İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən İkinci Azərbaycan Elm Festivalı 2016-cı il noyabrın 1-də Naxçıvanda öz işini davam etdirib.

AMEA Rəyasət Heyətinin aparatındakı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, Festival iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib və Heydər Əliyev Muzeyində olublar.

Sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında açılış mərasimi baş tutub. Açılışda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli giriş nitqi söyləyərək, Elm Festivalının keçirilməsinin Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gənclərdə elmi tədqiqat işlərinə marağı daha da artırmaq baxımından önəmli olduğunu bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təbrik çıxışında festivalın keçirilməsinin Azərbaycan elminin inkişafına mühüm təsir göstərəcəyini vurğulayıb: “Ölkəmizdə elmin cəmiyyətdə rolu və mövqeyi günü-gündən artmaqdadır. Bunun bir səbəbi elmə dövlət himayəsinin artması ilə bağlıdırsa, başqa bir səbəbi isə elm siyasətinin elm adamlarına güclü təsiri və gənclərin bu sahəyə göstərdiyi ciddi maraqla əlaqədardır. Akademiyanın Naxçıvan Bölməsi də müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparır və əhəmiyyətli nəticələr əldə edib. Respublikamızda keçirilən Elm Festivalı elmi-tədqiqat işlərinə əsaslı təsir göstərəcək”.

Tədbirdə Akademiyaya həsr olunan film nümayiş etdirilib.

Daha sonra mərasimin bədii hissəsi başlayıb.

Tədbirlər çərçivəsində festival iştirakçılarının Naxçıvanın tarixi mərkəzlərinə, eləcə də muzeylərə, elmi laboratoriyalara ekskursiyaları təşkil edilib, AMEA Naxçıvan Bölməsində elmi-populyar mühazirələr dinlənilib.

Qeyd edək ki, İkinci Azərbaycan Elm Festivalı AMEA-nın təşəbbüsü, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilir.

Festival öz işini noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam etdirəcək.


.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyy ...

İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyy ...

Əsas xəbər, Nazirlik, BMU, "Zirvə", BDU
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
AMEA Fizika İnstitutunda II ELM FESTİVALI çərçivəsində ELMİ-POPULYAR MƏRUZƏ ...

AMEA Fizika İnstitutunda II ELM FESTİVALI çərçivəsində ELMİ-POPULYAR MƏRUZƏ ...

Elm, Digər bölmələr
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
Rəy yazın: