Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir
Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Yasamal Rayon MKS-nin birgə təşkilatçılığı ilə
Yasamal rayon
Heydər Əliyev Mərkəzində
Xalq artisti,
tanınmış kinorejissor
Oqtay Mirqasımovun
75 illik yubileyinə
həsr olunmuş
“Kino həyatın bir zərrəsidir”
adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal Rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru
Lətifə Məmmədova
açaraq kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söylədi
və qeyd etdi ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Yasamal Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov rayon icra hakimiyyəti adından görkəmli kinorejissor, Xalq artisti Oqtay Mirqasımova səmimi arzularını çatdırdı.

Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Kinorejissor Oqtay Mirqasımov Vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir. Azərbaycan mədəniyyətindən söhbət açan A.Mirzəzadə qeyd etdi ki, mədəniyyətə və mədəniyyət xadimlərinə diqqət və qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, görkəmli kino tənqidçisi Aydın Kazımzadə çıxışında qeyd etdi ki, Oqtay Mirqasımov bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Onun filmləri Ümumittifaq və Beynəlxalq kino festivallarında mükafatlar qazanmışdır.

Təbrizdən təşrif buyuran həmyerlimiz Hədyə Zəhra Əhmədi O.Mirqasımova dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini ərməğan etdi.

“Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-nin prezidenti Tofiq Əlizadə
kinorejissoru yubiley münasibətilə təbrik edərək ona sənət uğurları arzuladı.

“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova
Azərbaycanda istehsal olunan retro filmlərdən söhbət açaraq, onları Azərbaycan kinosunun 120 illik yubileyi ilində yenidən Dövlət televiziyasında nümayiş etdirilməsini və bu məsələ ilə əlaqədar teleşirkətin rəhbərliyinə müraciət etməyi təklif
etdi.

Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş “Oktay Mir-Qasım-75” adlı
virtual fotoalbom nümayiş olundu.

Tədbirdə Oqtay Mirqasımovun “Gto zvuki istinı”, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Günaydın, Mələyim”, “Çertik pod lobovım steklom” filmlərindən fraqmentlər göstərildi.
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir
Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov
“1001 qastrol” sənədli filmindən Rəşid Behbudovun
“Ey, Vətən” mahnısını canlı ifa etdi.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş konsert təqdim edilib

AzTU, Mədəniyyət
“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirili ...

“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirili ...

Bakı, Regionlar, Mədəniyyət, QHT
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Mədəniyyət, Rusiya

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Oqtay Sultan

Oqtay Sultan

"Mən Şirvanın səsiyəm", Müsabiqə
YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP Yasamal rayon təşkilatında sosial şəbəkələrdə fəal iştirak edən gənclər ...

YAP
Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Təbriklər, Qərbi Azərbaycan

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat məras ...

"Şərqin səsi"
AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU
Müşfiq Cabiroğlu vəfat edib

Müşfiq Cabiroğlu vəfat edib

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Xırdalanda Heydər Əliyevin anım mərasimi keçirildi

Xırdalanda Heydər Əliyevin anım mərasimi keçirildi

"Şərqin səsi"
Rəy yazın: