Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar veribAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdaduran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı oktyabrın 10-u və 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iclas keçirilib.

ZiM.Az xəbər verir ki,
Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışında ölkəmizdə ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra olunduğunu, dinamik inkişafın getdiyini, xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd edib və bildirib ki, sabitliyin, uğurlu inkişafın təməlində cənab Prezidentin apardığı düşünülmüş siyasət və xalq tərəfindən bu siyasətə göstərilən dəstək dayanır.

Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifahının yüksəldilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılması ilə bağlı tapşırıq verib. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə verilmiş tapşırıqları uğurla icra edir. Eyni zamanda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında məcburi köçkünlərlə iş sahəsində vəziyyətlə bağlı ciddi iradlar bildirib, o cümlədən onların yeni mənzillərə köçürülməsi prosesinin daha şəffaf və ədalətli şəkildə aparılmasını tələb edib.

Qeyd olunub ki,
komitədə repatriasiya məsələsi ilə bağlı yaradılmış komissiya və işçi qrupu şəffaflığın təmin edilməsi üçün öhdəsinə düşən işi layiqincə yerinə yetirməlidir. İlk növbədə, uçot məsələsində şəffaflığa nail olunmalı və bu istiqamətdə görülən işlər tezliklə başa çatdırılmalıdır. Uçotun düzgün təşkili məcburi köçkünlərin yeni mənzillərlə təminatının ədalətli şəkildə aparılmasına imkan yaradacaq. Nəticədə bu sahədə neqativ halların qarşısını almaq mümkün olacaq.

Eyni zamanda şöbə və departament rəhbərləri də öz işini düzgün qurmalıdırlar. Yerlərdə yoxlamalar aparılmalı, qeydiyyat-uçot məsələsində pozuntu halları tam aradan qaldırılmalıdır. Vurğulanıb ki, bu, komitənin rəhbər işçilərindən siravi əməkdaşlarına kimi hamının həm insanlıq, həm də vicdan borcudur. Yeni mənzillərə, ilk növbədə, hələ də ağır və qəzalı binalarda məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi təmin edilməlidir.

Nazirlər Kabinetinin müvafiq qərarında qoyulan tələblər daha dəqiq və ədalətli şəkildə yerinə yetirilməlidir. Xüsusilə yeni mənzillə təmin olunduqdan sonra ona verilən müvəqqəti məskunlaşma sahəsində yaşamayan, verilən mənzili satan, yaxud kirayəyə verən şəxslərə qarşı qanunauyğun tədbirlər görülməlidir. Bu istiqamətdə nəzarət gücləndirilməlidir. Bundan başqa, evlərin paylanması prosesi daha da şəffaflaşdırılmalı, kommunal xərclərin düzgün ödənilməsi təmin edilməlidir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tələblərini rəhbər tutaraq Dövlət Komitəsinin hər bir nümayəndəsi öz işində dəyişiklik etməlidir. Mövcud problemlərin aradan qaldırılması üçün bütün imkanlardan istifadə olunacaqdır.

Komitə sədri dövlət başçısısının tapşırıq və tövsiyələrinin tam yerinə yetirilməsi ilə bağlı şöbə və departament rəhbərlərinə konkret göstərişlər verib.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəffaflıq təmin olunmalıdır

Şəffaflıq təmin olunmalıdır

Qarabağ, Köşə yazılar
Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Qarabağ
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib

Qarabağ, Təbriklər
Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyə ...

Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyə ...

Milli Məclis, Tiflis
Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

Yasamal rayon İH-də Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərlə ...

YAP, Bakı
Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin ol ...

Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin ol ...

Əsas xəbər, Azərbaycan, Qarabağ, Təbriklər
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Bakı
Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Yasamal rayonunda 2018-ci ilin birinci rübünün hesabat iclası keçirilib

Bakı
Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Regionlar, QHT
Təhsil naziri AzTU-nun rektoru Vilayət Vəliyevi universitein kollektivə təq ...

Təhsil naziri AzTU-nun rektoru Vilayət Vəliyevi universitein kollektivə təq ...

Nazirlik, AzTU
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Yasamal rayonunun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və q ...

Bakı
Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Azərbaycan Milli Elmlər Akademiyasında sosial məsələlərin həlli istiqamətin ...

Digər bölmələr
Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Təhsil naziri imtahanlarla bağlı rektorlarla videogörüş keçirib

Nazirlik, AzTU
Gürcüstandan gələn avtomobillər üçün depozit ləğv edilir

Gürcüstandan gələn avtomobillər üçün depozit ləğv edilir

Azərbaycan, Gürcüstan
Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib

Əsas xəbər, Nazirlik, AzTU
Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir

Səbail RİH: Bayıl sürüşmə zonasında işlər davam edir

Bakı
Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçiril ...

Diaspora
Rəy yazın: