub.

Azərbaycanın 1993-cü ildə siyasi çəkişmələrə, vətəndaş qarşıdurmasına səhnə olduğunu vurğulayan Xalıq Yahudov deyib ki, həmin dövrdə ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik, anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Ölkə tədricən parçalanmaq həddinə çatmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi.

AzTU-nun İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov isə çıxışında dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını qeyd edib. Ulu Öndərin zamanında imzalanan atəşkəs müqaviləsini böyük siyasi çeviklik olduğunu deyən Şikar Qasımov müstəqil Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hər an gücünə güc qatdığını vurğulayıb

Çıxışlarda qeyd edilib ki, Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU
20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

20 Yanvar xalqımızın tarixində qürur və iftixar hissi ilə xatırlanır

AzTU
AzTU-nun rektor əvəzi Xalıq Yahudov İstanbulda keçirilən seminarda iştirak  ...

AzTU-nun rektor əvəzi Xalıq Yahudov İstanbulda keçirilən seminarda iştirak ...

AzTU, Turan
AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib

AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib

AzTU
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə Yay məktəbinin ...

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə Yay məktəbinin ...

AzTU
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
AzTU-da 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

AzTU-da 1 Mart Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub

AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU -da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

AzTU
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tə ...

AzTU
AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım məra ...

AzTU-da “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım məra ...

AzTU
AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AzTU
Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir ke ...

Qafqaz Universitetində müstəqilliyimizin 25-illiyi münasibəti ilə tədbir ke ...

BMU
AzTU-da İxtisasartırma kurslarını bitirən müdavimlərə vəsiqələr təqdim olun ...

AzTU-da İxtisasartırma kurslarını bitirən müdavimlərə vəsiqələr təqdim olun ...

AzTU
AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı qeyd ol ...

AzTU
AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

Əsas xəbər, AzTU
Rəy yazın: