ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilir

ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilir ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilir ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilir ATU-da Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans keçirilir Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

ZiM.Az xəbər verir ki, iki günlük konfransın açılış tədbiri Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində baş tutub.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.

Konfransda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək, tədbirin mövzusunun aktuallığını diqqətə çatdırıb.

Açılış tədbirində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü Əli Abbasov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Ayaz Museyibov, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament rəhbəri Natəvan Həsənova, xarici ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, sənaye müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan və Belarusdan, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan elm adamlarının çıxışlarından sonra plenar iclasın məruzələri dinlənilib.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament direktoru Natəvan Həsənova, Qəbələ Konserv zavodunun direktoru Özgür Demirkıran və Türkiyənin On Doqquz May Universitetinin mərkəz direktoru Sedat Akleylek elmin aktual mövzularından bəhs ediblər.

Konfrans bu gün və sabah 10 istiqamət üzrə bölmələrdə öz işini davam etdirəcək.
Bölmələrə xarici universitetlərin elm adamları həmsədrlik edir.
Beynəlxalq elmi-praktik konfransa Malayziya, Macarıstan, Hindistan, Avropa və MDB də daxil olmaqla, 16 ölkədən məqalə göndərilib.

Konfransın məcmuələr toplusuna ümumilikdə 721 məqalə daxil edilib.
Onlardan 220-si xarici elm adamlarının məqalələridir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: