Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub Azərbaycan Universitetində professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçirilib.

Universitetdən ZiM.Az-a bildiriblər ki,
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova kitabda yer alan mətnlərin müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbə olduğunu söyləyib.

Kitabın müəllifi, filologiya elmləri doktoru, professor Asif Hacıyev qeyd edib ki, nəşrdə oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Dərs vəsaiti kimi təqdim edilən kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif bu ali məktəbin rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkürünü bildirib.

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub Professor Qorxmaz Quliyev bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyədək 2 dəfə taleyüklü hadisə ilə qarşılaşıb. Birinci vəziyyət XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə kontekstindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Bu dövrdə Mirzə Fətəli Axundzadə Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirib, oxucu ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşidib, “Kritika” sözü ilə tanış olub. O, Avropa ədəbiyyatına və fəlsəfi fikrinə xas olan janrları ədəbiyyatımıza gətirdi. İkinci durum isə Azərbaycan mədəniyyətinin 70 il ərzində dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: “Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə biz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdik. Amma məlum oldu ki, bir sıra sahələrdə xeyli geridə qalmışıq. Lakin bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır”. Qorxmaz Quliyev vurğulayıb ki, Asif Hacıyevin kitabı dünya mədəniyyəti nümunələrinin “mətn” formasında Azərbaycan oxucularına təqdim edilməsində ilk və mühüm addımdır.

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub AMEA-nın Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədov qeyd edib ki,
bu ali məktəb, Azərbaycan dili və ədəbiyyat kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap etdiyi kitablar ilə ölkənin filoloji mərkəzinə çevrilib. O, ədəbi–nəzəri fikrin nəzəri konsepsiyalarının Azərbaycan dilinə tərcüməsinin əhəmiyyəti haqqında danışıb, Asif Hacıyevin yeni kitabının bu baxımdan faydalı olmasını və yüksək qiymətləndirdiyini deyib.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri yaxınlaşdırmaq kimi mütərəqqi roluna diqqət çəkib.

Tədbirdə digər çıxış edənlər də kitabın elmi ictimaiyyət üçün əhəmiyyətini vurğulayıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı  ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Professorumuz Asif Hacıyev Türkiyənin Erciyəs Universitetində səfərdə olub

Digər ali məktəblər, Turan
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
Azərbaycanlı professor  Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Azərbaycanlı professor Asif Hacıyev Rusiya ali təhsil müssisələrinin tələb ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Rusiya
Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Professor Asif Hacıyevin kitabı haqqında Rusiyada resenziya dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Dünya, Rusiya
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

Digər ali məktəblər, Turan
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

Humanitar elmlər, Digər bölmələr, "Zirvə", Tv
Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

BSU, Təbriklər
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Rəy yazın: