Məhərrəm Hüseynov (1945)

Məhərrəm Hüseynov (1945) Məhərrəm Hüseynov 1945-ci il fevralın 15-də Göyçə mahalında dünyaya göz açıb. Filologiya elmləri doktoru, professordur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekan müavinidir.


* * *
Göyçə göl görünsə, gözü güldürər,
Sədəfli saz dinsə, sözü güldürər,
Haramsa,tüstüsü qaşlı-qabaqlı,
Halal ocaq odu-közü güldürər.

Çoxaldıqca məşədilər, hacılar,
Ögeyləşir doğma qardaş-bacılar,
Şirin vədlər qulağında millətin,
Tüğyan edir həyatında acılar.

Mollamız qoparıb min haray-həşir
Qətli savab bilib zor fikirləşir:
"Qatil kölgəsində çörək qazanar
Qəbirqazan, kəfəntikən, mürdəşir".

Qəlbini kökləmə şöhrət üstə sən,
Allahından bircə sifət istə sən.
Hamının yanında gülünc olarsan,
Hamının xoşuna gəlmək istəsən.

Yaxşı da, yaman da qaynadar ocaq,
Könül ülviyyətə tez açar qucaq,
Axmaq dil-dil ötüb sonra düşünər,
Müdrik fikirləşib danışar ancaq.

Göyçədən ayrılıq ən böyük qada,
Yaman düşdüm bir ömürlük fəryada,
Qürbətin ocağı,alovu,odu,
Vətən tüstüsünə dəyməz dünyada.

Haqq sözü deməyə varmı cürətin?
Mətin qorxaq olub,qorxaqlar mətin.
Ağılla var-dövlət qazanmaq olar,
Dövlətlə ağılı qazanmaq çətin!

Yaltaqlıq bal yeyər,ləyaqət təpik,
Alçağa əl çalıb vurarlar çəpik,
Vicdanı könlündən silən kəslərin
Allahı manatdır,qibləsi qəpik.

İgidlər güc alar öz qeyrətindən,
Müdriklik cücərər söz heyrətindən,
Məzlum sevindirmək min yol yaxşıdır,
Kəbənin min dəfə ziyarətindən.

Uzaq ol dünyanın paxıl kəsindən,
Qoru ləyaqəti ad həvəsindən,
Dostunun sərt sözü,acı tənəsi,
Yaxşıdir düşmənin yaltaq səsindən.

Toxgözlük insanın başında tacdır,
Sultan da,gəda da ona möhtacdır,
Xəzinə üstündə yatmaq acgözə
Allah qarğışıdır--ömürlük acdır.

Üzüm ağdır,günüm qara--təzadam,
Nadan duymaz bunu,duyar az adam,
Cəhənnəmi bu dünyada görmüşəm,
O dünyada hər əzabdan azadam.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dünyada qəribə çevrilmələr var…

Dünyada qəribə çevrilmələr var…

UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Çiçək Həsənova (GƏDƏBƏYLİ): Ocaq istəyirəm, köz istəyirəm...

Çiçək Həsənova (GƏDƏBƏYLİ): Ocaq istəyirəm, köz istəyirəm...

Regionlar, Poeziya, Müsabiqə
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Vətən sənə, sən Tanrıya əmanət!.."

Müsabiqə, Başkeçid
YADİGAR TƏVƏKGÜL (1980) :

YADİGAR TƏVƏKGÜL (1980) : "EŞQ NAĞILI"

Müsabiqə
SƏDİ YARADANQULU (1954) :     RÜBAİLƏR

SƏDİ YARADANQULU (1954) : RÜBAİLƏR

RÜBAİLƏR
VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

VALEH MİRZƏ: ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

Müsabiqə
İradə GÜLFİR (1958):  VƏTƏN HAQQINDA RÜBAİLƏR...

İradə GÜLFİR (1958): VƏTƏN HAQQINDA RÜBAİLƏR...

RÜBAİLƏR
XALİDƏ YAQUBQIZI (BAĞIROVA) (1955)

XALİDƏ YAQUBQIZI (BAĞIROVA) (1955)

Poeziya, Müsabiqə
Bəhman Heydəroğlu: Kəf gəlir qardaş-qardaşa

Bəhman Heydəroğlu: Kəf gəlir qardaş-qardaşa

Poeziya, Borçalı
QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

"SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Qərbi Azərbaycan
İmam CƏMİLLİnin Yeni şeirləri

İmam CƏMİLLİnin Yeni şeirləri

Poeziya, Müsabiqə
Unutma məni...

Unutma məni...

Poeziya
Rövşən GƏNCƏLİ (1956):

Rövşən GƏNCƏLİ (1956): "Bil gələrsən qəzəbinə, dünyanın..."

Müsabiqə
İladi Öməroğlu (1948): RÜBAİLƏR

İladi Öməroğlu (1948): RÜBAİLƏR

RÜBAİLƏR, Başkeçid
CAVAD CAVADLI:

CAVAD CAVADLI: "BÜTÜN İNSANLARA VAR MƏHƏBBƏTİN - MƏDƏD MÜƏLLİM!.."

Naxçıvan, Poeziya, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
ŞUŞA HƏSRƏTİ (Poema)

ŞUŞA HƏSRƏTİ (Poema)

Qarabağ, Poeziya
Allahverdi MƏSİMOĞLU:

Allahverdi MƏSİMOĞLU: "Tülkü şahlıq edir bərədə indi..."

Qarayazı, Müsabiqə
XƏYALƏ YAĞIŞLI (1987)

XƏYALƏ YAĞIŞLI (1987)

Poeziya, Müsabiqə
Sona Abbasəliqızı:

Sona Abbasəliqızı: "Mənim ruhum bu torpağa bağlıdır..."

---
Sədi YARADANQULU: -

Sədi YARADANQULU: - "ATA YURDDU, ANA OCAQ!..." "HAVALANIB YENƏ KÖNLÜM... ...

Poeziya, Müsabiqə, Başkeçid
Rəy yazın: