Əflatun AMAŞOV: "Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir..."

Əflatun AMAŞOV: "Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir..." Bu gün MİLLİ MƏCLİSİN
2 MAY 2017-ci il tarixli
PLENAR İCLASINDA
MİLLƏT VƏKİLİ,
AZƏRBAYCAN MƏTBUAT
ŞURASININ SƏDRİ
ƏFLATUN AMAŞOV
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Mariya Zaxarovanın davranışı ilә
bağlı çıxış etmişdir.
Aşağıda həmin çıxışın mətnini ZiM.az-ın dəyərli oxucularına təqdim edirik:


"Hörmətli Sədr, dəyərli həmkarlar, əziz media nümayəndələri!

Mən Sizin və hörmətli həmkarlarımızın fikirlərini tam dəstəkləyirəm. AŞPA-nın Türkiyəyə qarşı qərarını ciddi şəkildə pisləyirəm. Bununla bağlı parlamentin çıxaracağı qərara səs verəcəm. Ancaq mən burada başqa bir məsələ ilə bağlı çıxış etmək istərdim.

Son günlər ölkəmizin ictimai fikrində daha çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın davranışıdır. Onun azərbaycanlı jurnalistin sualına cavabı etik normaların, həmçinin vəzifə səlahiyyətlərinin kobud sürətdə aşılmasıdır. Bildiyiniz kimi, xanım Zaxarova Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı suala ümumən Azərbaycan jurnalistlərini aşağılayaraq cavab verib. Bu davranış media ictimaiyyətində təəccüb, təəssüf və ikrah hissi doğurub. Mətbuat Şurasının yaydığı bəyanatda bu məqam vurğulandı. Mən bu salondan ölkə jurnalistlərinin mövqeyini bir daha səsləndirirəm və hesab edirəm ki, məsələyə parlament səviyyəsində də sərt münasibət bildirilməlidir.
Çünki xanım Zaxarovanın fikirlərində aşkar nəzərə çarpan təzyiq, təhdid və təhqir meylləri onun ümumən Dağlıq Qarabağ həqiqətlərinə biganəliyindən, məsələnin həssaslığına əhəmiyyətsiz yanaşmasından qaynaqlanır. Halbuki erməni əsirliyində saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi Azərbaycanı düşündürdüyü qədər Rusiyanı və bu ölkənin cəmiyyətini də düşündürməlidir. Ancaq görünən budur ki, Zaxarova və zaxarovalar buna qarşıdır. Onlar şəxsi hiss və baxışlarını peşəkar müstəviyə daşımaqdan əl çəkmirlər. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı durum ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın da maraq dairəsindədir, ölkənin münaqişəyə dair həssaslığı Mariya Zaxarovanın leksikonundakı tonda olmamalıdır.

Bəli, Azərbaycan və Rusiya dövlətləri arasındakı əlaqələr yüksək səviyyədədir. Bunu zaxarovalara görə korlamaq düzgün deyildir. Sadəcə Rusiya XİN təmsilçisinin Dilqəm Əsgərovun taleyi qismində Azərbaycanın haqq işi ilə bağlı suala biganəliyinə seyrçi qalmaq da düzgün deyildir. Bir daha bildirirəm ki, Azərbaycan parlamenti də məsələyə münasibətini bildirməlidir. Çünki xanım diplomatın ortaya qoyuduğu mövqe, yəni Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli suala gözlənilməz cavabı ikitərəfli münasibətlərin hazırkı ahənginə qətiyyən uyğun gəlmir. Bunu biz düşünürüksə, Rusiya tərəfi də düşünməlidir.
Diqqətinizə görə təşəkkür edirəm!"

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Milli Məclis, MEDİA

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "...Ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyi ...

Milli Məclis, MEDİA
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "Əminik ki, baş verənlərdən Gürcüstan hakimiyyəti böyük öl ...

Milli Məclis, MEDİA, Gürcüstan
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

“ATV”-nin Gürcüstan müxbiri Nadir Almazoğlu diplomla təltif olunub

MEDİA, Qarayazı
Millət vəkili Əflatun AMAŞOV

Millət vəkili Əflatun AMAŞOV "Şəhid ailələrinə edilən güzəştlər"in artırı ...

Milli Məclis, MEDİA
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Rusiya, Diaspora
Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Diaspora, Dünya
Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi  ...

Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi ...

Kriminal
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Qarabağ, Diaspora

"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"

Milli Məclis, MEDİA
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Deputat RÖVŞƏN RZAYEV:

Deputat RÖVŞƏN RZAYEV: "Dinc sakinlər arasında ölən və yaralananlar var"

Qarabağ
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icması dialoq axtarışında

Dağlıq Qarabağın azərbaycanlı icması dialoq axtarışında

Qarabağ
Rəy yazın: