ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib 2018-ci il Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi alim, Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, filologiya üzrə elmlər doktoru, professor
Əzizxan Tanrıverdinin
60 illik yubileyinə
həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ADPU-nun rəhbərliyi, ölkəmizin tanınmış, nüfuzlu ziyalıları və Filologiya fakültənin əməkdaşları, fakültə dekanları iştirak ediblər.

Tədbirdən öncə
iştirakçılar professor Əzizxan Tanrıverdinin əsərləri ilə tanış olublar.


Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, biz bu gün universitetimizin çox dəyərli bir aliminin- professor Əzizxan Tanrıverdinin xatirəsini anmaq üçün toplaşmışıq. Professor Əzizxan Tanrıverdi ADPU-da həyata keçirilən islahatlarda, yeniliklərdə, insan resurslarının inkişaf etdirilməsində, layiqli mütəxəssislərin işə cəlb edilməsində fəal iştirak edib. Sözübütöv, əqidəli, prinsipial şəxsiyyət idi. Onun rəhbərlik etdiyi kafedra universitetimizin tanınan, sayılıb-seçilən kafedralarından biridir. Professor Əzizxan Tanrıverdi kafedranı uğurla idarə edirdi. Kollektivdə sevilən, hörmət edilən bir ziyalı idi.

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru
Kamil Bəşirov
professor Əzizxan Tanrıverdinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Qeyd edib ki, Əzizxan Tanrıverdi 1959-cu il yanvar ayının 1-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonundakı Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1975-1977-ci illərdə Dmanisi rayonunun Eqrisi sovxozunda fəhlə işləyib. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsinə qəbul olunub. Tələbəlik illərində Cəfər Cabbarlı adına təqaüdlə oxuyub. 1981-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə ADPU-nun aspiranturasının əyani şöbəsinə qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl bitirərək “ XVII-XIX əsr Azərbaycan antroponimləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1989-cu ildə Özbəkistanda keçirilmiş onomastika konfransında iştirak edib. 1998-ci ildə “Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999) vəzifələrində işləyib. 2011-ci il sentyabr ayının 30-da Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri təyin edilib. 30 kitabın, 8 proqramın, 250-dən çox tezis və məqalənin müəllifidir. Onun elmi rəhbərliyi ilə 3 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 19 fəlsəfə doktoru, 4 doktorluq dissertasiyasına opponentlik edib, müxtəlif kitabların elmi məsləhətçisi olub. 100-dən çox dərslik və monoqrafiyanın rəyçisi və redaktoru olub. “Azərbaycan dilinin tarixi qrammatikası” (Bakı-2010) dərsliyi respublikamızın müvafiq ali məktəblərinin filologiya fakültələrində əsas dərslik kimi istifadə olunur. 2007-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda baş elmi işçi vəzifəsində işləyib. 2015-ci ilin fevral ayından Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Professor Əzizxan Tanrıveri 2003-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə eksperti kimi fəaliyyət göstərib. 2007-2009-cu illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) pedaqoji elmlər üzrə Dissertasiya Şurasının, 2011-ci ildən isə ADPU-nun pedaqoji elmlər üzrə fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olub. 7-10 oktyabr 2014-cü ildə TÜRKSOY-un xətti ilə Qazaxıstan Respublikasının Qızılorda şəhərində “Dədə Qorqud türk xalqlarının sələfidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda “Kitabi-Dədə Qorqud” türk xalqlarının ortaq abidəsi kimi” adlı məruzə ilə çıxış edib. Həmin çıxışına görə “Türk Dünyasının ulu atası Korkut” medalı ilə təltif edilib.
Professor Əzizxan Tanrıverdinin elmi-pedaqoji fəaliyyəti haqqında müxtəlif əsərlər və məqalələr çap olunub. Əsərləri rus, ingilis, türk, qazax və digər dillərdə çap edilib. Professor Əzizxan Tanrıverdi sadəliyi, səmimiyyəti, təvazökarlığı, xeyirxahlığı, nəcibliyi ilə ADPU kollektivinin böyük hörmətini qazanmışdı. Övladlarını cəmiyyət üçün layiqli vətəndaşlar kimi yetişdirib. Gözəl ailə başçısı, qayğıkeş ata idi.
Professor Əzizxan Tanrıverdi 2018-ci il iyul ayının 19-da 59 yaşında vəfat edib.
Əzizxan Tanrıverdinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilibADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Tədbirdə çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, professor Vilayət Əliyev, professor Elman Quliyev, professor Təyyar Salamoğlu, professor Zahid Xəlil, professor Fərrux Rüstəmov, professor Sayalı Sadıqova və b. Əzizxan Tanrıverdinin çox gözəl yaddaşa, yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.

Sonda Əzizxan Tanrıverdinin oğlu Rəşad Tanrıverdi çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADPU-nun rəhbərliyinə, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Filologiya fakültəsində dəyirmi masa

Filologiya fakültəsində dəyirmi masa

ADPU
ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi

ADPU-da doktorluq dissertasiyasının ilkin müzakirəsi

ADPU
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
ADPU-nun professoru beynəlxalq konfransda

ADPU-nun professoru beynəlxalq konfransda

ADPU
ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə keç ...

ADPU
Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

ADPU
“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

ADPU
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
Professor Şəmistan Mikayılov vəfat edib

Professor Şəmistan Mikayılov vəfat edib

Bolus, Nekroloqlar
ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ADPU, Tv, Təbriklər
ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Oc ...

ADPU, Orta Asiya
ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Professor Əjdər Ağayevlə görüş

Professor Əjdər Ağayevlə görüş

ADPU
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor Pənah Xəlilovun 90 illik yubileyi

Professor Pənah Xəlilovun 90 illik yubileyi

Əsas xəbər, BDU, Borçalı
“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

“İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı

ADPU, "Elm və Təhsil"
Rəy yazın: