TƏBRİK EDİRİK!.. Sumqayıt Dövlət Universitetinin prorektoru ali mükafata layiq görüldü

TƏBRİK EDİRİK!.. Sumqayıt Dövlət Universitetinin prorektoru ali mükafata layiq görüldü İstənilən tədris ocağının təhsil potensialı, nüfuzlu alimləri, istedadlı tələbələri, yetirmələri ilə tanınır.

Sumqayıt Dövlət Universitetinin inkişafında xüsusi xidmətləri olan pedaqoqlardan biri də tanınmış dilçi-alim, Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədovdur.


Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli ZiM.Az-a bildirib ki, çoxsaylı mükafatlara layiq görülən alimimiz bu günlərdə Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisində iştirak edərək "Təbii biliklər Akademiyasının Elmi-nəşriyyat Mərkəzinin” diplomu ilə təltif olundu.

Məlumat üçün bildirək ki, professor Ramazan Məmmədov 1944-cü il iyulun 1-də Qax rayonunun Qum kəndində anadan olub. 1968 - 1973-cü ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitututnda orta məktəbdə rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış, dərs əlaçısı, Lenin təqaüdçüsü olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, Elmi şurasının qərarı ilə Rus dilinin fonetikası kafedrasında işləmək üçün institutda saxlanılmışdır. 1991-ci ilədək baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.1974-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, “Azərbaycanlıların rusca nitqində fonetik interfensiya” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1980-1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında elmi-pedaqoji ezamiyyətdə olmuş, Kabil Universitetində eyni vaxtda dosent, kafedra müdiri, universitet partiya təşkilatının katibi, Əfqanıstanda Rus dilinin tədrisi üzrə Metodik Birləşmənin sədr müavini vəzifələrində çalışmışdır.
1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, professor, kafedra müdiri vəzifələrini icra edərək 2014-cü ildən SDU-da Elm və İnnovasiyalar üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur.

Professor Ramazan Məmmədovun elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır.
O, 1962-ci ildən sakini olduğu Sumqayıt şəhərinin vurğunudur.
Ömrünün 26 ilini doğma şəhərinin 1988-ci ilin fevralında erməni və ermənipərəst millətçi-separatçı qüvvələr tərəfindən törədilmiş kütləvi iğtişaşların elmi-sosioloji tədqiqinə, bu faciəvi hadisələrin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ qarşıdurumu ilə bağlılığı probleminin araşdırılmasına həsr etmişdir.
Problemə həsr edilmiş və Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş bir sıra silsilə məqalələrin, konfrans materiallarının və yeddi monoqrafiyanın müəllifidir.

Qəlbi vətən, torpaq sevgisi ilə döyünən vətəndaş alimin əməyi daima yüksək qiymətləndirilmişdir.
Müxtəlif illərdə respublika, ittifaq və xarici ölkə səviyyəli tərifnamələrlə, fəxri fərmanlarla, 1965-ci ildə “XX let Pobedı v Velikoy Oteçestvennoy voyne” Yubiley medalı ilə, 1984-cü ildə Əfqanıstan Respublikasının “Eftexor” ordeni ilə, 2012-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi Döş nişanı” ilə təltif olunmuşdur.

Həyatının mənalı illərinin Sumqayıt Dövlət Universitetinin, ölkənin kadr potensialının inkişafına, iqtisadi potensialın intellekt kapitalına çevrilməsinə həsr edən professor Ramazan Məmmədovun "Moskva Beynəlxalq Təhsil Salonunun Təbii Biliklər Akademiyasının elmi-kəşfiyyat Mərkəzi”nin diplomuna layiq görülməsi universitetimiz üçün mühüm elmi nailiyyətdir.
“Eksperimental təhsil” beynəlxalq jurnalında dərc olunan “Saitlərin tembrə görə müxtəlifliyi” məqaləsinə görə mükafata layiq görülən alimin tədqiqatları dünyanın nüfuzlu dilçilk məktəbində də qiymətli mənbə kimi qəbul edilir.

Biz də çox hörmətli professor Ramazan Məmmədovu ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

Təhsil nazirinin əmri ilə professor Nurəli Yusifbəyli AzTU-nun Tədris işlər ...

AzTU
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Rəy yazın: