Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib

Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə Gəncə şəhər İcra Hakimiyyətində “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir keçirilib.

Tədbiri Xocalı rayonundan məcburi köçkün, tanınmış ziyalı Nəsimi Məmmədov açdı. Azərbaycanın Dövlət Himni ifa edildi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu rəhbərlik etdiyi təşkilatın ötən 8 ildəki fəaliyyəti haqqında qısa məlumat verdi. O, qeyd etdi ki, məlum soyqırımın tanınmasında Birlik Azərbaycan dövlətinə və xalqına yardımçı olmağa çalışır. Ş.Sabiroğlu, 2015-ci ilin iyun ayında yaradılan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Gəncə Regional şöbəsinə gələcək fəaliyyətində uğurlar arzuladı.
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri, xeyriyyəçi insan Hacıxanım Mahirə Əsədova uşaq və gənclər arasında milli vətənpərvərlik hissinin qaldırılması üçün bu tipli tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd etdi.
Birliyin Gəncə Regional şöbəsinin sədri, “Tərəqqi” medalının mükafatçısı, II dərəcəli müharibə əlili Aqil Məmmədov yeni yaradılan şöbənin gələcək planlarından danışdı.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədr müavini Dilbər Sultanova, həmin Təşkilatın Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova Gəncə Regional şöbəsinin sədri Aqil Məmmədova fəaliyyətində uğurlar arzuladılar.
Samux rayonundakı H.Əliyev adına Mərkəzin əməkdaşı Aygün Həsənzadə, Samux rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, YAP Xocalı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Aynur Abışova və başqaları regionda yaşayan gəncləri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin ətrafında sıx birləşməyə çağırdılar.
Xocalı rayonu Kosalar kənd tam orta məktəbinin X sinif şagirdi Nəzmiyyə Quliyeva, VI sinif şagirdi Ulduzə İsmayılova Vətənə həsr olunan şeirlər söylədilər.
Tədbirin sonunda Birliyin Gəncə Regional şöbəsinin fəallarına üzvlük vəsiqələri təqdim edildi.

Dilbər Sultanova,
“Ana harayı” qəzetinin əməkdaşı
Gəncə şəhəri, 24.XI.2015-ci il
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib

Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib

Azərbaycan, "Şərqin səsi", Təbriklər
Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Sosial, QHT
Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır!

Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır!

QHT
Polis işçiləri günü təntənə qeyd edilib

Polis işçiləri günü təntənə qeyd edilib

QHT
Raqub Məmmədov ədalətli insandır!

Raqub Məmmədov ədalətli insandır!

Azərbaycan, "Şərqin səsi"
TƏBRİK EDİRİK, RASİM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, RASİM MÜƏLLİM!..

Təbriklər

"Yeni Yurd" ictimai birliyinin fəalları müdavimlərlə görüşüb

QHT
Ön cəbhədə Novruz tonqalları qalandı!

Ön cəbhədə Novruz tonqalları qalandı!

Qarabağ, QHT
“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
Vətən Sizə oğul deyir, Əsgərim!

Vətən Sizə oğul deyir, Əsgərim!

Qarabağ, QHT
Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göst ...

Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göst ...

QHT
Novruz bayramı ön xətdə qeyd olunacaq

Novruz bayramı ön xətdə qeyd olunacaq

Qarabağ, "Şərqin səsi"

"Şəhidlər ölməz, Vətən bölünməz!"

Qarabağ, "Şərqin səsi"
23 il unudulan qəhrəman oğul anıldı

23 il unudulan qəhrəman oğul anıldı

Qarabağ, "Şərqin səsi"
700 bal toplayan tələbələr mükafatlandırılıb

700 bal toplayan tələbələr mükafatlandırılıb

QHT
Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı ol ...

Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı ol ...

Qarabağ, Turan

"Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbayc ...

Azərbaycan
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
Laçının 11 saylı məktəbində Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Laçının 11 saylı məktəbində Aprel şəhidlərinə həsr olunmuş tədbir keçirilib

Məktəblər
Rəy yazın: